https://sputnik.az/20240805/qirgizistana-sanksiya-xeberdarligi-466500630.html
Qırğızıstana sanksiya xəbərdarlığı
Qırğızıstana sanksiya xəbərdarlığı
Sputnik Azərbaycan
Kulubayev deyib ki, onlar dünyanın bütün regionları ilə əməkdaşlıq edirlər və sanksiyalara əməl etmək həmişə mümkün olmayacaq. 05.08.2024, Sputnik Azərbaycan
2024-08-05T22:45+0400
2024-08-05T22:45+0400
2024-08-05T22:45+0400
cosep borrel
dünya xəbərləri
qırğızıstan
rusiya
sanksiya
rusiya əleyhinə sanksiyalar
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/07/425139710_0:0:3320:1869_1920x0_80_0_0_ea6512535f49650979e00ce17adf85e2.jpg
BAKI, 5 avqust — Sputnik. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ötən həftə sonu Bişkekə səfəri zamanı Qırğızıstan nümayəndələrinə anti-Rusiya sanksiyalarının pozulmasının yolverilməzliyi barədə xəbərdarlıq edib. Bu barədə Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev mətbuat konfransında bildirib. "Bizi sanksiyaları pozmamaq üçün xəbərdar edirlər. Biz dünyanın bütün regionları ilə əməkdaşlıq edirik və sanksiyalara əməl etmək həmişə mümkün olmayacaq. Ancaq buna baxmayaraq, bunlar tövsiyələr idi", - nazir bildirib. Kulubayev qeyd edib ki, Borrell ilə danışıqların əsas mövzusu Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan arasında əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsinin həyata keçirilməsi olub. Tərəflər regional ticarət dövriyyəsinin artırılması imkanlarını da müzakirə ediblər. Borrell avqustun 2-də Bişkekə gəlib. Qırğızıstanda o, ölkə başçısı Sadır Japarov, xarici işlər naziri Jeenbek Kulubayev və Fövqəladə Hallar Nazirliyinin rəhbəri Boobek Ajikyeyevlə görüşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/07/425139710_313:0:3044:2048_1920x0_80_0_0_0b1c8dbf56cd0545fe842c640ec56838.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
cosep borrel , qırğızıstan, rusiya, sanksiya, rusiya əleyhinə sanksiyalar
cosep borrel , qırğızıstan, rusiya, sanksiya, rusiya əleyhinə sanksiyalar
Qırğızıstana sanksiya xəbərdarlığı
Kulubayev deyib ki, onlar dünyanın bütün regionları ilə əməkdaşlıq edirlər və sanksiyalara əməl etmək həmişə mümkün olmayacaq.
BAKI, 5 avqust — Sputnik. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ötən həftə sonu Bişkekə səfəri zamanı Qırğızıstan nümayəndələrinə anti-Rusiya sanksiyalarının pozulmasının yolverilməzliyi barədə xəbərdarlıq edib. Bu barədə Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev mətbuat konfransında bildirib.
"Bizi sanksiyaları pozmamaq üçün xəbərdar edirlər. Biz dünyanın bütün regionları ilə əməkdaşlıq edirik və sanksiyalara əməl etmək həmişə mümkün olmayacaq. Ancaq buna baxmayaraq, bunlar tövsiyələr idi", - nazir bildirib.
Kulubayev qeyd edib ki, Borrell ilə danışıqların əsas mövzusu Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan arasında əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsinin həyata keçirilməsi olub. Tərəflər regional ticarət dövriyyəsinin artırılması imkanlarını da müzakirə ediblər.
Borrell avqustun 2-də Bişkekə gəlib. Qırğızıstanda o, ölkə başçısı Sadır Japarov, xarici işlər naziri Jeenbek Kulubayev və Fövqəladə Hallar Nazirliyinin rəhbəri Boobek Ajikyeyevlə görüşüb.