https://sputnik.az/20240806/gurcustanin-bas-naziri-prezident-zurabisvili-saakasvilini-efv-etmek-niyyetindedir-466515827.html
Gürcüstanın baş naziri: Prezident Zurabişvili Saakaşvilini əfv etmək niyyətindədir
Gürcüstanın baş naziri: Prezident Zurabişvili Saakaşvilini əfv etmək niyyətindədir
Sputnik Azərbaycan
Gürcüstan lideri keçmiş xidmətlərinə görə Saakaşvilini əfv etmək istəyir. 06.08.2024, Sputnik Azərbaycan
2024-08-06T17:39+0400
2024-08-06T17:39+0400
2024-08-06T18:34+0400
gürcüstan
bölgə
mixeil saakaşvili
mixail saakaşvili
mixail saakaşvili
əfv
salome zurabişvili
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/04/433879727_0:0:3112:1751_1920x0_80_0_0_5763b289b1c90005b25d60f6c5947c92.jpg
BAKI, 6 avqust — Sputnik. Gürcüstan Prezidenti Salome Zurabişvili sabiq dövlət başçısı Mixail Saakaşvilini əfv etmək niyyətindədir. Bu barədə Rusiya mediası respublikanın baş naziri Şalva Papuaşvilinin sözlərinə istinadən xəbər verib. Qeyd olunur ki, Ukrayna parlamenti Gürcüstan rəhbərinə Saakaşvilinin əfv olunması xahişi ilə müraciət edib. Bundan əlavə, bu təşəbbüsü müxalif "Mtavari Arxi" televiziya şirkətinin təsisçisi Nika Qvaramiya da dəstəkləyib. Gürcüstanın sabiq prezidentinin özü də müvafiq xahişlə dəfələrlə müraciət edib. Nəticədə Zurabişvili əfv planı üzərində düşünməyə başlayıb. Eyni zamanda məlum olub ki, ölkənin sabiq liderinin keçmiş xidmətləri də belə bir qərarın lehinə danışır. "Mixail Saakaşvili Salome Zurabişvilinin vəzifəsində qalmasına cəhd edib, Milli Hərəkat isə zəruri hesab etdikdə və vəziyyət yetişdikdə Salome Zurabişvilinin əfv aktı çıxaracağı üçün tərk edib. Burada təəccüblü nə var?", - Papuaşvili söyləyib. Bu yaxınlarda Zurabişvili ABŞ-ın Gürcüstana qarşı sərt tədbirlərini gözlənilən adlandırıb və qeyd edib ki, bütün bunlar xarici agentlər haqqında qanuna görədir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/04/433879727_201:0:2932:2048_1920x0_80_0_0_d0d967c4d6b7c765a7f8b638a8b87bbb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gürcüstan, mixeil saakaşvili, mixail saakaşvili, mixail saakaşvili, əfv, salome zurabişvili
gürcüstan, mixeil saakaşvili, mixail saakaşvili, mixail saakaşvili, əfv, salome zurabişvili
Gürcüstanın baş naziri: Prezident Zurabişvili Saakaşvilini əfv etmək niyyətindədir
17:39 06.08.2024 (Yenilənib: 18:34 06.08.2024) Gürcüstan lideri keçmiş xidmətlərinə görə Saakaşvilini əfv etmək istəyir.
BAKI, 6 avqust — Sputnik. Gürcüstan Prezidenti Salome Zurabişvili sabiq dövlət başçısı Mixail Saakaşvilini əfv etmək niyyətindədir.
Bu barədə Rusiya mediası respublikanın baş naziri Şalva Papuaşvilinin sözlərinə istinadən xəbər verib.
Qeyd olunur ki, Ukrayna parlamenti Gürcüstan rəhbərinə Saakaşvilinin əfv olunması xahişi ilə müraciət edib. Bundan əlavə, bu təşəbbüsü müxalif "Mtavari Arxi" televiziya şirkətinin təsisçisi Nika Qvaramiya da dəstəkləyib. Gürcüstanın sabiq prezidentinin özü də müvafiq xahişlə dəfələrlə müraciət edib.
Nəticədə Zurabişvili əfv planı üzərində düşünməyə başlayıb. Eyni zamanda məlum olub ki, ölkənin sabiq liderinin keçmiş xidmətləri də belə bir qərarın lehinə danışır.
"Mixail Saakaşvili Salome Zurabişvilinin vəzifəsində qalmasına cəhd edib, Milli Hərəkat isə zəruri hesab etdikdə və vəziyyət yetişdikdə Salome Zurabişvilinin əfv aktı çıxaracağı üçün tərk edib. Burada təəccüblü nə var?", - Papuaşvili söyləyib.
Bu yaxınlarda Zurabişvili ABŞ-ın Gürcüstana qarşı sərt tədbirlərini gözlənilən adlandırıb və qeyd edib ki, bütün bunlar xarici agentlər haqqında qanuna görədir.