Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda bir ayda 5 nəfər zəhərlənərək ölüb

© Depositphotos.com / SpotmatikphotoXəstəxana
Xəstəxana - Sputnik Azərbaycan, 1920, 02.08.2024
Abunə olmaq
Yeddi nəfər allergik reaksiya, altı nəfər ilan sancması, iki nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.
BAKI, 02 avqust — Sputnik. 2024-cü il iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 74 nəfər qəbul edilib. Bu barədə Sputnik Azərbaycan-a Mərkəzin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 32 nəfər dərmandan, 22-si sirkə turşusundan, ikisi kimyəvi maddələrdən, ikisi fosfor üzvi birləşmələrdən, bir nəfər qidadan zəhərlənən şəxslərdir.
Həmçinin yeddi nəfər allergik reaksiya, altı nəfər ilan sancması, iki nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.
"Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beşi (dörd nəfər kişi cinsli, bir nəfər qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb", - məlumatda qeyd edilib.
29.07.24, 14:59
Qusarda 5 nəfər toyda zəhərlənib
Qusar rayonunun Aşağı Ləgər kəndində 5 nəfər qidadan zəhərlənib.
Sputnik Azərbaycan APA-nın Şimal bürosu xəbər verir ki, hadisə toyda baş verib. 2019-cu il təvəllüdlü Z.Səfərova, 2007-ci il təvəllüdlü S.Səfərova, 1966-cı il təvəllüdlü E. Primov, 2014-cü il təvəllüdlü Ə.Aydazadə və 2011-ci il təvəllüdlü İ. Eyyubov toyda yedikləri qidadan sonra özlərini pis hiss ediblər.
Onlar Qusar rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Qida zəhərlənməsi diaqnozu qoyulan şəxslər tibbi yardımdan sonra evə buraxılıb.Hazırda fakt araşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0