https://sputnik.az/20240803/baki-sumqayit-yolunda-dehsetli-avtobus-qezasi-olen-ve-xeyli-sayda-yaralanan-var-466448532.html
Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alanlardan birinin vəziyyəti ağırdır
Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alanlardan birinin vəziyyəti ağırdır
Sputnik Azərbaycan
Bakı-Sumqayıt yolunda dəhşətli avtobus qəzası
2024-08-03T12:36+0400
2024-08-03T12:36+0400
2024-08-03T12:23+0400
sumqayıt
hadisə
təbib
bakı-sumqayıt
qəza
https://cdnn1.img.sputnik.az/img/07e8/08/02/466448079_0:21:637:379_1920x0_80_0_0_0ef6738fcd8d8c30617c0bc71745093d.jpg
BAKI, 3 avqust — Sputnik. Ötən gün Bakı-Sumqayıt magistralında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 19 nəfərdən 14-ü artıq ambulator müalicə üçün evə buraxılıb.Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, digər 5 nəfərin isə müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.Onlardan qapalı kəllə-beyin travması, sol dizin qapalı sınığı diaqnozları ilə Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1993-cü il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti ağır qiymətləndirilir. Həmin şöbədə qapalı kəllə-beyin travması diaqnozu ilə müalicə alan 1961-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağırdır.Qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulan 1986 və 1988-cu il təvəllüdlü şəxslərin (qadın cinsli) müalicəsi isə Neyrocərrahiyyə şöbəsində davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir.1980-ci il təvəllüdlü şəxs (qadın cinsli) isə sağ qabırğanın sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicə alır və vəziyyəti orta ağırdır (APA).02.08.24, 14:36Bu gün Bakı-Quba yolunda, Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi açıqlanıb. Məlum olub ki, hadisə zamanı ölən şəxs 2006-cı il təvəlüdlü Ağayeva Məryəm Maqsud qızıdır.***"Bakubus" MMC Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi "NEOPLAN" markalı avtobusun qəzaya düşməsinin sürət həddinin yüksək olması barədə səslənən iddialara cavab verib. Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna verilmiş cavabda bildirilib ki, ictimai nəqliyyatda təhlükəsizlik ən vacib amillərdən biridir. "Sərnişinlərin təhlükəsiz daşınması bizim fəaliyyət prioritetimizdir. "BakuBus" tərəfindən sürət həddinin təzimlənməsi ilə bağlı qəbul edilmiş qərar bu məqsədə xidmət edir. Hazırda şəhərlərarası maksimal sürət həddi 90 km/saat, Sumqayıt və havalimanı express xətlərində 70 km/saat, 149 nömrəli marşrut xəttində surət 60 km/saat, digər xətlərdə 50 km/saat təşkil edir. Bu sürət hədləri marşrut xətlərinin təhlili əsasında müəyyənləşdirilib". Qeyd edək ki, Sumqayıt sakinləri "NEOPLAN" markalı avtobusun yüksək sürətlə idarə olunduğunu, daim qəza riski yaratdığı ilə bağlı fikirlər səsləndiriblər. "Bakubus" isə iddia edir ki, hazırda müəyyənləşdirilmiş maksimal surət həddi ilə avtobusun marşrut xətlərində hərəkəti mütamadi təhlil olunur. Təhlilin nəticələrinə uyğun olaraq məsələyə yenidən baxıla bilər: "Təhlillərimiz göstərir ki, qəbul edilmiş son qərar qəza statistikamıza müsbət təsirini göstərib və qəzaların sayı 40% azalıb. Hazırda xüsusi avtobus zolaqlarının genişləndirilməsi üzrə işlər davam etdirilir. Avtobus zolaqlarının üstün cəhətlərindən biri təhlükəsiz və operativ sərnişin daşımanın həyata keçirilməsidir. Zolaqlar şəbəkəsi genişləndikcə, sürət həddinin tənzimlənmısinə yenidən baxılma zərurəti meydana çıxacaq". Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Bakı-Sumqayıt ekspres avtobusunun sərnişinləri arasında ölən və xəsarət alan olmayıb.Qeyd edək ki, bu gün avqustun 2-si saat 11.00 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi "NEOPLAN" markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan "İSUZU" markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Toqquşmadan sonra "İSUZU" markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.***Baş DYP İdarəsi Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Bildirilib ki, avqustun 2-si saat 11.00 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.***Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub. Hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb. Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən 2-si reanimasiyaya yerləşdirilib. Onların vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağırdır.***Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli sayda yaralı var. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb. Məlumata görə, 42 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusla toqquşub. Hadisə nəticəsində 20 nəfərdək yaralının olduğu bildirilir. TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı-Sumqayıt yolunda baş verən qəza nəticəsində yaralanan 19 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdindəki xəstəxanalara müraciət edib. Mərkəzdən bildirilib ki, hadisə nəticəsində 1 nəfər həyatını itirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/02/466448079_52:0:585:400_1920x0_80_0_0_09a6e041742e9ab6bdea4acc7bd1b0bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı-sumqayıt yolunda avtobus qəzası
bakı-sumqayıt yolunda avtobus qəzası
Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alanlardan birinin vəziyyəti ağırdır
Bakı-Sumqayıt yolunda baş verən avtobus qəzasında 18 yaşlı qız həyatını itirib, 19 nəfər ağır və orta dərəcəli bədən xəsarətləri alıb.
BAKI, 3 avqust — Sputnik. Ötən gün Bakı-Sumqayıt magistralında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 19 nəfərdən 14-ü artıq ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, digər 5 nəfərin isə müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.
Onlardan qapalı kəllə-beyin travması, sol dizin qapalı sınığı diaqnozları ilə Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1993-cü il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti ağır qiymətləndirilir. Həmin şöbədə qapalı kəllə-beyin travması diaqnozu ilə müalicə alan 1961-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağırdır.
Qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulan 1986 və 1988-cu il təvəllüdlü şəxslərin (qadın cinsli) müalicəsi isə Neyrocərrahiyyə şöbəsində davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
1980-ci il təvəllüdlü şəxs (qadın cinsli) isə sağ qabırğanın sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicə alır və vəziyyəti orta ağırdır (APA).
Bu gün Bakı-Quba yolunda, Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi açıqlanıb.
Məlum olub ki, hadisə zamanı ölən şəxs 2006-cı il təvəlüdlü Ağayeva Məryəm Maqsud qızıdır.
"Bakubus" MMC Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi "NEOPLAN" markalı avtobusun qəzaya düşməsinin sürət həddinin yüksək olması barədə səslənən iddialara cavab verib.
Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna verilmiş cavabda bildirilib ki, ictimai nəqliyyatda təhlükəsizlik ən vacib amillərdən biridir.
"Sərnişinlərin təhlükəsiz daşınması bizim fəaliyyət prioritetimizdir. "BakuBus" tərəfindən sürət həddinin təzimlənməsi ilə bağlı qəbul edilmiş qərar bu məqsədə xidmət edir. Hazırda şəhərlərarası maksimal sürət həddi 90 km/saat, Sumqayıt və havalimanı express xətlərində 70 km/saat, 149 nömrəli marşrut xəttində surət 60 km/saat, digər xətlərdə 50 km/saat təşkil edir. Bu sürət hədləri marşrut xətlərinin təhlili əsasında müəyyənləşdirilib".
Qeyd edək ki, Sumqayıt sakinləri "NEOPLAN" markalı avtobusun yüksək sürətlə idarə olunduğunu, daim qəza riski yaratdığı ilə bağlı fikirlər səsləndiriblər.
"Bakubus" isə iddia edir ki, hazırda müəyyənləşdirilmiş maksimal surət həddi ilə avtobusun marşrut xətlərində hərəkəti mütamadi təhlil olunur. Təhlilin nəticələrinə uyğun olaraq məsələyə yenidən baxıla bilər:
"Təhlillərimiz göstərir ki, qəbul edilmiş son qərar qəza statistikamıza müsbət təsirini göstərib və qəzaların sayı 40% azalıb. Hazırda xüsusi avtobus zolaqlarının genişləndirilməsi üzrə işlər davam etdirilir. Avtobus zolaqlarının üstün cəhətlərindən biri təhlükəsiz və operativ sərnişin daşımanın həyata keçirilməsidir. Zolaqlar şəbəkəsi genişləndikcə, sürət həddinin tənzimlənmısinə yenidən baxılma zərurəti meydana çıxacaq".
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Bakı-Sumqayıt ekspres avtobusunun sərnişinləri arasında ölən və xəsarət alan olmayıb.
Qeyd edək ki, bu gün avqustun 2-si saat 11.00 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi "NEOPLAN" markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan "İSUZU" markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Toqquşmadan sonra "İSUZU" markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Baş DYP İdarəsi Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Bildirilib ki, avqustun 2-si saat 11.00 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.
Hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb.
Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən 2-si reanimasiyaya yerləşdirilib. Onların vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağırdır.
Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli sayda yaralı var.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.
Məlumata görə, 42 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusla toqquşub. Hadisə nəticəsində 20 nəfərdək yaralının olduğu bildirilir.
TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı-Sumqayıt yolunda baş verən qəza nəticəsində yaralanan 19 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdindəki xəstəxanalara müraciət edib. Mərkəzdən bildirilib ki, hadisə nəticəsində 1 nəfər həyatını itirib.