https://sputnik.az/20240803/tarixde-bu-gun-3-avqust-466447442.html
Tarixdə bu gün: 3 avqust
Tarixdə bu gün: 3 avqust
Sputnik Azərbaycan
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun. 03.08.2024, Sputnik Azərbaycan
2024-08-03T08:00+0400
2024-08-03T08:00+0400
2024-08-03T08:00+0400
abş
cəmiyyət
kolumb
la skala
milan
maykl cekson
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1f/466401084_42:0:1158:628_1920x0_80_0_0_f014c38ece3967573de4500a8eee9f6a.jpg
BAKI, 3 avqust — Sputnik. Avqustun 3-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib. Avqustun 3-də kim anadan olub? - Con Lendis (1950) ABŞ-dan olan kinorejissor, aktyor və prodüserdir, komediyaları, qorxu filmləri və müğənni Maykl Ceksonun iştirak etdiyi musiqi klipləri ilə məşhurdur. Ən məşhur əsərləri "Bluz qardaşları", "Amerikalı bədheybət Londonda", "Yerdəyişmə", "Hörümçək adam 2", "Bədheybətlər şəhəri" və s. - Ceyms Alan Hetfild (1963) - ABŞ rok musiqiçisi, vokalçı və gitaraçısı, 1980-ci illərin ən görkəmli treş-metal sənətçilərindən biri. "Metallica" qrupunun həmtəsisçisi və daimi üzvü (1981-ci ildən Lars Ulrix ilə birlikdə). 2011-ci ildən bəri o, "Rolling Stone"un bütün zamanların ən böyük gitaraçıları siyahısında 87-ci yerdədir. - Matye Kassovits (1967) - fransız kinorejissoru, ssenaristi və aktyoru. O, "Beşinci element", "Ameli" və başqa filmlərdə rol alıb. - Tom Bredi (1977) - ABŞ futbolçusu. Yeddi "Superboul" qazanıb və kollec futbol tarixinin ən yaxşı oyunçularından biri hesab olunur. Avqustun 3-də dünyada baş verən tarixi hadisələr 1492-ci ildə ispan dənizçisi Xristofor Kolumb Asiyaya dəniz yolu axtarmaq üçün Palos-de-la-Frontera şəhərindən üç karavella – "Santa-Mariya", "Ninya" və "Pinta" ilə yola düzəlib. Beləliklə, Kolumbun Yeni Dünyaya ilk səyahəti başlayıb. 1596-cı ildə alman astronomu David Fabritsius ilk dəyişkən ulduz olan "Mira Kit"i kəşf edib. 1778-ci ildə Milanda "La Scala" opera teatrı açılıb. 1882-ci ildə ABŞ Konqresi cinayətkarların və dəlilərin ölkəyə girişini, həmçinin 10 il müddətinə çinlilərin immiqrasiyasını qadağan edib.
abş
milan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1f/466401084_182:0:1019:628_1920x0_80_0_0_5f1dd81fec4e6f00bfa2866f9b0aab2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, kolumb, la skala, milan, maykl cekson
abş, kolumb, la skala, milan, maykl cekson
Tarixdə bu gün: 3 avqust
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
BAKI, 3 avqust — Sputnik. Avqustun 3-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 3-də kim anadan olub?
- Con Lendis (1950) ABŞ-dan olan kinorejissor, aktyor və prodüserdir, komediyaları, qorxu filmləri və müğənni Maykl Ceksonun iştirak etdiyi musiqi klipləri ilə məşhurdur. Ən məşhur əsərləri "Bluz qardaşları", "Amerikalı bədheybət Londonda", "Yerdəyişmə", "Hörümçək adam 2", "Bədheybətlər şəhəri" və s.
- Ceyms Alan Hetfild (1963) - ABŞ rok musiqiçisi, vokalçı və gitaraçısı, 1980-ci illərin ən görkəmli treş-metal sənətçilərindən biri. "Metallica" qrupunun həmtəsisçisi və daimi üzvü (1981-ci ildən Lars Ulrix ilə birlikdə). 2011-ci ildən bəri o, "Rolling Stone"un bütün zamanların ən böyük gitaraçıları siyahısında 87-ci yerdədir.
- Matye Kassovits (1967) - fransız kinorejissoru, ssenaristi və aktyoru. O, "Beşinci element", "Ameli" və başqa filmlərdə rol alıb.
- Tom Bredi (1977) - ABŞ futbolçusu. Yeddi "Superboul" qazanıb və kollec futbol tarixinin ən yaxşı oyunçularından biri hesab olunur.
Avqustun 3-də dünyada baş verən tarixi hadisələr
1492-ci ildə ispan dənizçisi Xristofor Kolumb Asiyaya dəniz yolu axtarmaq üçün Palos-de-la-Frontera şəhərindən üç karavella – "Santa-Mariya", "Ninya" və "Pinta" ilə yola düzəlib. Beləliklə, Kolumbun Yeni Dünyaya ilk səyahəti başlayıb.
1596-cı ildə alman astronomu David Fabritsius ilk dəyişkən ulduz olan "Mira Kit"i kəşf edib.
1778-ci ildə Milanda "La Scala" opera teatrı açılıb.
1882-ci ildə ABŞ Konqresi cinayətkarların və dəlilərin ölkəyə girişini, həmçinin 10 il müddətinə çinlilərin immiqrasiyasını qadağan edib.