https://sputnik.az/20240803/turizm-merkezlerinde-dovlete-mexsus-dasinmaz-emlakin-aqibeti-nece-olacaq-466454625.html
Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın aqibəti necə olacaq?
Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın aqibəti necə olacaq?
Sputnik Azərbaycan
Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr... 03.08.2024, Sputnik Azərbaycan
2024-08-03T08:44+0400
2024-08-03T08:44+0400
2024-08-03T08:44+0400
turizm
cəmiyyət
nazirlər kabineti
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/05/07/441727423_0:160:3072:1888_1920x0_80_0_0_0dedb3c5afcdd0263bfbabd92c6e547f.jpg
BAKI, 3 avqust — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin yaradılması haqqında" Fərman imzalayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, Fərmanla müəyyən edilib ki: Mərkəz Azərbaycanda turizm və rekreasiya zonalarının fəaliyyətinin təşkilini, onların idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən publik hüquqi şəxsdir Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır Mərkəzin fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirir; Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib: Azərbaycan Respublikasının Prezidentinə: 1. Mərkəzin idarəetmə orqanlarının yaradılması; 2. Mərkəzin yenidən təşkili və ləğvi; Nazirlər Kabinetinə Mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi tapşırılıb. Agentliyə isə Fərmanda qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli həvalə edilib Nazirlər Kabineti Mərkəzin nizamnaməsini iki ay müddətində təsdiq etməli, Mərkəzin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı üç ay müddətində zəruri tədbirlər görməli, Fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Agentlik Mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli və Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/07/441727423_171:0:2902:2048_1920x0_80_0_0_57135b1375c37cf19b778e5e13942e77.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
turizm, nazirlər kabineti, prezident ilham əliyev
turizm, nazirlər kabineti, prezident ilham əliyev
Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın aqibəti necə olacaq?
Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.
BAKI, 3 avqust — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin yaradılması haqqında" Fərman imzalayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Fərmanla müəyyən edilib ki: Mərkəz Azərbaycanda turizm və rekreasiya zonalarının fəaliyyətinin təşkilini, onların idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən publik hüquqi şəxsdir
Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır
Mərkəzin fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirir;
Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.
Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
1. Mərkəzin idarəetmə orqanlarının yaradılması;
2. Mərkəzin yenidən təşkili və ləğvi;
Nazirlər Kabinetinə Mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi tapşırılıb.
Agentliyə isə Fərmanda qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli həvalə edilib
Nazirlər Kabineti Mərkəzin nizamnaməsini iki ay müddətində təsdiq etməli, Mərkəzin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı üç ay müddətində zəruri tədbirlər görməli, Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Agentlik Mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli və Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.