https://sputnik.az/20240801/sertifikasiyadan-kesilen-4300-muellimin-bos-qalan-yerleri-nece-olacaq-466416081.html
Sertifikasiyadan kəsilən 4300 müəllimin boş qalan yerləri necə olacaq?
Sertifikasiyadan kəsilən 4300 müəllimin boş qalan yerləri necə olacaq?
Sputnik Azərbaycan
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi deyib ki, müəllimlərin işə qəbulu imtahanında ibtidai sinif və Azərbaycan dili fənni üzrə... 01.08.2024, Sputnik Azərbaycan
2024-08-01T10:50+0400
2024-08-01T10:50+0400
2024-08-01T10:51+0400
müəllim
təhsil
iş yeri
boş iş yerləri
təhsil
azərbaycan
azərbaycan dili
ədəbiyyat
ibtidai sinif
vakansiya
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0f/466043574_0:320:3072:2048_1920x0_80_0_0_c9e304fbad2b78e3591a6ca7986fe3bf.jpg
BAKI, 1 avqust — Sputnik. Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, müəllimlərin işə qəbuluna dair müsabiqənin vakansiya seçimi mərhələsində 10500 vakant yer təqdim edilib: Qurum təmsilçisi əlavə edib ki, buna görə də hər işdən çıxarılan hər müəllimin yerinə başqa təhsilverən götürülməyəcək: "Məktəbdə fəaliyyət göstərən aidiyyatı fənn müəllimlərinin dərs saatları artırılacaq". Onun sözlərinə görə, müəllimlərin işə qəbulu imtahanında ibtidai sinif və Azərbaycan dili fənni üzrə vakansiyaların sayı ötən illə müqayisədə daha çoxdur: Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0f/466043574_341:0:3072:2048_1920x0_80_0_0_47b0988389d8e91a687c2fcc90e68e03.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
müəllim, iş yeri, boş iş yerləri, təhsil, azərbaycan, azərbaycan dili, ədəbiyyat, ibtidai sinif, vakansiya
müəllim, iş yeri, boş iş yerləri, təhsil, azərbaycan, azərbaycan dili, ədəbiyyat, ibtidai sinif, vakansiya
Sertifikasiyadan kəsilən 4300 müəllimin boş qalan yerləri necə olacaq?
10:50 01.08.2024 (Yenilənib: 10:51 01.08.2024) Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi deyib ki, müəllimlərin işə qəbulu imtahanında ibtidai sinif və Azərbaycan dili fənni üzrə vakansiyaların sayı ötən illə müqayisədə daha çoxdur.
BAKI, 1 avqust — Sputnik. Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müəllimlərin işə qəbuluna dair müsabiqənin vakansiya seçimi mərhələsində 10500 vakant yer təqdim edilib:
"Sertifikasiyadan sonra ümumilikdə 4300-dən çox müəllim işdən çıxarılıb. Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır".
Qurum təmsilçisi əlavə edib ki, buna görə də hər işdən çıxarılan hər müəllimin yerinə başqa təhsilverən götürülməyəcək:
"Məktəbdə fəaliyyət göstərən aidiyyatı fənn müəllimlərinin dərs saatları artırılacaq".
Onun sözlərinə görə, müəllimlərin işə qəbulu imtahanında ibtidai sinif və Azərbaycan dili fənni üzrə vakansiyaların sayı ötən illə müqayisədə daha çoxdur:
"Bunun başlıca səbəbi müəllimlərin sertifikatlaşdırması prosesinin nəticəsidir. Müəllimlərin təkrar sertifikatlaşdırmasında uğur qazana bilməyən 4 min 300-dən çox müəllimin müqaviləsinə xitam verilib. Bu saylar ibtidai sinif və Azərbaycan dili fənləri üzrədir. Amma işdən çıxarılan hər müəllimin əvəzinə mütləq vakansiya yaradılmayacaq. Aparılan təhlillər göstərir ki, ölkə üzrə ehtiyac duyulandan daha çox müəllim ümumi təhsil müəssisələrində fəaliyyət göstərir. Bu təhlillər xüsusilə ibtidai sinif müəllimlərinə aiddir. İşdən çıxmış müəllimin əvəzinə yaranmış vakansiya ştatlarının həmin məktəbdəki digər müəllimlər arasında paylanması planlaşdırılır. Bu il ibtidai sinif üzrə ümumilikdə 712 vakansiya, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə isə 563 vakansiya təqdim olunub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.