https://sputnik.az/20240803/rusiya-ve-cinin-yaxinlasmasinin-gunahkari-abs-dir---tramp-466396746.html
Tramp qələbə çalarsa: Aİ Ukrayna ilə bağlı fəaliyyət planı hazırlayır
Tramp qələbə çalarsa: Aİ Ukrayna ilə bağlı fəaliyyət planı hazırlayır
Sputnik Azərbaycan
Avropalılar Trampın ticarət tarifləri tətbiq etmə ehtimalından da narahatdırlar. 03.08.2024, Sputnik Azərbaycan
2024-08-03T17:19+0400
2024-08-03T17:19+0400
2024-08-03T21:51+0400
donald tramp
dünya xəbərləri
barak obama
rusiya
abş
çin
vladimir zelenski
https://cdnn1.img.sputnik.az/img/07e7/04/05/453404889_0:138:1929:1223_1920x0_80_0_0_86e6798ce45beda49aa486389a549091.jpg
BAKI, 3 avqust — Sputnik. Avropa İttifaqı ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynaya yardımı dayandıra biləcəyindən ehtiyat edir və bu hal üçün fəaliyyət planı hazırlayır.Bu barədə “Financial Times” yazıb.Avropalılar Trampın ticarət tarifləri tətbiq etmə ehtimalından da narahatdırlar.Avropa Komissiyası artıq bu iş üçün “xüsusi işçi qrupu” yaradıb və onun ilk iclası sentyabrda keçiriləcək. Bundan əvvəl Tramp OPEK-i Harrisin qələbəsi üçün neft qiymətlərini aşağı salmağa cəhddə ittiham edib.***Rusiya və Çinin yaxınlaşmasının günahkarı ABŞ-dır - TrampABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, Vaşinqtonun özü Rusiya Federasiyası ilə ÇXR arasındakı yaxınlaşmaya "töhfə verib". O, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirilib. "Onlar özləri Rusiya və Çini yaxınlaşmağa məcbur etdilər. Hər şey Barak Obama ilə başladı" – Tramp deyib. Bundan əlavə, respublikaçı prezidentliyi dövründə Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətdə olduğunu vurğulayıb. Tramp bildirib ki, "əgər hakimiyyətdə qalsaydım, Rusiya Federasiyası heç vaxt xüsusi hərbi əməliyyata başlamazdı". Xatırladaq ki, Tramp ABŞ-da prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukrayna münaqişəsini dayandıracağını dəfələrlə bəyan edib. Politoloq Vitold Sokala Ukrayna lideri Vladimir Zelenskinin Rusiya Federasiyası ilə danışıqlardan bəhs etməyə Trampa görə başladığını bildirib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/05/453404889_57:0:1872:1361_1920x0_80_0_0_8e35481ff323d1aba688251d4be5557d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
donald tramp, barak obama, rusiya, abş, çin, vladimir zelenski
donald tramp, barak obama, rusiya, abş, çin, vladimir zelenski
Tramp qələbə çalarsa: Aİ Ukrayna ilə bağlı fəaliyyət planı hazırlayır
17:19 03.08.2024 (Yenilənib: 21:51 03.08.2024) Avropalılar Trampın ticarət tarifləri tətbiq etmə ehtimalından da narahatdırlar.
BAKI, 3 avqust — Sputnik. Avropa İttifaqı ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynaya yardımı dayandıra biləcəyindən ehtiyat edir və bu hal üçün fəaliyyət planı hazırlayır.
Bu barədə “Financial Times” yazıb.
Avropalılar Trampın ticarət tarifləri tətbiq etmə ehtimalından da narahatdırlar.
Avropa Komissiyası artıq bu iş üçün “xüsusi işçi qrupu” yaradıb və onun ilk iclası sentyabrda keçiriləcək.
Bundan əvvəl Tramp OPEK-i Harrisin qələbəsi üçün neft qiymətlərini aşağı salmağa cəhddə ittiham edib.
Rusiya və Çinin yaxınlaşmasının günahkarı ABŞ-dır - Tramp
ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, Vaşinqtonun özü Rusiya Federasiyası ilə ÇXR arasındakı yaxınlaşmaya "töhfə verib".
O, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirilib.
"Onlar özləri Rusiya və Çini yaxınlaşmağa məcbur etdilər. Hər şey Barak Obama ilə başladı" – Tramp deyib.
Bundan əlavə, respublikaçı prezidentliyi dövründə Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətdə olduğunu vurğulayıb.
Tramp bildirib ki, "əgər hakimiyyətdə qalsaydım, Rusiya Federasiyası heç vaxt xüsusi hərbi əməliyyata başlamazdı".
Xatırladaq ki, Tramp ABŞ-da prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukrayna münaqişəsini dayandıracağını dəfələrlə bəyan edib.
Politoloq Vitold Sokala Ukrayna lideri Vladimir Zelenskinin Rusiya Federasiyası ilə danışıqlardan bəhs etməyə Trampa görə başladığını bildirib.