https://sputnik.az/20240802/harrisin-prezident-secilmesi-abs-ucun-son-nefes-ola-biler---senator-466456378.html
Harrisin prezident seçilməsi ABŞ üçün son nəfəs ola bilər - senator
Harrisin prezident seçilməsi ABŞ üçün son nəfəs ola bilər - senator
Sputnik Azərbaycan
Puşkov, Harrisin prezident seçilmə ehtimalını Roma İmperiyasının tənəzzülü ilə müqayisə edib. 02.08.2024, Sputnik Azərbaycan
2024-08-02T20:10+0400
2024-08-02T20:10+0400
2024-08-02T20:10+0400
kəmalə harris
dünya xəbərləri
roma
aleksey puşkov
abş
https://cdnn1.img.sputnik.az/img/07e8/07/19/466236869_0:177:3013:1872_1920x0_80_0_0_86a18ee825c97005985364a2fb346321.jpg
BAKI, 2 avqust — Sputnik. Rusiyalı senator Aleksey Puşkov Kamala Harrisin ABŞ prezident seçkilərində mümkün qələbəsinin ABŞ üçün son nəfəsi ola biləcəyi barədə fikir bildirib. Bu barədə o, özünün "Telegram" kanalında yazıb. Puşkov vurğulayıb ki, Harrisin seçilməsi Vaşinqton üçün mənfi ssenaridir. O, bu nəticəni Roma İmperiyasının tənəzzülü ilə müqayisə edib. Həmin dövrdə Roma İmperiyasına getdikcə zəif və bacarıqsız imperatorlar rəhbərlik edirdilər. Onlar isə öz ölkələrini müdafiə edə biləcək şəxslərin məhvi ilə məşğul idilər. "Hər halda, Harrisin seçilməsi Amerikanın müasir dünyanın aparıcı gücü kimi tənəzzülünü sürətləndirəcək" – Puşkov deyib. Bir müddət əvvəl ABŞ prezidentliyi uğrunda yarışın keçmiş iştirakçısı Nikki Heyli demişdi ki, Harris Demokratlar Partiyasından prezidentliyə ən zəif namizəddir. Onun fikrincə, Harrisin yeganə üstünlüyü onun yaşıdır, çünki o, "kifayət qədər gənc namizəddir".
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/19/466236869_141:0:2872:2048_1920x0_80_0_0_4c4cb1a333e6254e31719cfa94de18f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
kəmalə harris, roma, aleksey puşkov, abş
kəmalə harris, roma, aleksey puşkov, abş
Harrisin prezident seçilməsi ABŞ üçün son nəfəs ola bilər - senator
Puşkov, Harrisin prezident seçilmə ehtimalını Roma İmperiyasının tənəzzülü ilə müqayisə edib.
BAKI, 2 avqust — Sputnik. Rusiyalı senator Aleksey Puşkov Kamala Harrisin ABŞ prezident seçkilərində mümkün qələbəsinin ABŞ üçün son nəfəsi ola biləcəyi barədə fikir bildirib.
Bu barədə o, özünün "Telegram" kanalında yazıb.
Puşkov vurğulayıb ki, Harrisin seçilməsi Vaşinqton üçün mənfi ssenaridir. O, bu nəticəni Roma İmperiyasının tənəzzülü ilə müqayisə edib. Həmin dövrdə Roma İmperiyasına getdikcə zəif və bacarıqsız imperatorlar rəhbərlik edirdilər. Onlar isə öz ölkələrini müdafiə edə biləcək şəxslərin məhvi ilə məşğul idilər.
"Hər halda, Harrisin seçilməsi Amerikanın müasir dünyanın aparıcı gücü kimi tənəzzülünü sürətləndirəcək" – Puşkov deyib.
Bir müddət əvvəl ABŞ prezidentliyi uğrunda yarışın keçmiş iştirakçısı Nikki Heyli demişdi ki, Harris Demokratlar Partiyasından prezidentliyə ən zəif namizəddir. Onun fikrincə, Harrisin yeganə üstünlüyü onun yaşıdır, çünki o, "kifayət qədər gənc namizəddir".