https://sputnik.az/20240805/mubadile-edilen-rus-senetci-mt-iscileri-cox-cazibedar-gorunurduler-466483357.html
Mübadilə edilən rus sənətçi: MİT işçiləri çox cazibədar görünürdülər
Mübadilə edilən rus sənətçi: MİT işçiləri çox cazibədar görünürdülər
Sputnik Azərbaycan
Aleksandra Skoçilenko deyib ki, Türkiyənin Milli Kəşfiyyat İdarəsinin işçiləri serial obrazları kimidirlər. 05.08.2024, Sputnik Azərbaycan
2024-08-05T11:10+0400
2024-08-05T11:10+0400
2024-08-05T11:10+0400
türkiyə
dünya xəbərləri
mit
abş prezidenti cozef bayden
ərdoğan
rəcəb tayyip ərdoğan
milli kəşfiyyat təşkilatı
milli kəşfiyyat idarəsi
https://cdnn1.img.sputnik.az/img/41226/03/412260387_0:0:4656:2620_1920x0_80_0_0_d7c2cf064a2962f078b3320df64dd119.jpg
BAKI, 5 avqust — Sputnik. MİT işçiləri bizimkilərdən xeyli fərqlənirdilər, çox cazibədar görünürdülər. Bunu avqustun 1-də Ankarada Türkiyənin vasitəçiliyi ilə ABŞ və Rusiya arasında baş tutan məhbus mübadiləsi zamanı olan azad olan rusiyalı sənətçi (şairə, rəssam, musiqiçi) Aleksandra Skoçilenko xarici KİV-ə müsahibəsində deyib. O, məhbus mübadiləsi ilə bağlı bəzi detalları da açıqlayıb: "Türkiyəyə gətirilənə qədər öldürüləcəyimi düşünürdüm. Türkiyənin Milli Kəşfiyyat İdarəsinin işçiləri serial obrazları kimidirlər. Onlar bizə uzun müddət hara gedəcəyimizi demədilər. Hadisələr çox ani oldu. Təyyarə Ankaraya enəndə rahatlaşdıq". A.Skoçilenko söyləyib ki, təyyarədən düşəndən sonra onları avtobusa mindiriblər: "MİT işçilərinin hamısı qara kostyum geyinmişdi, ciddi və çox müasir görünürdülər, hər yeri ətir qoxusu bürümüşdü. MİT işçiləri bizimkilərdən çox fərqlənirdilər, çox cazibədar görünürdülər". Qeyd edək ki, A.Skoçilenko 2022-ci ildə Ukrayna ilə müharibəyə qarşı çıxıb. Bundan sonra yeddi il müddətinə azadlıqdan məhrum edilib (Report). Xatırladaq ki, Ankarada avqustun 1-də Rusiya ilə Qərb ölkələri arasında məhbus mübadiləsi həyata keçirilib. Bu, "soyuq müharibə"dən sonra tərəflər arasında ən genişmiqyaslı məhbus mübadiləsi olub. Hadisədən sonra ABŞ Prezidenti Cozef Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb, uğurlu vasitəçiliyə görə ona təşəkkür edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41226/03/412260387_517:0:4656:3104_1920x0_80_0_0_5ae0185a67b693b5c1046d2447a0615c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, mit, abş prezidenti cozef bayden, ərdoğan, rəcəb tayyip ərdoğan, milli kəşfiyyat təşkilatı, milli kəşfiyyat idarəsi
türkiyə, mit, abş prezidenti cozef bayden, ərdoğan, rəcəb tayyip ərdoğan, milli kəşfiyyat təşkilatı, milli kəşfiyyat idarəsi
Mübadilə edilən rus sənətçi: MİT işçiləri çox cazibədar görünürdülər
Aleksandra Skoçilenko deyib ki, Türkiyənin Milli Kəşfiyyat İdarəsinin işçiləri serial obrazları kimidirlər.
BAKI, 5 avqust — Sputnik. MİT işçiləri bizimkilərdən xeyli fərqlənirdilər, çox cazibədar görünürdülər.
Bunu avqustun 1-də Ankarada Türkiyənin vasitəçiliyi ilə ABŞ və Rusiya arasında baş tutan məhbus mübadiləsi zamanı olan azad olan rusiyalı sənətçi (şairə, rəssam, musiqiçi) Aleksandra Skoçilenko xarici KİV-ə müsahibəsində deyib.
O, məhbus mübadiləsi ilə bağlı bəzi detalları da açıqlayıb: "Türkiyəyə gətirilənə qədər öldürüləcəyimi düşünürdüm. Türkiyənin Milli Kəşfiyyat İdarəsinin işçiləri serial obrazları kimidirlər. Onlar bizə uzun müddət hara gedəcəyimizi demədilər. Hadisələr çox ani oldu. Təyyarə Ankaraya enəndə rahatlaşdıq".
A.Skoçilenko söyləyib ki, təyyarədən düşəndən sonra onları avtobusa mindiriblər: "MİT işçilərinin hamısı qara kostyum geyinmişdi, ciddi və çox müasir görünürdülər, hər yeri ətir qoxusu bürümüşdü. MİT işçiləri bizimkilərdən çox fərqlənirdilər, çox cazibədar görünürdülər".
Qeyd edək ki, A.Skoçilenko 2022-ci ildə Ukrayna ilə müharibəyə qarşı çıxıb. Bundan sonra yeddi il müddətinə azadlıqdan məhrum edilib (Report).
Xatırladaq ki, Ankarada avqustun 1-də Rusiya ilə Qərb ölkələri arasında məhbus mübadiləsi həyata keçirilib. Bu, "soyuq müharibə"dən sonra tərəflər arasında ən genişmiqyaslı məhbus mübadiləsi olub.
Hadisədən sonra ABŞ Prezidenti Cozef Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb, uğurlu vasitəçiliyə görə ona təşəkkür edib.