https://sputnik.az/20240801/ran-ve-onun-muttefiqleri-sraile-cavabi-muzakire-etmek-ucun-gorusecek---kv-466432533.html
İran və onun müttəfiqləri İsrailə cavabı müzakirə etmək üçün görüşəcək - KİV
İran və onun müttəfiqləri İsrailə cavabı müzakirə etmək üçün görüşəcək - KİV
Sputnik Azərbaycan
Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. 01.08.2024, Sputnik Azərbaycan
2024-08-01T17:39+0400
2024-08-01T17:39+0400
2024-08-01T17:39+0400
iran
dünya xəbərləri
tehran
həmas
israil
rusiya
bmt
təhlükəsizlik şurası
fələstin
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/05/433902803_0:0:3001:1688_1920x0_80_0_0_2750366373f35a1ea63b68b43d7012a7.jpg
BAKI, 1 avqust — Sputnik. İran və onun Livan, İraq və Yəməndəki müttəfiq qüvvələrinin nümayəndələri Fələstinin Həmas hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra İsrailə qarşı cavab strategiyasını müzakirə etmək üçün Tehranda görüşəcəklər. Bu barədə Reuters mənbələrə istinadən xəbər verir. Fələstinin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü elan edib. Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, HƏMAS Siyasi Büro rəhbərinin ölümü və İsrailin bu işə qarışması ilə bağlı deyəcək heç nə yoxdur. İsrail ordusunun nümayəndələri də öz növbəsində Haniyənin öldürülməsi ilə bağlı "mediada yayılan xəbərlərə cavab vermədiklərini" bildiriblər. "The Jerusalem Post" yazıb ki, İsrail hakimiyyəti nazirlərə HƏMAS liderinin öldürülməsi barədə danışmamağı tapşırıb. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov Haniyənin ölümünü tamamilə qəbuledilməz siyasi qətl adlandırıb və bu, regionda vəziyyəti daha da gərginləşdirəcək. New York Times öz mənbələrinə istinadən iddia edib ki, İranın ali lideri Əli Xamnei Tehranda Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib. Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani Təhlükəsizlik Şurasının iclasında deyib ki, Tehran beynəlxalq qanunlara riayət edərək, lazım bildiyi zaman Haniyənin qətlinə cavab vermək üçün özünümüdafiə hüququnu özündə saxlayır.O, həmçinin bildirib ki, ABŞ kəşfiyyatının İsrailə dəstəyi olmasaydı, sui-qəsd baş verməzdi. İranın BMT-dəki missiyası həmçinin Təhlükəsizlik Şurasını işğalçılıq əməllərinə görə İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/05/433902803_202:0:2745:1907_1920x0_80_0_0_ca0c7a016062b5cda6f0955e86298a23.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, tehran, həmas, israil, rusiya, bmt, təhlükəsizlik şurası, fələstin
iran, tehran, həmas, israil, rusiya, bmt, təhlükəsizlik şurası, fələstin
İran və onun müttəfiqləri İsrailə cavabı müzakirə etmək üçün görüşəcək - KİV
Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib.
BAKI, 1 avqust — Sputnik. İran və onun Livan, İraq və Yəməndəki müttəfiq qüvvələrinin nümayəndələri Fələstinin Həmas hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra İsrailə qarşı cavab strategiyasını müzakirə etmək üçün Tehranda görüşəcəklər. Bu barədə Reuters mənbələrə istinadən xəbər verir.
Fələstinin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü elan edib.
Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, HƏMAS Siyasi Büro rəhbərinin ölümü və İsrailin bu işə qarışması ilə bağlı deyəcək heç nə yoxdur. İsrail ordusunun nümayəndələri də öz növbəsində Haniyənin öldürülməsi ilə bağlı "mediada yayılan xəbərlərə cavab vermədiklərini" bildiriblər. "The Jerusalem Post" yazıb ki, İsrail hakimiyyəti nazirlərə HƏMAS liderinin öldürülməsi barədə danışmamağı tapşırıb.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov Haniyənin ölümünü tamamilə qəbuledilməz siyasi qətl adlandırıb və bu, regionda vəziyyəti daha da gərginləşdirəcək.
New York Times öz mənbələrinə istinadən iddia edib ki, İranın ali lideri Əli Xamnei Tehranda Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib. Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani Təhlükəsizlik Şurasının iclasında deyib ki, Tehran beynəlxalq qanunlara riayət edərək, lazım bildiyi zaman Haniyənin qətlinə cavab vermək üçün özünümüdafiə hüququnu özündə saxlayır.
O, həmçinin bildirib ki, ABŞ kəşfiyyatının İsrailə dəstəyi olmasaydı, sui-qəsd baş verməzdi. İranın BMT-dəki missiyası həmçinin Təhlükəsizlik Şurasını işğalçılıq əməllərinə görə İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.