https://sputnik.az/20240802/separatcilarin-ordu-komandani-ermenistan-mudafie-nazirinin-muavini-teyin-olub-466444026.html
Separatçıların ordu komandanı Ermənistan müdafiə nazirinin müavini təyin olub
Separatçıların ordu komandanı Ermənistan müdafiə nazirinin müavini təyin olub
Sputnik Azərbaycan
Kamo Vardanyan 2020-ci ilin payızında 44 günlük müharibədən bir il sonra separatçı ordunun komandanı təyin edilib. 02.08.2024, Sputnik Azərbaycan
2024-08-02T12:10+0400
2024-08-02T12:10+0400
2024-08-02T12:10+0400
məmur
dünya xəbərləri
dağlıq qarabağ
müdafiə nazirliyi
səhiyyə nazirliyi
daxili işlər nazirliyi
ermənistan
hərbi qulluqçu
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621690_0:132:3171:1916_1920x0_80_0_0_cd01e617fb7a6b193b3247139ab2bc7a.jpg
BAKI, 2 avqust — Sputnik. "Dağlıq Qarabağ" separatçılarının sonuncu komandanı Kamo Vardanyan Ermənistanın müdafiə naziri Suren Papikyanın müşaviri olub. Bu barədə "Joxovurd" qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, bu məlumatı Vardanyanın özü də təsdiqləyib. Nəşr xatırladır ki, Kamo Vardanyan 2020-ci ilin payızında 44 günlük müharibədən bir il sonra separatçı ordunun komandanı təyin edilib. O, 2023-cü ilin sentyabrında səhmdar cəmiyyətə rəhbərlik edib. Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621690_220:0:2951:2048_1920x0_80_0_0_09e8dc437dc33c6a19e748bee3a67a9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məmur, dağlıq qarabağ, müdafiə nazirliyi, səhiyyə nazirliyi, daxili işlər nazirliyi, ermənistan, hərbi qulluqçu
məmur, dağlıq qarabağ, müdafiə nazirliyi, səhiyyə nazirliyi, daxili işlər nazirliyi, ermənistan, hərbi qulluqçu
Separatçıların ordu komandanı Ermənistan müdafiə nazirinin müavini təyin olub
Kamo Vardanyan 2020-ci ilin payızında 44 günlük müharibədən bir il sonra separatçı ordunun komandanı təyin edilib.
BAKI, 2 avqust — Sputnik. "Dağlıq Qarabağ" separatçılarının sonuncu komandanı Kamo Vardanyan Ermənistanın müdafiə naziri Suren Papikyanın müşaviri olub. Bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, bu məlumatı Vardanyanın özü də təsdiqləyib.
Nəşr xatırladır ki, Kamo Vardanyan 2020-ci ilin payızında 44 günlük müharibədən bir il sonra separatçı ordunun komandanı təyin edilib. O, 2023-cü ilin sentyabrında səhmdar cəmiyyətə rəhbərlik edib.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.
Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.