DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ostin və Qalant: ABŞ-ın İraqdakı bazasına hücum İran tərəfindən təhlükəli eskalasiyadır

© Staff Sgt. Jao'Torey Johnson / U.S. Air Force via APABŞ hərbçiləri, arxiv
ABŞ hərbçiləri, arxiv - Sputnik Azərbaycan, 1920, 06.08.2024
Abunə olmaq
ABŞ və İsrail nümayəndələri İranın Yaxın Şərqdə sabitliyi pozan rol oynadığını bildiriblər.
BAKI, 6 avqust — Sputnik. Pentaqonun rəhbəri Lloyd Ostin və İsrailin müdafiə naziri Yoav Qalant İraqda ABŞ qoşunlarının yerləşdiyi aviabazaya hücumunu "təhlükəli eskalasiya" adlandırıblar. Bundan əlavə, Amerika və İsrail rəsmiləri hücumda İran və onların müttəfiqlərini günahlandırıblar.
Bu barədə Rusiya mediası Pentaqonun rəsmi saytına istinadən xəbər verib.
Nəşrin məlumatına görə, iki ölkənin nümayəndələri İranın Yaxın Şərq regionunda sabitliyi pozan rol oynadığını bildiriblər. Qeyd olunur ki, növbəti söhbətdə Ostin və Qalant ABŞ-ın İrandan gələn təhdidlər qarşısında İsrailin təhlükəsizliyinə sadiqliyini də müzakirə ediblər.
İsrailin xarici işlər naziri İsrael Kats bu yaxınlarda deyib ki, İran hakimiyyəti Macarıstan vasitəsilə İsraili planlaşdırılan zərbə barədə məlumatlandırıb.
Həmçinin məlum olub ki, İsrail Tehran tərəfindən hücumun qaçılmaz olduğuna tam əmin olduğu təqdirdə İrana qabaqlayıcı zərbə endirə bilər.
Xəbər lenti
0