CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avqustun 6-da ölkə ərazisində 40° isti olacaq

© Sputnik / Ilham MustafayevXınalıq yolu, arxiv
Xınalıq yolu, arxiv - Sputnik Azərbaycan, 1920, 05.08.2024
Abunə olmaq
Bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi bildirilir.
BAKI, 5 avqust - Sputnik. Avqustun 6-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.
***
Avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət 35-40 % olacaq.
Avqustun 5-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu 34-39° isti, dağlarda 20-25° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0