https://sputnik.az/20240801/tarixde-bu-gun-1-avqust-466406733.html
Tarixdə bu gün: 1 avqust
Tarixdə bu gün: 1 avqust
Sputnik Azərbaycan
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun. 01.08.2024, Sputnik Azərbaycan
2024-08-01T08:03+0400
2024-08-01T08:03+0400
2024-08-01T08:03+0400
avqust
cəmiyyət
tarix
tarixdə bu gün
qara dəniz
çay
çay
adolf hitler
adolf hitler
hitler
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1f/466401061_42:0:1158:628_1920x0_80_0_0_cf44729c6a27663f1c565c552dc469cf.jpg
BAKI, 1 avqust — Sputnik. Avqustun 1-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib. Avqustun 1-də kimlər anadan olub? - İv Sen Loran (1936-2008) - 1950-ci illərin sonundan 1980-ci illərin sonuna kimi moda dünyasında çalışmış fransız modelyer, "Yves Saint Laurent" moda evinin yaradıcısı. O, qadın dəbinə hündür çəkmələr və kişi qarderobunun smokinq kimi elementlərini daxil edib, uniseks üslubun banisi hesab olunur. O, ilk dəfə qaradərili modelləri kolleksiyalarının nümayişlərində iştirak etməyə dəvət edib. - Robert Ceyms Uoller (1939-2017) - ABŞ yazıçısı, 1993-cü ildə yayımlandıqdan sonra böyük uğur qazanan "Medison bölgəsinin körpüləri" romanı ilə məşhurdur. Həmçinin, fotoqrafiya və musiqi sahəsində də uğur qazanıb. - Ceyson Momoa (1979) Havay əsilli ABŞ aktyoru, rejissor, ssenarist və prodüserdir. O, "Barbar Konan", "Taxtların Oyunu", "Akvamen", "Ulduz qapıları: Atlantida", "Forsaj 10", "Forsaj 11" elmi-fantastik döyüş və fentezi filmlərində döyüşkən qəhrəman rolları ilə məşhurlaşıb. Avqustun 1-də dünyada baş verən tarixi hadisələr 1291-ci ildə İsveçrənin Şvits, Uri və Untervalden kantonları İsveçrə Konfederasiyasının əsasını qoyan "əbədi ittifaq"a daxil olublar. 1774-cü ildə ingilis alimi Cozef Pristli oksigen kimyəvi elementini kəşf edib. 1944-cü ildə Hitler hakimiyyətə gəldikdən sonra ailəsi ilə Niderlandda gizlənən Almaniya əsilli yəhudi qızı Anna Frank, ailəsi gestapoçular tərəfindən həbs edilməzdən əvvəl gündəliyinə son qeydi edib. Gündəlik ilk dəfə 1947-ci ildə Annanın atası Otto Frankın köməyi ilə nəşr olunub. O, orijinal gündəliyin bir qədər qısaldılmış və yenidən işlənmiş versiyasını nəşr üçün hazırlayıb. Yenilənmiş, genişləndirilmiş nəşr 1991-ci ildə nəşr olunub. 2010-cu ildə Qara dənizin dibində Dünya Okeanında yeganə sualtı çay aşkar edilib. Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə təsis edilən Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1f/466401061_182:0:1019:628_1920x0_80_0_0_0aa98fbeb8d7a95e801ddede00d4920c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avqust, tarix, tarixdə bu gün , qara dəniz, çay, çay, adolf hitler, adolf hitler, hitler
avqust, tarix, tarixdə bu gün , qara dəniz, çay, çay, adolf hitler, adolf hitler, hitler
Tarixdə bu gün: 1 avqust
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
BAKI, 1 avqust — Sputnik. Avqustun 1-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 1-də kimlər anadan olub?
- İv Sen Loran (1936-2008) - 1950-ci illərin sonundan 1980-ci illərin sonuna kimi moda dünyasında çalışmış fransız modelyer, "Yves Saint Laurent" moda evinin yaradıcısı. O, qadın dəbinə hündür çəkmələr və kişi qarderobunun smokinq kimi elementlərini daxil edib, uniseks üslubun banisi hesab olunur. O, ilk dəfə qaradərili modelləri kolleksiyalarının nümayişlərində iştirak etməyə dəvət edib.
- Robert Ceyms Uoller (1939-2017) - ABŞ yazıçısı, 1993-cü ildə yayımlandıqdan sonra böyük uğur qazanan "Medison bölgəsinin körpüləri" romanı ilə məşhurdur. Həmçinin, fotoqrafiya və musiqi sahəsində də uğur qazanıb.
- Ceyson Momoa (1979) Havay əsilli ABŞ aktyoru, rejissor, ssenarist və prodüserdir. O, "Barbar Konan", "Taxtların Oyunu", "Akvamen", "Ulduz qapıları: Atlantida", "Forsaj 10", "Forsaj 11" elmi-fantastik döyüş və fentezi filmlərində döyüşkən qəhrəman rolları ilə məşhurlaşıb.
Avqustun 1-də dünyada baş verən tarixi hadisələr
1291-ci ildə İsveçrənin Şvits, Uri və Untervalden kantonları İsveçrə Konfederasiyasının əsasını qoyan "əbədi ittifaq"a daxil olublar.
1774-cü ildə ingilis alimi Cozef Pristli oksigen kimyəvi elementini kəşf edib.
1944-cü ildə Hitler hakimiyyətə gəldikdən sonra ailəsi ilə Niderlandda gizlənən Almaniya əsilli yəhudi qızı Anna Frank, ailəsi gestapoçular tərəfindən həbs edilməzdən əvvəl gündəliyinə son qeydi edib. Gündəlik ilk dəfə 1947-ci ildə Annanın atası Otto Frankın köməyi ilə nəşr olunub. O, orijinal gündəliyin bir qədər qısaldılmış və yenidən işlənmiş versiyasını nəşr üçün hazırlayıb. Yenilənmiş, genişləndirilmiş nəşr 1991-ci ildə nəşr olunub.
2010-cu ildə Qara dənizin dibində Dünya Okeanında yeganə sualtı çay aşkar edilib.
Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə təsis edilən Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd edilir.