https://sputnik.az/20240802/cin-xn-abs-ve-rusiya-arasinda-vetendas-mubadilesini-destekledi-466452338.html
Çin XİN ABŞ və Rusiya arasında vətəndaş mübadiləsini dəstəklədi
Çin XİN ABŞ və Rusiya arasında vətəndaş mübadiləsini dəstəklədi
Sputnik Azərbaycan
Rəsmi nümayəndə xatırladıb ki, Rusiya Federasiyası və ABŞ beynəlxalq aləmdə böyük nüfuza malik BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. 02.08.2024, Sputnik Azərbaycan
2024-08-02T21:20+0400
2024-08-02T21:20+0400
2024-08-02T21:20+0400
xin
dünya xəbərləri
ftx
abş
çin
rusiya
abş prezidenti cozef bayden
co bayden
https://cdnn1.img.sputnik.az/img/42307/64/423076440_0:160:3073:1888_1920x0_80_0_0_b9f528e71c0870b51808680184e8fc19.jpg
BAKI, 2 avqust — Sputnik. Çin Xarici İşlər Nazirliyi rusiyalıların Qərb vətəndaşları ilə dəyişdirilməsi ilə bağlı ABŞ və Rusiya arasında məsələlərin uğurla həllini dəstəkləyir, çünki bu, qlobal sabitliyə müsbət təsir göstərəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan bildirib. "Biz ümid edirik ki, ABŞ və Rusiya qarşılıqlı maraq doğuran məsələləri dialoq yolu ilə həll edəcəklər" - o, brifinqdə deyib. Rəsmi nümayəndə xatırladıb ki, Rusiya Federasiyası və ABŞ beynəlxalq aləmdə böyük nüfuza malik BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onun sözlərinə görə, iki dövlət arasında ziddiyyətlərin aradan qaldırılması beynəlxalq və regional sülh və sabitliyə müsbət təsir göstərəcək. Bundan əvvəl Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi Ankara hava limanında aparılan mübadilə nəticəsində NATO-nun bir sıra ölkələrində saxlanılan və həbsdə olan 8 Rusiya vətəndaşının və azyaşlı uşaqların vətənlərinə qaytarıldığını bildirmişdi. Rusiyaya qayıdanlar arasında Krasikov adı ilə tanınan Almaniyada ömürlük həbs cəzası çəkən Rusiya Federasiyası vətəndaşı da var. Rusiya vətəndaşları xarici dövlətlərin maraqlarından çıxış edən bir qrup şəxsə dəyişdirilib. ABŞ prezidenti Co Bayden deyib ki, Rusiya mübadilə çərçivəsində keçmiş dəniz piyadası Pol Uilan və Rusiyada casusluqda təqsirli bilinən Wall Street Journal jurnalisti Evan Qerşkoviç də daxil olmaqla 16 nəfəri təhvil verib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42307/64/423076440_170:0:2901:2048_1920x0_80_0_0_09a34931060ec1b6213f4fd9e0bfc644.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xin, ftx, abş, çin, rusiya, abş prezidenti cozef bayden, co bayden
xin, ftx, abş, çin, rusiya, abş prezidenti cozef bayden, co bayden
Çin XİN ABŞ və Rusiya arasında vətəndaş mübadiləsini dəstəklədi
Rəsmi nümayəndə xatırladıb ki, Rusiya Federasiyası və ABŞ beynəlxalq aləmdə böyük nüfuza malik BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir.
BAKI, 2 avqust — Sputnik. Çin Xarici İşlər Nazirliyi rusiyalıların Qərb vətəndaşları ilə dəyişdirilməsi ilə bağlı ABŞ və Rusiya arasında məsələlərin uğurla həllini dəstəkləyir, çünki bu, qlobal sabitliyə müsbət təsir göstərəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan bildirib.
"Biz ümid edirik ki, ABŞ və Rusiya qarşılıqlı maraq doğuran məsələləri dialoq yolu ilə həll edəcəklər" - o, brifinqdə deyib.
Rəsmi nümayəndə xatırladıb ki, Rusiya Federasiyası və ABŞ beynəlxalq aləmdə böyük nüfuza malik BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onun sözlərinə görə, iki dövlət arasında ziddiyyətlərin aradan qaldırılması beynəlxalq və regional sülh və sabitliyə müsbət təsir göstərəcək.
Bundan əvvəl Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi Ankara hava limanında aparılan mübadilə nəticəsində NATO-nun bir sıra ölkələrində saxlanılan və həbsdə olan 8 Rusiya vətəndaşının və azyaşlı uşaqların vətənlərinə qaytarıldığını bildirmişdi. Rusiyaya qayıdanlar arasında Krasikov adı ilə tanınan Almaniyada ömürlük həbs cəzası çəkən Rusiya Federasiyası vətəndaşı da var. Rusiya vətəndaşları xarici dövlətlərin maraqlarından çıxış edən bir qrup şəxsə dəyişdirilib. ABŞ prezidenti Co Bayden deyib ki, Rusiya mübadilə çərçivəsində keçmiş dəniz piyadası Pol Uilan və Rusiyada casusluqda təqsirli bilinən Wall Street Journal jurnalisti Evan Qerşkoviç də daxil olmaqla 16 nəfəri təhvil verib.