https://sputnik.az/20240731/usaqlarin-mektebeqeder-tehsile-celb-olunma-gostericisi-aciqlandi-466407820.html
Uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi açıqlandı
Uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi açıqlandı
Sputnik Azərbaycan
2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması... 31.07.2024, Sputnik Azərbaycan
2024-07-31T16:12+0400
2024-07-31T16:12+0400
2024-07-31T16:12+0400
məktəbəqədər təhsil müəssisələri
təhsil
uşaqlar
icma
məktəbəqədər təhsil
məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi
https://cdnn1.img.sputnik.az/img/40736/82/407368227_19:0:981:541_1920x0_80_0_0_f249c558ed911a2d5237147e6141ff04.jpg
BAKI, 31 iyul — Sputnik. Hazırda ölkəmizdə bağça yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir Sputnik Azərbaycan xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub: "Bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Belə ki, Elm və Təhsil Nazirliyi özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edib. Müsabiqə ilə dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqlar özəl bağçalarda boş qalan yerlərə cəlb ediləcək və təhsil haqqının bir hissəsi qrant vasitəsilə maliyyələşdiriləcək. Əlavə olaraq, icma əsaslı məktəbəqədər təhsil qrupları, qrant layihələr çərçivəsində yaradılan qısamüddətli təlim qrupları və ailə tipli təlim qrupları modeli məktəbəqədər təhsildən kənarda qalmış uşaqların məktəbəqədər təhsil xidmətləri ilə təmin olunmasını hədəfləyir" O, deyib ki, İcma Əsaslı Məktəbəqədər Təhsil" layihəsinin məqsədi 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, İcma əsaslı məktəbəqədər təhsil mərkəzləri və valideyn birliklərinin yaradılması, məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir: "Hazırkı dövrədək icma əsaslı məktəbəqədər təhsil qrupları ölkənin 55 şəhər və rayonu əhatə edib. Bu model Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 fevral tarixli 64 nömrəli qərarı ilə tənzimlənir. Həmin layihə çərçivəsində bölgələrdə məktəb daxilində icma əsaslı uşaq təlim mərkəzləri yaradılıb. Davamlı peşəkar təlimlərə cəlb olunan tərbiyəçi-müəllimlər valideynlərlə birlikdə əməkdaşlıq edərək həm icma əsaslı məktəbəqədər təhsil qrupunda, həm də evdə uşaqlar üçün keyfiyyətli öyrənmə mühiti yaradıb".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40736/82/407368227_140:0:861:541_1920x0_80_0_0_2140604a782f07217cc84cb0f390e88d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəbəqədər təhsil müəssisələri, uşaqlar, icma, məktəbəqədər təhsil, məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi
məktəbəqədər təhsil müəssisələri, uşaqlar, icma, məktəbəqədər təhsil, məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi
Uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi açıqlandı
2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub.
BAKI, 31 iyul — Sputnik. Hazırda ölkəmizdə bağça yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir
Sputnik Azərbaycan xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub:
"Bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Belə ki, Elm və Təhsil Nazirliyi özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edib. Müsabiqə ilə dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqlar özəl bağçalarda boş qalan yerlərə cəlb ediləcək və təhsil haqqının bir hissəsi qrant vasitəsilə maliyyələşdiriləcək. Əlavə olaraq, icma əsaslı məktəbəqədər təhsil qrupları, qrant layihələr çərçivəsində yaradılan qısamüddətli təlim qrupları və ailə tipli təlim qrupları modeli məktəbəqədər təhsildən kənarda qalmış uşaqların məktəbəqədər təhsil xidmətləri ilə təmin olunmasını hədəfləyir"
O, deyib ki, İcma Əsaslı Məktəbəqədər Təhsil" layihəsinin məqsədi 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, İcma əsaslı məktəbəqədər təhsil mərkəzləri və valideyn birliklərinin yaradılması, məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir:
"Hazırkı dövrədək icma əsaslı məktəbəqədər təhsil qrupları ölkənin 55 şəhər və rayonu əhatə edib. Bu model Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 fevral tarixli 64 nömrəli qərarı ilə tənzimlənir. Həmin layihə çərçivəsində bölgələrdə məktəb daxilində icma əsaslı uşaq təlim mərkəzləri yaradılıb. Davamlı peşəkar təlimlərə cəlb olunan tərbiyəçi-müəllimlər valideynlərlə birlikdə əməkdaşlıq edərək həm icma əsaslı məktəbəqədər təhsil qrupunda, həm də evdə uşaqlar üçün keyfiyyətli öyrənmə mühiti yaradıb".