SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi: İsrail və Fələstinə getməyin!

© Sputnik / Murad OrujovXİN-nin binası
XİN-nin binası - Sputnik Azərbaycan, 1920, 05.08.2024
Abunə olmaq
Hazırda Fələstində yaşayan və orada səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir.
BAKI, 5 avqust - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları İsrailə səfər etməməyə çağırıb.
Bu barədə XİN-dən məlumat verilib.
Bildirilib ki, İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrailə səfər etməmələri tövsiyə olunur:
"Hazırda İsraildə yaşayan və səfərdə olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir", - məlumatda qeyd olunub.
***
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları Fələstinə səfər etməməyə çağırıb. Bu barədə XİN-dən məlumat verilib. Bildirilib ki, Fələstin Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fələstin Dövlətinə səfər etməmələri tövsiyə olunur.
"Hazırda Fələstin Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir" - məlumatda qeyd olunub.
2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və insanların girov götürülməsi ilə Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
İsrail Livan və Suriyanın anklavına və müəyyən ərazilərinə qarşı qisas almağa başlayıb.
Ötən il dekabrın 1-də İsrail ordusu HƏMAS-ı noyabrın 24-dən qüvvədə olan atəşkəs rejimini pozmaqda ittiham edib və Qəzzada hərbi əməliyyatlara qayıtdığını bəyan edib.
03.08.24, 16:08
XİN Azərbaycan vətəndaşlarını Livana getməməyə və oranı təcili tərk etməyə çağırdı
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları Livana səfər etməməyə və orada yaşayanları qısa müddətdə ölkədən çıxmağa çağırıb.
Bu barədə nazirlikdən bildirilib.
Qeyd olunub ki, Livanın yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur.
"Eyni zamanda, hazırda Livanda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur", - məlumatda vurğulanıb.
Xəbər lenti
0