Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Diqqət: DİM jurnalist olmaq istəyənlər üçün şərtləri açıqladı

Jurnalist - Sputnik Azərbaycan, 1920, 02.08.2024
Abunə olmaq
DİM bildirib ki, 900-ə yaxın abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək.
BAKI, 2 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.
DİM-dən bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. Bakıda və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq imtahanda ümumilikdə 893 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlər imtahana buraxılış vərəqəsini DİM-in internet saytından çap edirlər.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanın məzmunu haqqında Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və media nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq.
Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar.
Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.
İnşa (esse) abituriyentin seçmiş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil, yaradıcı yazı işidir.
Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ətraf mühit, mənəviyyat və eləcə də bütün bəşəriyyəti düşündürən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.
İnşanı (esseni) yazarkən abituriyent:
-səliqəli, oxunaqlı və aydın xətlə yazmalı;
-öz fikirlərini aydın və savadlı şəkildə ifadə etməli; -mövzunun mahiyyətini açmalı və dolğun əhatə etməli;
-yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, abzaslarla fərqləndirməli və fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli;
-ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu nümayiş etdirməli;
-ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticə çıxara bilmək qabiliyyətini nümayiş etdirməli;
-fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına uyğun olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə (3 və daha çox) müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir. Yazı işinin qiymətləndirilməsi zamanı inşanın məzmununu, yazı savadı və aşağıdakı meyarlar nəzərə alınır:
-inşa yazı (esse) 2–4 səhifə (ən azı 2 səhifə və ya 420 söz) həcmində olmalıdır.
-verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələr haqqında məlumata malik olunması;
-abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun əhatə olunma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması;
-çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;
-yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;
-yazı işinin ədəbi dilin fonetik (orfoqrafiya və durğu işarələri), qrammatik və leksik normalarına tam riayət edilməklə yazılması.
Yazı işi yuxarıdakı meyarlar nəzərə alınmaqla "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir. "Qeyri-məqbul" qiyməti mövzunun zəif əhatə olunduğu və ya heç əhatə olunmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya özünü tanıtmaq məqsədilə hər hansı bir işarə vurduğu, 8 və daha çox fonetik, qrammatik və leksik səhvi olan yazılara verilir. Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat (ad, soyad, ata adı, baba adı, məktəb adı, müəllim adı, yaşayış yeri və s.) yazması və ya özlərini tanıtmaqla bağlı hər hansı işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri "sıfır" balla qiymətləndirilir. Seçdiyi mövzudan fərqli mövzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da "sıfır" balla qiymətləndirilir. Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-in internet saytında yerləşdirilib.
06.08.23, 08:25
Jurnalist olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir.
DİM-dən bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edəcəklər. İmtahanda 519 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.
İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanların başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağı qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanın məzmunu haqqında məlumat: Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.
İnşa (esse) abituriyentin seçmiş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil, yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ətraf mühit, mənəviyyat və eləcə də bütün bəşəriyyəti düşündürən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.
İnşanı (esseni) yazarkən abituriyent:
- səliqəli, oxunaqlı və aydın xətlə yazmalı;
- öz fikirlərini aydın və savadlı şəkildə ifadə etməli;
- mövzunun mahiyyətini açmalı və dolğun əhatə etməli;
- yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, abzaslarla fərqləndirməli və fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli;
- ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu nümayiş etdirməli;
- ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli;
- fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına uyğun olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə (3 və daha çox) müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.
Yazı işinin qiymətləndirilməsi zamanı inşanın məzmununu, yazı savadı və aşağıdakı meyarlar nəzərə alınır:
- İnşa yazı (esse) 2–4 səhifə (ən azı 2 səhifə və ya 420 söz) həcmində olmalıdır.
- verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələr haqqında məlumata malik olunması;
- abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun əhatə olunma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması;
- çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;
- yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;
- yazı işinin ədəbi dilin fonetik (orfoqrafiya və durğu işarələri), qrammatik və leksik normalarına tam riayət edilməklə yazılması.
Yazı işi yuxarıdakı meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. “Qeyri-məqbul” qiyməti mövzunun zəif əhatə olunduğu və ya heç əhatə olunmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya özünü tanıtmaq məqsədi ilə hər hansı bir işarə vurduğu, 8 və daha çox fonetik, qrammatik və leksik səhvi olan yazılara verilir.
Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat (ad, soyad, ata adı, baba adı, məktəb adı, müəllim adı, yaşayış yeri və s.) yazması və ya özlərini tanıtmaqla bağlı hər hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndirilir. Seçdiyi mövzudan fərqli mövzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da “sıfır” balla qiymətləndirilir.
27.07.23, 10:29
III ixtisas qrupu üzrə imtahan verən və Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər 27-31 iyul (saat 23:59-dək) 2023-cü il tarixlərində DİM-in internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Tələbə qəbulu elanının "Ərizə qəbulu" bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ‑lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə hamısının Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Digər abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.
Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, "Jurnalistika" ixtisasını da seçə bilərlər.
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 6-da keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika" ixtisasını da seçə bilərlər.
Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə Abituriyent jurnalının Jurnalistika istiqaməti üzrə xüsusi buraxılışında tanış ola bilərsiniz.
Xüsusi buraxılışı Abituriyent satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Xəbər lenti
0