https://sputnik.az/20240802/lukasenko-baydenin-dunyadan-xeberi-yoxdur-466451681.html
Lukaşenko: Baydenin dünyadan xəbəri yoxdur
Lukaşenko: Baydenin dünyadan xəbəri yoxdur
Sputnik Azərbaycan
Belarus prezidenti deyib ki, ABŞ lideri indi bununla nüfuz qazanmağa çalışır. 02.08.2024, Sputnik Azərbaycan
2024-08-02T23:15+0400
2024-08-02T23:15+0400
2024-08-02T23:15+0400
belarus prezidenti aleksandr lukaşenko
dünya xəbərləri
aleksandr lukaşenko
co bayden
abş prezidenti cozef bayden
mübadilə
məhbus
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e8/05/10/464679571_0:88:807:542_1920x0_80_0_0_1d4d1ee733e31e1a024c070a7665254a.jpg
BAKI, 2 avqust — Sputnik. ABŞ prezidenti Co Baydenin Rusiya ilə Qərb ölkələri arasında əsir mübadiləsinin təşkili ilə heç bir əlaqəsi yoxdur, baxmayaraq ki, o, indi bununla nüfuz qazanmağa çalışır. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. Belarus liderinin sözlərinə görə, mübadilə yalnız xüsusi xidmət orqanları vasitəsilə təşkil olunub, hətta diplomatlar da iştirak etməyib. "Belarus tərəfi hər cür köməklik göstərib" - Lukaşenko deyib. Avqustun 1-də Rusiya FTX bir sıra NATO ölkələrində saxlanılan və həbsdə olan 8 rusiyalının Rusiya Federasiyasına qaytarıldığını bildirib. Söhbət xüsusən Almaniyada ömürlük həbs cəzasına məhkum edilmiş Vadim Sokolovdan (Krasikov), eləcə də ABŞ-da həbsdə olan Vladislav Klyuşindən gedirdi. Artem və Anna Dultsev, Pavel Rubtsov, Vadim Konoşenok, Mixail Mikuşin və Roman Seleznev də Rusiyaya qayıdıblar. Vətənlərinə qayıdan rusiyalılar Rusiya Federasiyasının kəşfiyyat orqanları ilə əməkdaşlıqda ittiham olunurdular, lakin bir sıra hallarda Rusiyanın səlahiyyətli orqanlarından birində etibarlı mənbənin bildirdiyinə görə, onların günahı sübuta yetirilməyib. Bütün rusiyalılar məhkəmə iclasları zamanı və cəzalarını çəkərkən ittahamları qəbul etməyiblər. Öz növbəsində, mübadilə zamanı casusluqda təqsirli bilinən bir sıra vətəndaşlar və ikili vətəndaşlığı olan bir sıra rusiyalılar Rusiyanı tərk edib. Bu vətəndaşların təqsiri tam sübuta yetirilib, onlar başqa şeylərlə yanaşı, dövlətə xəyanət və ekstremist fəaliyyətə çağırış maddələri ilə də məhkum ediliblər. Xarici tərəf Qərbdə müxalifət kimi təmsil olunan rusiyalılara maraq göstərib, onlara belə diqqət başa düşüləndir. Mübadilə çərçivəsində bu ölkənin üç vətəndaşı - Evan Qerşkoviç, Pol Uilan və Alsu Kurmaşeva, habelə ABŞ-da yaşamaq icazəsi sahibi Vladimir Kara-Murza (Rusiyada xarici agent kimi tanınır) ABŞ-a qayıdıb. Rusiya prezidenti Vladimir Putin Rusiyadan mübadilə edilən vətəndaşları, xüsusən də Uilan və Gerşkoviçi əfv edib. Kremlin saytında verilən məlumata görə, fərmanların imzalanması qərarı xarici dövlətlərin ərazisində saxlanılan və həbsdə olan Rusiya Federasiyası vətəndaşlarının geri qaytarılması məqsədi ilə qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/10/464679571_0:13:807:618_1920x0_80_0_0_d97310a82f9c77ec7d97dcf04d01f288.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko, co bayden, abş prezidenti cozef bayden, mübadilə, məhbus, ukrayna
belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko, co bayden, abş prezidenti cozef bayden, mübadilə, məhbus, ukrayna
Lukaşenko: Baydenin dünyadan xəbəri yoxdur
Belarus prezidenti deyib ki, ABŞ lideri indi bununla nüfuz qazanmağa çalışır.
BAKI, 2 avqust — Sputnik. ABŞ prezidenti Co Baydenin Rusiya ilə Qərb ölkələri arasında əsir mübadiləsinin təşkili ilə heç bir əlaqəsi yoxdur, baxmayaraq ki, o, indi bununla nüfuz qazanmağa çalışır. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Belarus liderinin sözlərinə görə, mübadilə yalnız xüsusi xidmət orqanları vasitəsilə təşkil olunub, hətta diplomatlar da iştirak etməyib.
"Belarus tərəfi hər cür köməklik göstərib" - Lukaşenko deyib.
Avqustun 1-də Rusiya FTX bir sıra NATO ölkələrində saxlanılan və həbsdə olan 8 rusiyalının Rusiya Federasiyasına qaytarıldığını bildirib. Söhbət xüsusən Almaniyada ömürlük həbs cəzasına məhkum edilmiş Vadim Sokolovdan (Krasikov), eləcə də ABŞ-da həbsdə olan Vladislav Klyuşindən gedirdi. Artem və Anna Dultsev, Pavel Rubtsov, Vadim Konoşenok, Mixail Mikuşin və Roman Seleznev də Rusiyaya qayıdıblar. Vətənlərinə qayıdan rusiyalılar Rusiya Federasiyasının kəşfiyyat orqanları ilə əməkdaşlıqda ittiham olunurdular, lakin bir sıra hallarda Rusiyanın səlahiyyətli orqanlarından birində etibarlı mənbənin bildirdiyinə görə, onların günahı sübuta yetirilməyib. Bütün rusiyalılar məhkəmə iclasları zamanı və cəzalarını çəkərkən ittahamları qəbul etməyiblər.
Öz növbəsində, mübadilə zamanı casusluqda təqsirli bilinən bir sıra vətəndaşlar və ikili vətəndaşlığı olan bir sıra rusiyalılar Rusiyanı tərk edib. Bu vətəndaşların təqsiri tam sübuta yetirilib, onlar başqa şeylərlə yanaşı, dövlətə xəyanət və ekstremist fəaliyyətə çağırış maddələri ilə də məhkum ediliblər. Xarici tərəf Qərbdə müxalifət kimi təmsil olunan rusiyalılara maraq göstərib, onlara belə diqqət başa düşüləndir.
Mübadilə çərçivəsində bu ölkənin üç vətəndaşı - Evan Qerşkoviç, Pol Uilan və Alsu Kurmaşeva, habelə ABŞ-da yaşamaq icazəsi sahibi Vladimir Kara-Murza (Rusiyada xarici agent kimi tanınır) ABŞ-a qayıdıb. Rusiya prezidenti Vladimir Putin Rusiyadan mübadilə edilən vətəndaşları, xüsusən də Uilan və Gerşkoviçi əfv edib. Kremlin saytında verilən məlumata görə, fərmanların imzalanması qərarı xarici dövlətlərin ərazisində saxlanılan və həbsdə olan Rusiya Federasiyası vətəndaşlarının geri qaytarılması məqsədi ilə qəbul edilib.