https://sputnik.az/20240801/diabetli-usaqlar-yeni-cihazlarla-temin-olunur-466416235.html
Diabetli uşaqlar yeni cihazlarla təmin olunur
Diabetli uşaqlar yeni cihazlarla təmin olunur
Sputnik Azərbaycan
Bundan sonra uşağını xəstəxanaya aparmadan, həkimə müraciət etmədən, ağrısız şəkildə qandakı şəkər dəyərinə daim nəzarət edə biləcək. 01.08.2024, Sputnik Azərbaycan
2024-08-01T23:27+0400
2024-08-01T23:27+0400
2024-08-01T23:27+0400
diabet
səhiyyə
uşaqlar
cihaz
təbib
qan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41251/38/412513836_0:135:3011:1828_1920x0_80_0_0_75344825f031e800cd421e4a83a67005.jpg
BAKI, 1 avqust — Sputnik. TƏBİB-in dəstəyi ilə Respublika Endokrinoloji Mərkəzdə şəkərli diabetdən əziyyət çəkən 5-15 yaşlı uşaqların davamlı qlükoza monitorinq cihazı ilə təmin olunmasına başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. Xəbərdə bildirilir ki, şəkərli diabetdən əziyyət çəkən 5-15 yaşlı uşaqlar bundan sonra Respublika Endokrinoloji Mərkəz tərəfindən davamlı qlükoza monitorinq cihazı ilə təmin olunacaq. TƏBİB-in dəstəyi ilə əldə olunan bu cihazların artıq Mərkəz tərəfindən qeydiyyatda olan uşaqlara paylanılmasına başlanılıb. Övladı şəkərli diabetdən əziyyət çəkən hər bir valideyn cihaz vasitəsilə bundan sonra uşağını xəstəxanaya aparmadan, həkimə müraciət etmədən, ağrısız şəkildə qandakı şəkər dəyərinə daim nəzarət edə biləcək. Qeyd edək ki, indiyə qədər diabet xəstələrinə şəkər ölçən qlükometr cihazı verilirdi. Qlükometr cihazı vasitəsilə qanda şəkəri ölçmək üçün gündə 4-7 dəfə uşağın barmağından qan alınaraq həyata keçirilirdi, bu da uşaqlarda iynə fobiyası yaratdığına görə həm uşaqlarda, həm də valideynlərə çətinlik yaradırdı. Məlumdur ki, diabet xəstəliyinin müalicəsinin əsasını şəkəri nəzarət altında saxlamaq, özünə nəzarət təşkil edir. Qanda davamlı qlükoza monitorinq sistemi vasitəsilə fizioloji olaraq da şəkərlərin amplitudasını izləmək və fəsadların qarşısını almaq mümkün olacaq. Qeyd edək ki, hər bir pasiyentə 14 gündən bir dəyişmək şərtilə iki cihaz verilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41251/38/412513836_0:0:2731:2048_1920x0_80_0_0_2fa3dc1b8cea1ac22bd2e34f625840b2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
diabet, uşaqlar, cihaz, təbib, qan, azərbaycan
diabet, uşaqlar, cihaz, təbib, qan, azərbaycan
Diabetli uşaqlar yeni cihazlarla təmin olunur
Bundan sonra uşağını xəstəxanaya aparmadan, həkimə müraciət etmədən, ağrısız şəkildə qandakı şəkər dəyərinə daim nəzarət edə biləcək.
BAKI, 1 avqust — Sputnik. TƏBİB-in dəstəyi ilə Respublika Endokrinoloji Mərkəzdə şəkərli diabetdən əziyyət çəkən 5-15 yaşlı uşaqların davamlı qlükoza monitorinq cihazı ilə təmin olunmasına başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. Xəbərdə bildirilir ki, şəkərli diabetdən əziyyət çəkən 5-15 yaşlı uşaqlar bundan sonra Respublika Endokrinoloji Mərkəz tərəfindən davamlı qlükoza monitorinq cihazı ilə təmin olunacaq. TƏBİB-in dəstəyi ilə əldə olunan bu cihazların artıq Mərkəz tərəfindən qeydiyyatda olan uşaqlara paylanılmasına başlanılıb.
Övladı şəkərli diabetdən əziyyət çəkən hər bir valideyn cihaz vasitəsilə bundan sonra uşağını xəstəxanaya aparmadan, həkimə müraciət etmədən, ağrısız şəkildə qandakı şəkər dəyərinə daim nəzarət edə biləcək.
Qeyd edək ki, indiyə qədər diabet xəstələrinə şəkər ölçən qlükometr cihazı verilirdi. Qlükometr cihazı vasitəsilə qanda şəkəri ölçmək üçün gündə 4-7 dəfə uşağın barmağından qan alınaraq həyata keçirilirdi, bu da uşaqlarda iynə fobiyası yaratdığına görə həm uşaqlarda, həm də valideynlərə çətinlik yaradırdı.
Məlumdur ki, diabet xəstəliyinin müalicəsinin əsasını şəkəri nəzarət altında saxlamaq, özünə nəzarət təşkil edir. Qanda davamlı qlükoza monitorinq sistemi vasitəsilə fizioloji olaraq da şəkərlərin amplitudasını izləmək və fəsadların qarşısını almaq mümkün olacaq.
Qeyd edək ki, hər bir pasiyentə 14 gündən bir dəyişmək şərtilə iki cihaz verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.