SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK Milli Məclisə seçkilərlə əlaqədar seçki komissiyaları üçün treninqlərə başlayıb

© Sputnik / Murad OrujovAzərbaycanda seçkilər, arxiv
Azərbaycanda seçkilər, arxiv - Sputnik Azərbaycan, 1920, 05.08.2024
Abunə olmaq
Treninq layihəsi, ümumilikdə 40 minə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.
BAKI, 5 avqust — Sputnik. Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) fərqli statuslu seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə maarifləndirmə layihələri intensiv şəkildə davam edir.
Komissiyanın maarifləndirmə proqramı çərçivəsində ümumrespublika miqyaslı növbəti layihəyə - aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılıb. MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı şəraitində 22 il bundan əvvəl - 2002-ci ildə əsası qoyulan treninq layihəsi ilbəil təkmilləşdirilib, xüsusilə 2008-ci ildən sonra yeni forma və məzmun əlavə olunmaqla daha da genişləndirilib.
MSK-nın mühüm əhəmiyyət verdiyi və daim məxsusi diqqət yetirdiyi treninqlər, bir qayda olaraq, ölkəmizdə keçirilən bütün seçkilərdə təşkil edilməklə, dairə və məntəqə seçki komissiyaları üzvlərinin məlumatlılığının, bilik və bacarıqlarının, o cümlədən işgüzar və peşəkar vərdişlərinin yüksəldilməsində müstəsna rol oynayır.
Qarşıdan gələn Milli Məclisə seçkilərlə əlaqədar treninqlər MSK-nın maarifləndirmə proqramına əsasən ikimərhələli formatda keçiriləcək. Layihənin "Trenerlər üçün treninq" adlı birinci mərhələsinə avqustun 5-dən start verilib və müxtəlif əyani, metodiki, habelə yardımçı vəsaitlərdən istifadə olunmaqla, tam praktiki məşğələlər şəklində təşkil edilib. Beş gün fasiləsiz keçiriləcək bu treninqlərə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyasının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 yerli trener cəlb olunur.
Treninqlər zamanı iştirakçılara seçki günü məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri müəyyənləşdirilərək rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün prosedurlar barədə aydın və əhatəli məlumat verilir.
Seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna hallar izah edilərkən praktiki məşğələlərə geniş yer verilir, müxtəlif məqamlar əyani şəkildə səhnələşdirilərək təqdim olunur və yaranan suallar yerindəcə cavablandırılır. Treninq layihəsinin avqustun 12-dən başlanacaq ikinci mərhələsi məntəqə seçki komissiyalarının bütün üzvlərini əhatə etməklə, seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına uyğun olaraq, 3-10 gün davam edəcək. Bu mərhələnin də maksimum effektiv, praktiki və informativ olması üçün treninqlərin MSK-nın Treninq qrupu tərəfindən hazırlanan cədvəl əsasında kiçik qruplarla - təqribən 40 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Həm təlimlərdə istifadə etmələri, həm də seçki günü prosedurları ilə yaxından tanış olmaları məqsədilə treninqlərə cəlb edilən bütün iştirakçılar MSK-nın hazırladığı "Seçki günü üçün yaddaş" kitabçası, səsvermənin nəticələrinə dair protokol nümunəsi, habelə digər əyani və metodiki vəsaitlərlə təmin olunacaqlar.
Treninq layihəsi, ümumilikdə 40 minə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
02.08.24, 12:51
Deputatlığa namizədliyin qeydiyyatı üçün sənədlərin təqdimat müddəti başa çatır
Bu gün deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi başa çatır. Bu, Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, prosesə iyulun 13-dən başlanılıb və avqustun 2-si saat 18:00-dək davam edəcək.
Seçki Məcəlləsinə əsasən, irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir:
1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;
2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi;
3. Məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş;
4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;
5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;
6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
01.08.24, 16:52
Deputatlığa namizədlərdən kimlər qeydə alınıb?
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1489 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
İndiyə qədər 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqdar 23 ölkə və beş qurumdan ümumilikdə 94 nəfər müşahidəçi qeydə alınıb. MSK sədri bildirib ki, seçkilərlə əlaqədar ümumilikdə 4 622 müşahidəçi qeydiyyatdan keçib.
© Sputnik / Murad OrujovMəzahir Pənahov
Мазахир Панахов - Sputnik Azərbaycan, 1920, 01.08.2024
Məzahir Pənahov
MSK sədrinin müavini Rövzət Qasımov isə məlumat verib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar ödənişli təşviqatla bağlı 54 media orqanı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
R.Qasımov onu da bildirib ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahıları məlumat lövhələrində yerləşdirilib.
Seçki Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 35 gün qalanadək seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsini təmin etməlidir.
Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar bu müddət 2024-cü il iyulun 28-dək olan dövrü əhatə edirdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0