https://sputnik.az/20240804/tarixde-bu-gun-4-avqust-466447224.html
Tarixdə bu gün: 4 avqust
Tarixdə bu gün: 4 avqust
Sputnik Azərbaycan
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun. 04.08.2024, Sputnik Azərbaycan
2024-08-04T08:00+0400
2024-08-04T08:00+0400
2024-08-04T08:00+0400
barak obama
cəmiyyət
nil armstronq
ramiz məlik
nəsimi
ulduz
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1f/466401127_42:0:1158:628_1920x0_80_0_0_999d5355566d57a2298f9878d5dd6d03.jpg
BAKI, 4 avqust — Sputnik. Avqustun 4-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib. Avqustun 4-də kim anadan olub? - Ramiz Məlikov (1943-2023) - Azərbaycanın xalq artisti, teatr və kino aktyoru. "Yeddi oğul istərəm", "Ulduz", "Nəsimi" və s. filmlərdə rol alıb. - Lui Armstronq (1901-1971) - ABŞ caz musiqiçisi, trubaçı və vokalçı. O, cazın inkişafına böyük təsir göstərib və onun bütün dünyada populyarlaşmasına mühüm töhfə verib. Armstronq "Qremmi" də daxil olmaqla çoxsaylı mükafatlara layiq görülüb. 1972-ci ildə ABŞ İncəsənət və Səsyazma Elmlər Akademiyası Lui Armstronqu "Ömür Boyu Müvəffəqiyyət" Mükafatı ilə təltif edib ((Grammy Lifetime Achievement Award; ölümündən sonra). - Billi Tornton (1955) - ABŞ aktyor, ssenarist, rejissor və müğənnisi. Torntonun ssenarisinə görə "Oskar" mükafatına layiq görüldüyü "İti ülgüc" dramının nümayişindən sonra geniş şəkildə tanınıb. "Farqo" serialı, "Böyük Partlayışın Nəzəriyyəsi" və "Hakim" filmindəki rolları ilə tanınır. - Barak Obama (1961) - ABŞ-ın 44-cü prezidenti. 2009-cu ilin Nobel Sülh Mükafatı laureatı. Prezident seçilməzdən əvvəl İllinoys ştatından federal senator idi. Avqustun 4-də dünyada baş verən tarixi hadisələr 1668-ci ildə fransız rahib Pyer Perinyon qardaşlarını tamamilə yeni köpüklü içkinin dadına baxmağa dəvət etdi – bu, şampan idi. Bu tarix şampanın qeyri-rəsmi doğum gününə çevrildi. 1918-ci ildə general Denstrevilin komandanlığı ilə ilk ingilis hərbi dəstələri Bakıya gəliblər. Bakıda hakimiyyəti ələ keçirən eser-menşeviklər və daşnaklar Qafqaz İslam ordusuna qarşı çıxmaq üçün İrandan ingilis dəstələrini köməyə çağırmışdılar. 1992-ci ildə Azərbaycan Portuqaliya ilə diplomatik əlaqələr qurub. 2007-ci ildə ABŞ-ın Kanaveral Kosmodromundan Marsın tədqiqi üçün nəzərdə tutulmuş АМС Phoenix raketi buraxılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1f/466401127_182:0:1019:628_1920x0_80_0_0_be3bbcd95fd58fbccf2ba81f8cde137e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
barak obama, nil armstronq, ramiz məlik, nəsimi, ulduz
barak obama, nil armstronq, ramiz məlik, nəsimi, ulduz
Tarixdə bu gün: 4 avqust
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
BAKI, 4 avqust — Sputnik. Avqustun 4-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 4-də kim anadan olub?
- Ramiz Məlikov (1943-2023) - Azərbaycanın xalq artisti, teatr və kino aktyoru. "Yeddi oğul istərəm", "Ulduz", "Nəsimi" və s. filmlərdə rol alıb.
- Lui Armstronq (1901-1971) - ABŞ caz musiqiçisi, trubaçı və vokalçı. O, cazın inkişafına böyük təsir göstərib və onun bütün dünyada populyarlaşmasına mühüm töhfə verib. Armstronq "Qremmi" də daxil olmaqla çoxsaylı mükafatlara layiq görülüb. 1972-ci ildə ABŞ İncəsənət və Səsyazma Elmlər Akademiyası Lui Armstronqu "Ömür Boyu Müvəffəqiyyət" Mükafatı ilə təltif edib ((Grammy Lifetime Achievement Award; ölümündən sonra).
- Billi Tornton (1955) - ABŞ aktyor, ssenarist, rejissor və müğənnisi. Torntonun ssenarisinə görə "Oskar" mükafatına layiq görüldüyü "İti ülgüc" dramının nümayişindən sonra geniş şəkildə tanınıb. "Farqo" serialı, "Böyük Partlayışın Nəzəriyyəsi" və "Hakim" filmindəki rolları ilə tanınır.
- Barak Obama (1961) - ABŞ-ın 44-cü prezidenti. 2009-cu ilin Nobel Sülh Mükafatı laureatı. Prezident seçilməzdən əvvəl İllinoys ştatından federal senator idi.
Avqustun 4-də dünyada baş verən tarixi hadisələr
1668-ci ildə fransız rahib Pyer Perinyon qardaşlarını tamamilə yeni köpüklü içkinin dadına baxmağa dəvət etdi – bu, şampan idi. Bu tarix şampanın qeyri-rəsmi doğum gününə çevrildi.
1918-ci ildə general Denstrevilin komandanlığı ilə ilk ingilis hərbi dəstələri Bakıya gəliblər. Bakıda hakimiyyəti ələ keçirən eser-menşeviklər və daşnaklar Qafqaz İslam ordusuna qarşı çıxmaq üçün İrandan ingilis dəstələrini köməyə çağırmışdılar.
1992-ci ildə Azərbaycan Portuqaliya ilə diplomatik əlaqələr qurub.
2007-ci ildə ABŞ-ın Kanaveral Kosmodromundan Marsın tədqiqi üçün nəzərdə tutulmuş АМС Phoenix raketi buraxılıb.