https://sputnik.az/20240803/suriya-danisiqlari-receb-tayyib-erdogan-ve-beser-esed-arasinda-gorus-ne-yerde-qaldi-452678904.html
Türkiyə və Rusiya arasında Suriya üzrə məsləhətləşmələr aparılıb
Türkiyə və Rusiya arasında Suriya üzrə məsləhətləşmələr aparılıb
Sputnik Azərbaycan
Tərəflər arasında görüş paytaxt Ankarada baş tutub. 03.08.2024, Sputnik Azərbaycan
2024-08-03T21:33+0400
2024-08-03T21:33+0400
2024-08-03T21:33+0400
suriya
dünya xəbərləri
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0e/447472015_0:232:2818:1817_1920x0_80_0_0_eec15bac1adc37ab4e3124ddb9695523.jpg
BAKI, 3 avqust — Sputnik. Türkiyənin xarici işlər nazirinin müavini Nuh Yılmaz Rusiya Prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşərək məsləhətləşmələr aparıb.Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.“Nazir müavinimiz Nuh Yılmaz Rusiya Federasiyası Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşüb. Müvafiq qurumların nümayəndələrinin də iştirak etdikləri görüşdə Suriya mövzusunda məsləhətləşmələr aparılıb” – XİN-in sosial şəbəkə hesabında qeyd olunub.Tərəflər arasında görüş paytaxt Ankarada baş tutub.27.07.24, 19:30Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Ankarada Ərdoğanla Əsədin görüşünü müzakirə edibRusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bu həftə Ankarada türkiyəli həmkarı İbrahim Kalın ilə Türkiyə və Suriya liderlərinin görüşünün tarixini və yerini müzakirə edib. Bu barədə Türkiyə hökumətinin "Türkiye" qəzeti məlumat yayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında on ildən artıq müddətdə ilk görüş avqust ayında sərhəd-keçid məntəqəsində baş tuta bilər."Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ötən gün Ankaraya səfər edib. O, Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalınla görüş zamanı Əsədin Ərdoğanla görüşünün tarixi və ölkəsi ilə bağlı məsləhətləşmələr aparıb" - qəzet yazır. Narışkinin olduğu təyyarə çərşənbə günü gecə Türkiyə paytaxtına enib.Qəzetin yazdığına görə, Türkiyə və Suriya liderlərinin görüşünə paralel olaraq Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tuta bilər.Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib ki, prezident Putinin Türkiyəyə səfərinə hazırlıq gedir, lakin tarix hələ müəyyən edilməyib. Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü bildirib ki, o, Ərdoğanla Əsəd arasında görüş təşkil etmək üzərində işləyir, lakin konkret bir şey haqqında danışmaq hələ tezdir.15.03.23, 08:25Suriya danışıqları: Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş nə yerdə qaldı?Martın 15-16-da Moskvada keçiriləcək Suriya üzrə qarşıdakı dördtərəfli danışıqlarda Türkiyə nümayəndə heyəti əsas diqqəti terrorla mübarizə, qonşu ölkədə siyasi proseslərin canlandırılması və konstitusiya komitəsinin iclaslarının davam etdirilməsi məsələlərinə yönəldəcək. Bu barədə çərşənbə axşamı diplomatik mənbələrə istinadən TRT kanalı məlumat yayıb. İclasda Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq edəcək. Rusiya Federasiyasını iclasda Rusiya Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov, İran Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı, Suriya xarici işlər nazirinin müavini Əsəd Ayman Susan təmsil edəcəklər. Moskvada keçiriləcək danışıqlar texniki və dörd ölkənin xarici işlər nazirlərinin görüşünə hazırlıq xarakteri daşıyacaq. 2022-ci il dekabrın 28-də Moskvada Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri arasında məsləhətləşmələr keçirilib. İclasda birgə üçtərəfli komissiyanın yaradılması barədə razılıq əldə olunub. Bu məsləhətləşmələrdən sonra üç ölkənin xarici işlər nazirlərinin görüşü baş tutmalı, onun gündəliyinə Türkiyə və Suriya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında danışıqlar məsələsi daxil edilməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0e/447472015_44:0:2775:2048_1920x0_80_0_0_7d458866aea7d913147d9f22f32dd88b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
suriya, rusiya
Türkiyə və Rusiya arasında Suriya üzrə məsləhətləşmələr aparılıb
Tərəflər arasında görüş paytaxt Ankarada baş tutub.
BAKI, 3 avqust — Sputnik. Türkiyənin xarici işlər nazirinin müavini Nuh Yılmaz Rusiya Prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşərək məsləhətləşmələr aparıb.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
“Nazir müavinimiz Nuh Yılmaz Rusiya Federasiyası Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşüb. Müvafiq qurumların nümayəndələrinin də iştirak etdikləri görüşdə Suriya mövzusunda məsləhətləşmələr aparılıb” – XİN-in sosial şəbəkə hesabında qeyd olunub.
Tərəflər arasında görüş paytaxt Ankarada baş tutub.
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Ankarada Ərdoğanla Əsədin görüşünü müzakirə edib
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bu həftə Ankarada türkiyəli həmkarı İbrahim Kalın ilə Türkiyə və Suriya liderlərinin görüşünün tarixini və yerini müzakirə edib.
Bu barədə Türkiyə hökumətinin "Türkiye" qəzeti məlumat yayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında on ildən artıq müddətdə ilk görüş avqust ayında sərhəd-keçid məntəqəsində baş tuta bilər.
"Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ötən gün Ankaraya səfər edib. O, Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalınla görüş zamanı Əsədin Ərdoğanla görüşünün tarixi və ölkəsi ilə bağlı məsləhətləşmələr aparıb" - qəzet yazır.
Narışkinin olduğu təyyarə çərşənbə günü gecə Türkiyə paytaxtına enib.
Qəzetin yazdığına görə, Türkiyə və Suriya liderlərinin görüşünə paralel olaraq Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tuta bilər.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib ki, prezident Putinin Türkiyəyə səfərinə hazırlıq gedir, lakin tarix hələ müəyyən edilməyib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü bildirib ki, o, Ərdoğanla Əsəd arasında görüş təşkil etmək üzərində işləyir, lakin konkret bir şey haqqında danışmaq hələ tezdir.
Suriya danışıqları: Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüş nə yerdə qaldı?
Martın 15-16-da Moskvada keçiriləcək Suriya üzrə qarşıdakı dördtərəfli danışıqlarda Türkiyə nümayəndə heyəti əsas diqqəti terrorla mübarizə, qonşu ölkədə siyasi proseslərin canlandırılması və konstitusiya komitəsinin iclaslarının davam etdirilməsi məsələlərinə yönəldəcək.
Bu barədə çərşənbə axşamı diplomatik mənbələrə istinadən TRT kanalı məlumat yayıb.
İclasda Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq edəcək. Rusiya Federasiyasını iclasda Rusiya Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov, İran Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı, Suriya xarici işlər nazirinin müavini Əsəd Ayman Susan təmsil edəcəklər.
Moskvada keçiriləcək danışıqlar texniki və dörd ölkənin xarici işlər nazirlərinin görüşünə hazırlıq xarakteri daşıyacaq.
2022-ci il dekabrın 28-də Moskvada Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri arasında məsləhətləşmələr keçirilib. İclasda birgə üçtərəfli komissiyanın yaradılması barədə razılıq əldə olunub. Bu məsləhətləşmələrdən sonra üç ölkənin xarici işlər nazirlərinin görüşü baş tutmalı, onun gündəliyinə Türkiyə və Suriya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında danışıqlar məsələsi daxil edilməlidir.