https://sputnik.az/20240805/instagram-reqemsal-fasizmle-mesguldur---erdogandan-sosial-sebekenin-unvanina-sert-sozler-466501173.html
"Instagram" rəqəmsal faşizmlə məşğuldur - Ərdoğandan sosial şəbəkənin ünvanına sərt sözlər
"Instagram" rəqəmsal faşizmlə məşğuldur - Ərdoğandan sosial şəbəkənin ünvanına sərt sözlər
Sputnik Azərbaycan
Prezident deyib ki, sosial şəbəkənin rəhbərliyinə Türkiyə qanunvericiliyinə əməl etmək öhdəliyi ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. 05.08.2024, Sputnik Azərbaycan
2024-08-05T22:00+0400
2024-08-05T22:00+0400
2024-08-05T22:00+0400
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
dünya xəbərləri
cümhuriyyət xalq partiyası
instagram
həmas
fələstin
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461275989_0:161:3071:1888_1920x0_80_0_0_d553ca8ea9e2fed61df12afdb5ea7063.jpg
BAKI, 5 avqust — Sputnik. Keçən həftədən Türkiyədə girişi bloklanan "Instagram" sosial şəbəkəsinin rəhbərliyi ilə Türkiyə hakimiyyətinin əməkdaşlığı hələ də istənilən səviyyəyə çatmayı. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Instagram" sosial şəbəkəsinin bloklanmasına münasibət bildirərkən deyib. O əlavə edib ki, "bu sosial şəbəkədə "rəqəmsal faşizm" var". "Biz rəqəmsal faşizmə müqavimət göstəririk. Onlar ölən fələstinlilərin fotoşəkillərinə dözə bilmir və bir göz qırpımında onların qarşısını alır, öz hərəkətlərini ifadə azadlığı kimi qələmə verirlər. Eyni zamanda pozğunluğu, əxlaqsızlığı, terrorizmi təbliğ edən nəşrlərə icazə verirlər. İlk dəfə deyil ki, biz Türkiyənin sosial şəbəkələrə sahib olan şirkətlərin ikili standartlarının qurbanı olaraq qaldığını, terrorçu qrupların isə istədiklərini sərbəst şəkildə dərc etdiyini görürük" - Ərdoğan hakim partiya üzvləri qarşısında çıxışında deyib. Dövlət başçısı əlavə edib ki, sosial şəbəkənin rəhbərliyinə Türkiyə qanunvericiliyinə əməl etmək öhdəliyi ilə bağlı dəfələrlə xəbərdarlıq edilib: "Aidiyyatı qurumlar vasitəsilə dialoq qurmağa çalışdıq, amma təəssüf ki, bu günə qədər əməkdaşlıqda istədiyimiz səviyyəyə çata bilməmişik. Əgər Türkiyənin haqlı tələbləri yerinə yetirilsə, problem öz həllini tapacaq". Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu daha əvvəl bildirib ki, Türkiyədə "Instagram"ın (Meta - Facebook sosial şəbəkəsi, Instagram-ın fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib) blokdan çıxarılmasının vaxtı sosial şəbəkə rəhbərliyinin pozuntuları nə qədər tez aradan qaldıracağından və fəaliyyətini Türkiyə qanunvericiliyinə uyğunlaşdıracağından asılıdır. Nəqliyyat və İnfrastruktur Nazirliyinin nümayəndələri "Instagram" rəhbərliyi ilə növbəti görüş keçiriblər, hazırda sosial şəbəkə hələ də VPN olmadan əlçatmazdır. Türkiyə Böyük Millət Məclisinin deputatları oktyabrın 1-dək məzuniyyətdədirlər, buna baxmayaraq müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) Instagram sosial şəbəkəsinin bloklanması ilə bağlı vəziyyəti müzakirə etmək üçün parlamenti avqustun 4-də növbədənkənar iclas keçirməyə çağırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0d/461275989_170:0:2901:2048_1920x0_80_0_0_3fee78e428f7e1b29ef9f7a712602da6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, cümhuriyyət xalq partiyası, instagram, həmas, fələstin
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, cümhuriyyət xalq partiyası, instagram, həmas, fələstin
"Instagram" rəqəmsal faşizmlə məşğuldur - Ərdoğandan sosial şəbəkənin ünvanına sərt sözlər
Prezident deyib ki, sosial şəbəkənin rəhbərliyinə Türkiyə qanunvericiliyinə əməl etmək öhdəliyi ilə bağlı dəfələrlə xəbərdarlıq edilib.
BAKI, 5 avqust — Sputnik. Keçən həftədən Türkiyədə girişi bloklanan "Instagram" sosial şəbəkəsinin rəhbərliyi ilə Türkiyə hakimiyyətinin əməkdaşlığı hələ də istənilən səviyyəyə çatmayı.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Instagram" sosial şəbəkəsinin bloklanmasına münasibət bildirərkən deyib. O əlavə edib ki, "bu sosial şəbəkədə "rəqəmsal faşizm" var".
"Biz rəqəmsal faşizmə müqavimət göstəririk. Onlar ölən fələstinlilərin fotoşəkillərinə dözə bilmir və bir göz qırpımında onların qarşısını alır, öz hərəkətlərini ifadə azadlığı kimi qələmə verirlər. Eyni zamanda pozğunluğu, əxlaqsızlığı, terrorizmi təbliğ edən nəşrlərə icazə verirlər. İlk dəfə deyil ki, biz Türkiyənin sosial şəbəkələrə sahib olan şirkətlərin ikili standartlarının qurbanı olaraq qaldığını, terrorçu qrupların isə istədiklərini sərbəst şəkildə dərc etdiyini görürük" - Ərdoğan hakim partiya üzvləri qarşısında çıxışında deyib.
Dövlət başçısı əlavə edib ki, sosial şəbəkənin rəhbərliyinə Türkiyə qanunvericiliyinə əməl etmək öhdəliyi ilə bağlı dəfələrlə xəbərdarlıq edilib:
"Aidiyyatı qurumlar vasitəsilə dialoq qurmağa çalışdıq, amma təəssüf ki, bu günə qədər əməkdaşlıqda istədiyimiz səviyyəyə çata bilməmişik. Əgər Türkiyənin haqlı tələbləri yerinə yetirilsə, problem öz həllini tapacaq".
Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu daha əvvəl bildirib ki, Türkiyədə "Instagram"ın (Meta - Facebook sosial şəbəkəsi, Instagram-ın fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib) blokdan çıxarılmasının vaxtı sosial şəbəkə rəhbərliyinin pozuntuları nə qədər tez aradan qaldıracağından və fəaliyyətini Türkiyə qanunvericiliyinə uyğunlaşdıracağından asılıdır.
Nəqliyyat və İnfrastruktur Nazirliyinin nümayəndələri "Instagram" rəhbərliyi ilə növbəti görüş keçiriblər, hazırda sosial şəbəkə hələ də VPN olmadan əlçatmazdır.
Türkiyə Böyük Millət Məclisinin deputatları oktyabrın 1-dək məzuniyyətdədirlər, buna baxmayaraq müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) Instagram sosial şəbəkəsinin bloklanması ilə bağlı vəziyyəti müzakirə etmək üçün parlamenti avqustun 4-də növbədənkənar iclas keçirməyə çağırıb.