https://sputnik.az/20240802/turkiye-mehbus-mubadilesinin-detallarini-aciqladi-466443880.html
Türkiyə məhbus mübadiləsinin detallarını açıqladı
Türkiyə məhbus mübadiləsinin detallarını açıqladı
Sputnik Azərbaycan
Rusiya və Qərb rəsmiləri iyul ayında Türkiyədə görüşərək müzakirələr aparıblar. 02.08.2024, Sputnik Azərbaycan
2024-08-02T16:13+0400
2024-08-02T16:13+0400
2024-08-02T16:13+0400
türkiyə
dünya xəbərləri
rusiya
məhbus
qərb
mit
https://cdnn1.img.sputnik.az/img/07e8/08/02/466443548_0:114:3236:1934_1920x0_80_0_0_e4a5b65e9d3e627d92ca9c3269c74d89.jpg
BAKI, 2 avqust — Sputnik. Avqustun 1-də Ankarada Rusiya ilə ABŞ arasında baş tutan məhbus mübadiləsinin detalları açıqlanıb. Bu barədə "Hürriyet" yazıb. Qeyd olunub ki, proses əvvəldən axıra qədər Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) nəzarəti altında olub. Bildirilib ki, Rusiya və Qərb rəsmiləri iyul ayında Türkiyədə görüşüb və müzakirələr aparıblar. Nəticədə məhbus mübadiləsi barədə razılıq əldə olunub. Prosesin bütün təhlükəsizlik və logistik məsələləri MİT-in öhdəliyində olub. Həmçinin qarşılıqlı koordinasiyanı da Türkiyə kəşfiyyatı təmin edib. Bundan sonra məhbusların öz ölkələrinə təhlükəsiz qayıdışına da MİT nəzarət edib. Qeyd edək ki, avqustun 1-də Ankarada Rusiya ilə Qərb ölkələri arasında məhbus mübadiləsi həyata keçirilib. Bu, "soyuq müharibə"dən sonra tərəflər arasında ən genişmiqyaslı məhbus mübadiləsi idi. Hadisədən sonra ABŞ Prezidenti Cozef Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıb, ona təşəkkür edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/02/466443548_253:0:2984:2048_1920x0_80_0_0_a2e9c9e41c2fc4b6816590b9fc763411.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, rusiya, məhbus, qərb, mit
türkiyə, rusiya, məhbus, qərb, mit
Türkiyə məhbus mübadiləsinin detallarını açıqladı
Rusiya və Qərb rəsmiləri iyul ayında Türkiyədə görüşərək müzakirələr aparıblar.
BAKI, 2 avqust — Sputnik. Avqustun 1-də Ankarada Rusiya ilə ABŞ arasında baş tutan məhbus mübadiləsinin detalları açıqlanıb.
Bu barədə "Hürriyet" yazıb.
Qeyd olunub ki, proses əvvəldən axıra qədər Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) nəzarəti altında olub.
Bildirilib ki, Rusiya və Qərb rəsmiləri iyul ayında Türkiyədə görüşüb və müzakirələr aparıblar. Nəticədə məhbus mübadiləsi barədə razılıq əldə olunub.
Prosesin bütün təhlükəsizlik və logistik məsələləri MİT-in öhdəliyində olub. Həmçinin qarşılıqlı koordinasiyanı da Türkiyə kəşfiyyatı təmin edib.
Bundan sonra məhbusların öz ölkələrinə təhlükəsiz qayıdışına da MİT nəzarət edib.
Qeyd edək ki, avqustun 1-də Ankarada Rusiya ilə Qərb ölkələri arasında məhbus mübadiləsi həyata keçirilib. Bu, "soyuq müharibə"dən sonra tərəflər arasında ən genişmiqyaslı məhbus mübadiləsi idi.
Hadisədən sonra ABŞ Prezidenti Cozef Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıb, ona təşəkkür edib.