Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

COP29: Bağçalar da bağlanacaq?

© Official website of President of Azerbaijan RepublicUşaq bağçası, arxiv şəkli
Uşaq bağçası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.08.2024
Abunə olmaq
Deputat bildirib ki, COP29-da məktəblərdə tətilin elan edilməsi və yaxud məsafədən təhsilə keçid bu tədbirin mötəbərliyi ilə bağlıdır.
BAKI, 2 avqust — Sputnik. 10 gün müddətində məktəblərdə təhsilə ara vermək, hətta bağçaların da təxirə salınması mümkündür. On günü sonra müəyyən qədər konpensasiya etmək olar. Amma ölkənin imicini konpensasiya etmək çətindir.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında COP29-la bağlı baş nazirin dünən imzaladığı qərarı şərh edən millət vəkili Fazil Mustafa söyləyib. Deputat bildirib ki, COP29-da məktəblərdə tətilin elan edilməsi və yaxud məsafədən təhsilə keçid bu tədbirin mötəbərliyi ilə bağlıdır. Bu cür tədbirlər Azərbaycan üçün imic baxımından vacibdir:
"Elə etmək lazımdır ki, bu tədbirə gələn qonaqlar razı qalsın. Onların daşınması, kommunikasiya və başqa məsələlər yüksək səviyyədə həllini tapsın. Bu baxımdan, müəyyən məhdudiyyətlərin olması gündəmə gətiriləcək".
Nazirlər Kabinetindən isə Sputnik Azərbaycan-a məhdudiyyətlərin məktəbəqədər təhsil müəssisələrinə şamil edilmədiyi bildirilib.
COP29-la bağlı dünən verilmiş qərarın tədrisin keyfiyyətinə təsiri də müzakirə mövzusudur. Təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, Bakıda keçiriləcək mötəbər tədbirlə bağlı təhsilalanların və təhsilverənlərin yollarda, nəqliyyatda problemlərlə üzləşməməsi üçün məsafədən təhsilin tətbiqi labüddür. Təkcə Bakıda yerləşən 320 orta təhsil müəssisəsində 500 minə yaxın şagird, 28 minə yaxın təhsilverən var. Ona görə də noyabr ayında keçiriləcək tədbirlə bağlı yollarda sıxlıq və məhdudiyyətlərin olacağı danılmazdır.
"Onsuz da sentyabr ayından yollarda sıxlıq müşahidə olunur. Üstəlik, Bakının beynəlxalq bir tədbirə ev sahiblik etməsi, paytaxta çoxsaylı qonaqların gəlməsi bu sıxlığı daha da artıracaq. Bu da hərəkətin intensivliyinə mane olacaq" - Kamran Əsədov söyləyib.
Ekspert bildirib ki, 2020-ci ilin mart ayında pandemiya səbəbindən alternativ təhsilə keçid baş tutub. Bu səbəbdən məsafədən təhsillə bağlı resurs və platformalarımız var. Bununla belə, Əsədov, payız təhsilinin noyabr ayına uzadılmasının tədrisin keyfiyyətinə təsirsiz ötüşməyəcəyi qənaətindədir. Onun fikrincə, bir gün belə müəyyən fənlərin keçirilməməsi və məsafədən təşkili təhsil alanların tədris yükünü mənimsəməsinə problem yaradır.
"Ən yaxşı variant o olardı ki, dərslər sentyabr ayının 1-də başlayıb mayın sonunda başa çatsın. 10 günlük fasilə və yaxud məsafədən təhsil tədrisin keyfiyyətinə təsirini göstərəcək. Çünki, tələbələrin heç də hamısının kompüteri, planşeti və yaxud sürətli internetə əlçatanlığı yüksək səviyyədə deyil. Elə ailə var ki, bir evdən iki və daha çox uşaq ali və orta ixtisas təhsili alır. Onların heç də hamısı alternativ təhsilalma növündən yararlana bilməyəcək. Xüsusilə ali məktəblərdə bu, problemə səbəb olacaq. Ona görə də, ən yaxşısı dərslərin sentyabrın 1-də başlayıb may ayının sonunda başa çatdırılması olardı" - Kamran Əsədov bildirib.
Ekspert ümumtəhsil müəssisələrində 10 günlük tətildən sonra şagirdlərin yüklənəcəyini, ona görə də, alternativ tədris proqramının hazırlanmasının vacib olduğunu söyləyib.
Baş nazir Əli Əsədov "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında" qərar imzalayıb.
Bu qərarla Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin aşağıdakı qaydada təşkili təmin ediləcək:
1.ümumi təhsil pilləsi üzrə - 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili;
2.peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12- dən 22-dək distant (məsafədən) formada təhsil.
01.08.24, 12:23
COP29-la əlaqədar məktəblər distant təhsilə keçəcək
Baş nazir Əli Əsədov "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında" qərar imzalayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, qərarla Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin aşağıdakı qaydada təşkili təmin ediləcək:
1.
ümumi təhsil pilləsi üzrə - 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili;
2.
peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12- dən 22-dək distant (məsafədən) formada təhsil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0