https://sputnik.az/20240804/morugun-insan-ucun-hansi-faydalari-var--466434064.html
Moruğun insan üçün hansı faydaları var?
Moruğun insan üçün hansı faydaları var?
Sputnik Azərbaycan
Diyetoloqlar gündəlik 200 qramdan çox moruq yeməməyi məsləhət görürlər. 04.08.2024, Sputnik Azərbaycan
2024-08-04T08:43+0400
2024-08-04T08:43+0400
2024-08-04T08:43+0400
moruq
elm
qadın
hamiləlik
şəkər
şəkərli diabet
şəkərli diabet xəstəsi
https://cdnn1.img.sputnik.az/img/07e7/08/08/457542458_0:386:2955:2048_1920x0_80_0_0_b8f1ea61725335e0894f16f0c6810359.jpg
BAKI, 4 avqust — Sputnik. Terapevt, endokrinoloq Yelena Kiselyova, moruğun düşünüləndən daha çox faydalı xüsusiyyətə sahib olduğunu söyləyib. Bu barədə "İzvestiya" yazıb. Həkim izah edib ki, moruqda müxtəlif şəkərlərin, təxminən 11% - i, həmçinin üzvi turşular və efir yağları var. Bundan əlavə, bu giləmeyvədə bir çox vitamin və minerallar – C, B1, B2, B3 (PP), B4, B5, B6 və B9, kalsium, dəmir, maqnezium və s. var. Bunun sayəsində moruq dəri və saç vəziyyətini yaxşı saxlamağa kömək edir, yaşlanmanı yavaşladır, hemoqlobin səviyyəsini qoruyur və bağırsaq üçün faydalıdır. Bundan əlavə, o, hamiləlik və ya menstruasiya zamanı qadınlara tövsiyə olunur. Kişi orqanizminə gəldikdə, moruq prostatitin qarşısını alır və potensiyaya müsbət təsir göstərir. Təzə moruq, həmçinin yaxşı bir sidikqovucu vasitədir, şişkinliyi azaldır və qan təzyiqini aşağı salır. Bu giləmeyvədən hazırlanan çayı soyuqdəymə zamanı içmək tövsiyə olunur – o, antipiretik və antitrombotik xüsusiyyətlərə malikdir. "Diyetoloqlar gündəlik 200 qramdan çox moruq yeməməyi məsləhət görürlər. Bəzi mənbələrdə bu rəqəm gündəlik 400 qrama qədər yüksəlir, ancaq bir oturuma deyil. Anlamaq lazımdır ki, moruqda olan şəkərlər həddindən artıq yeyildikdə, diabetqabağı vəziyyət və ya şəkərli diabet varsa, qanda qlükoza səviyyəsinin artmasına səbəb ola bilər" – həkim xəbərdar edib. Daha əvvəl südün qəhvənin faydalı xüsusiyyətlərini azaltdığı barədə məlumat verilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/08/457542458_0:0:2732:2048_1920x0_80_0_0_1860ea9c8a2440ddf50665a183724391.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
moruq, qadın, hamiləlik, şəkər, şəkərli diabet, şəkərli diabet xəstəsi
moruq, qadın, hamiləlik, şəkər, şəkərli diabet, şəkərli diabet xəstəsi
Moruğun insan üçün hansı faydaları var?
Diyetoloqlar gündəlik 200 qramdan çox moruq yeməməyi məsləhət görürlər.
BAKI, 4 avqust — Sputnik. Terapevt, endokrinoloq Yelena Kiselyova, moruğun düşünüləndən daha çox faydalı xüsusiyyətə sahib olduğunu söyləyib.
Bu barədə "İzvestiya" yazıb.
Həkim izah edib ki, moruqda müxtəlif şəkərlərin, təxminən 11% - i, həmçinin üzvi turşular və efir yağları var. Bundan əlavə, bu giləmeyvədə bir çox vitamin və minerallar – C, B1, B2, B3 (PP), B4, B5, B6 və B9, kalsium, dəmir, maqnezium və s. var. Bunun sayəsində moruq dəri və saç vəziyyətini yaxşı saxlamağa kömək edir, yaşlanmanı yavaşladır, hemoqlobin səviyyəsini qoruyur və bağırsaq üçün faydalıdır. Bundan əlavə, o, hamiləlik və ya menstruasiya zamanı qadınlara tövsiyə olunur.
Kişi orqanizminə gəldikdə, moruq prostatitin qarşısını alır və potensiyaya müsbət təsir göstərir. Təzə moruq, həmçinin yaxşı bir sidikqovucu vasitədir, şişkinliyi azaldır və qan təzyiqini aşağı salır. Bu giləmeyvədən hazırlanan çayı soyuqdəymə zamanı içmək tövsiyə olunur – o, antipiretik və antitrombotik xüsusiyyətlərə malikdir.
"Diyetoloqlar gündəlik 200 qramdan çox moruq yeməməyi məsləhət görürlər. Bəzi mənbələrdə bu rəqəm gündəlik 400 qrama qədər yüksəlir, ancaq bir oturuma deyil. Anlamaq lazımdır ki, moruqda olan şəkərlər həddindən artıq yeyildikdə, diabetqabağı vəziyyət və ya şəkərli diabet varsa, qanda qlükoza səviyyəsinin artmasına səbəb ola bilər" – həkim xəbərdar edib.
Daha əvvəl südün qəhvənin faydalı xüsusiyyətlərini azaltdığı barədə məlumat verilmişdi.