https://sputnik.az/20240806/a-yaradilandan-beri-assosiasiya-olkeleri-arasinda-ticaret-dovriyyesi-iki-defe-artib-465041091.html
Bu il Azərbaycanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi nə qədər olub?
Bu il Azərbaycanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi nə qədər olub?
Sputnik Azərbaycan
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracında Aİİ ölkələrinin payı 4,8%, ölkəmizin ümumi idxalında Aİİ ölkələrinin payı isə 21,31% təşkil... 06.08.2024, Sputnik Azərbaycan
2024-08-06T10:57+0400
2024-08-06T10:57+0400
2024-08-06T11:13+0400
ölkə
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
ermənistan
qırğızıstan
üdm
idxal
ixrac
artım
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463950269_0:108:3256:1940_1920x0_80_0_0_dc855b6bcdb6bd3da15963ee42de2816.jpg
BAKI, 6 avqust — Sputnik. 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 2,5 milyard ABŞ dolları təşkil edib.Azərbaycanın Dövlət Gömrük Komitəsinin gömrük statistikasına əsasən, bu ilin birinci yarısında Azərbaycanla Aİİ ölkələri arasında 627,7 milyon ABŞ dolları dəyərində ixrac, 1,8 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib. Hesabat dövründə Azərbaycanın ümumi ixracında Aİİ ölkələrinin payı 4,8%, ölkəmizin ümumi idxalında Aİİ ölkələrinin payı isə 21,31% təşkil edib. Cari ilin ilk yarısında Azərbaycanın Aİİ ölkələri ilə ən çox ticarət dövriyyəsi ardıcıl olaraq Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanla olub. Azərbaycanın Aİİ ölkələri ilə ticarət dövriyyəsinin dəyəri belədir: -Rusiya 2,1 milyard dollar, -Belarus 203 milyon dollar, -Qazaxıstan 118,6 milyon dollar, -Qırğızıstan 27,6 milyon dollar.30.05.24, 16:17Aİİ yaradılandan bəri İttifaq ölkələri arasında ticarət dövriyyəsi iki dəfə artıbAvrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılmasından bəri üzv dövlətlər arasında qarşılıqlı ticarət, təxminən iki dəfə, xarici ticarət isə 60% artıb. Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Bakıtjan Saqintayev Aİİ-nin yaradılması haqqında Müqavilənin onuncu ildönümü münasibətilə Avrasiya inteqrasiya prosesinin iştirakçılarına təbrikində bildirib. Onun sözlərinə görə, bu dövrdə sənaye istehsalının həcmi 22%, kənd təsərrüfatı məhsulları istehsalı 25%, əsas kapitala investisiyalar isə üçdə bir dəfə artıb. AİK İdarə Heyətinin sədri qeyd edib ki, on il ərzində İttifaq uğurlu qarşılıqlı fəaliyyət modeli yaradıb. Saqintayevin müraciətində deyilir: "On il ərzində çoxtərəfli formatda uğurlu qarşılıqlı fəaliyyət modeli qurulub, iqtisadi birliyin gücü və həyat qabiliyyəti təmin edilib". AİK rəhbəri vurğulayıb ki, birlik beynəlxalq aləmdə əlaqələri daim möhkəmləndirir və xarici həmkarlar tərəfindən Avrasiyanın "beşlik" dövlətləri ilə əməkdaşlığa maraq artmaqdadır. Xatırladaq ki, 2014-cü il mayın 29-da Astanada üç dövlətin – Belarus, Qazaxıstan və Rusiya Federasiyasının liderləri Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilə imzalayıblar. 2015-ci ildə Ermənistan və Qırğızıstan İttifaqa daxil olub. 2022-ci ildə Qırğızıstan tərəfinin təşəbbüsü və Ali Avrasiya İqtisadi Şurasının qərarı ilə sazişin imzalanma tarixi Aİİ Günü kimi müəyyən edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240802/azerbaycan-hansi-a-olkelerinden-kolbasa-alir-466457793.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463950269_263:0:2994:2048_1920x0_80_0_0_5a56ea14d232b10e828e1662335ebacd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
ölkə, avrasiya iqtisadi ittifaqı, ermənistan, qırğızıstan, üdm, idxal, ixrac, artım
ölkə, avrasiya iqtisadi ittifaqı, ermənistan, qırğızıstan, üdm, idxal, ixrac, artım
Bu il Azərbaycanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi nə qədər olub?
10:57 06.08.2024 (Yenilənib: 11:13 06.08.2024) 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracında Aİİ ölkələrinin payı 4,8%, ölkəmizin ümumi idxalında Aİİ ölkələrinin payı isə 21,31% təşkil edib.
BAKI, 6 avqust — Sputnik. 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 2,5 milyard ABŞ dolları təşkil edib.
Azərbaycanın Dövlət Gömrük Komitəsinin gömrük statistikasına əsasən, bu ilin birinci yarısında Azərbaycanla Aİİ ölkələri arasında 627,7 milyon ABŞ dolları dəyərində ixrac, 1,8 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib.
Hesabat dövründə Azərbaycanın ümumi ixracında Aİİ ölkələrinin payı 4,8%, ölkəmizin ümumi idxalında Aİİ ölkələrinin payı isə 21,31% təşkil edib.
Cari ilin ilk yarısında Azərbaycanın Aİİ ölkələri ilə ən çox ticarət dövriyyəsi ardıcıl olaraq Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanla olub.
Azərbaycanın Aİİ ölkələri ilə ticarət dövriyyəsinin dəyəri belədir:
-Rusiya 2,1 milyard dollar,
-Belarus 203 milyon dollar,
-Qazaxıstan 118,6 milyon dollar,
-Qırğızıstan 27,6 milyon dollar.
Aİİ yaradılandan bəri İttifaq ölkələri arasında ticarət dövriyyəsi iki dəfə artıb
Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılmasından bəri üzv dövlətlər arasında qarşılıqlı ticarət, təxminən iki dəfə, xarici ticarət isə 60% artıb.
Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Bakıtjan Saqintayev Aİİ-nin yaradılması haqqında Müqavilənin onuncu ildönümü münasibətilə Avrasiya inteqrasiya prosesinin iştirakçılarına təbrikində bildirib.
Onun sözlərinə görə, bu dövrdə sənaye istehsalının həcmi 22%, kənd təsərrüfatı məhsulları istehsalı 25%, əsas kapitala investisiyalar isə üçdə bir dəfə artıb.
"Ümumilikdə, Aİİ-nin ümumi ÜDM-i bu gün 2,4 trilyon dollar təşkil edir. Bununla yanaşı, milli valyutalarda hesablaşmaların payı da artır. Ötən ilin nəticələrinə görə, bu göstərici, demək olar ki, 90%-ə çatıb" - Saqintayevin AİK-in "Telegram" kanalında yayımlanan müraciətində deyilib.
AİK İdarə Heyətinin sədri qeyd edib ki, on il ərzində İttifaq uğurlu qarşılıqlı fəaliyyət modeli yaradıb.
Saqintayevin müraciətində deyilir: "On il ərzində çoxtərəfli formatda uğurlu qarşılıqlı fəaliyyət modeli qurulub, iqtisadi birliyin gücü və həyat qabiliyyəti təmin edilib".
AİK rəhbəri vurğulayıb ki, birlik beynəlxalq aləmdə əlaqələri daim möhkəmləndirir və xarici həmkarlar tərəfindən Avrasiyanın "beşlik" dövlətləri ilə əməkdaşlığa maraq artmaqdadır.
"Aİİ-nin gələcək planlarının söykəndiyi müəyyən proqram sənədləri və dövlət başçılarının qərarları var. Onların arasında ölkələrimizin potensialının bundan sonrakı sinerjisi üçün vektorun göstərildiyi "Avrasiya İqtisadi yolu" Bəyannaməsi var. Aİİ-ni müasir dünyanın inkişafının ən əhəmiyyətli mərkəzlərindən birinə çevirmək, ona daxil olan dövlətlərin iqtisadiyyatlarının rəqabət qabiliyyətini artırmağa imkan vermək üçün daha da irəliləyirik. Bu, bizim əsas strateji vəzifəmizdir" - Saqintayev vurğulayıb.
Xatırladaq ki, 2014-cü il mayın 29-da Astanada üç dövlətin – Belarus, Qazaxıstan və Rusiya Federasiyasının liderləri Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilə imzalayıblar. 2015-ci ildə Ermənistan və Qırğızıstan İttifaqa daxil olub. 2022-ci ildə Qırğızıstan tərəfinin təşəbbüsü və Ali Avrasiya İqtisadi Şurasının qərarı ilə sazişin imzalanma tarixi Aİİ Günü kimi müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.