https://sputnik.az/20240803/avropaya-toyuq-ereblere-yumurta-azerbaycanin-yeni-standarti-ne-ved-edir---466456046.html
Avropaya toyuq, ərəblərə yumurta: Azərbaycanın yeni standartı nə vəd edir?
Avropaya toyuq, ərəblərə yumurta: Azərbaycanın yeni standartı nə vəd edir?
Sputnik Azərbaycan
Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri bildirib ki, yeni dövlət standartının qəbulu toyuq bazarının inkişafına çox müsbət... 03.08.2024, Sputnik Azərbaycan
2024-08-03T09:30+0400
2024-08-03T09:30+0400
2024-08-03T09:30+0400
toyuq əti
iqtisadiyyat
quş əti
avropa
dövlət statistika komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1c/440512186_0:161:3071:1888_1920x0_80_0_0_fb31737b94908d76686b3642b0ed4c95.jpg
BAKI, 3 avqust — Sputnik. Azərbaycanda toyuq əti məhsullarına aid yeni dövlət standartı qəbul edilib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən "Toyuq əti (toyuq cəmdəyi, cücələr, broyler cücələri və onların hissələri). Texniki şərtlər" yeni dövlət standartı qəbul olunub. Yeni dövlət standartı ölkə ərazisində quşçuluq sahəsində meydana çıxan çatışmazlıqların aradan qaldırılması, məhsulun istehsal keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul edilib. Bu standart "Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi"nin standartlaşdırılması üzrə Texniki Komitə tərəfindən müzakirəyə çıxarılıb və Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. Yeni standartlara keçid Azərbaycanın Avropaya məhsul ixracına imkan verəcək Məsələ ilə bağlı Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a deyib ki, toyuq əti məhsullarının istehsalında yeni standartlara keçid Azərbaycanın Avropaya məhsul ixracına imkan verəcək: "İndiyədək quş əti istehsalında sovet dövründən qalma standartlar tətbiq edilirdi. Yeni standartların olmaması bəzi problemlərin yaranmasına səbəb olurdu. Lakin Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən yeni dövlət standartının qəbulu toyuq bazarının inkişafına çox müsbət təsir göstərəcək. Milli standartlar hazırlanarkən Avropa standartları nümunə kimi götürülüb və yüksək səviyyəli standartlar qəbul olunub". O bildirib ki, hazırda Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İran, eləcə də Rusiyaya süfrə və damazlıq yumurta ixrac edilir. Bu ilin birinci yarısında Azərbaycandan 100 milyon ədədə yaxın yumurta ixrac olunub. Ölkədə quş əti və yumurta istehsalı artır Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyun aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 290,3 min ton ət, 1,1 milyard ədəd yumurta istehsal olunub, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7 faiz, yumurta istehsalı 7,4 faiz artıb. Bu ilin yanvar-iyun aylarında quşçuluq müəssisələrində 45 min ton quş əti istehsal olunub. Keçən ilin eyni dövründə isə bu rəqəm 40,3 min ton olub. Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycanda cəmi quşların sayı 28,7 milyon baş olub. Cəmi quşların 40 faizi quşçuluq müəssisələrinin payına düşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1c/440512186_170:0:2901:2048_1920x0_80_0_0_2dbc68a4c736c9768a2badf88e15a965.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
toyuq əti, quş əti, avropa, dövlət statistika komitəsi
toyuq əti, quş əti, avropa, dövlət statistika komitəsi
Avropaya toyuq, ərəblərə yumurta: Azərbaycanın yeni standartı nə vəd edir?
Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri bildirib ki, yeni dövlət standartının qəbulu toyuq bazarının inkişafına çox müsbət təsir göstərəcək.
BAKI, 3 avqust — Sputnik. Azərbaycanda toyuq əti məhsullarına aid yeni dövlət standartı qəbul edilib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən "Toyuq əti (toyuq cəmdəyi, cücələr, broyler cücələri və onların hissələri). Texniki şərtlər" yeni dövlət standartı qəbul olunub. Yeni dövlət standartı ölkə ərazisində quşçuluq sahəsində meydana çıxan çatışmazlıqların aradan qaldırılması, məhsulun istehsal keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul edilib.
Bu standart "Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi"nin standartlaşdırılması üzrə Texniki Komitə tərəfindən müzakirəyə çıxarılıb və Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Yeni standartlara keçid Azərbaycanın Avropaya məhsul ixracına imkan verəcək
Məsələ ilə bağlı Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a deyib ki, toyuq əti məhsullarının istehsalında yeni standartlara keçid Azərbaycanın Avropaya məhsul ixracına imkan verəcək: "İndiyədək quş əti istehsalında sovet dövründən qalma standartlar tətbiq edilirdi. Yeni standartların olmaması bəzi problemlərin yaranmasına səbəb olurdu. Lakin Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən yeni dövlət standartının qəbulu toyuq bazarının inkişafına çox müsbət təsir göstərəcək. Milli standartlar hazırlanarkən Avropa standartları nümunə kimi götürülüb və yüksək səviyyəli standartlar qəbul olunub".
O bildirib ki, hazırda Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İran, eləcə də Rusiyaya süfrə və damazlıq yumurta ixrac edilir. Bu ilin birinci yarısında Azərbaycandan 100 milyon ədədə yaxın yumurta ixrac olunub.
Ölkədə quş əti və yumurta istehsalı artır
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyun aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 290,3 min ton ət, 1,1 milyard ədəd yumurta istehsal olunub, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7 faiz, yumurta istehsalı 7,4 faiz artıb. Bu ilin yanvar-iyun aylarında quşçuluq müəssisələrində 45 min ton quş əti istehsal olunub. Keçən ilin eyni dövründə isə bu rəqəm 40,3 min ton olub.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycanda cəmi quşların sayı 28,7 milyon baş olub. Cəmi quşların 40 faizi quşçuluq müəssisələrinin payına düşüb.