https://sputnik.az/20240731/tarixde-bu-gun-31-iyul-466366413.html
Tarixdə bu gün: 31 iyul
Tarixdə bu gün: 31 iyul
Sputnik Azərbaycan
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun. 31.07.2024, Sputnik Azərbaycan
2024-07-31T08:00+0400
2024-07-31T08:00+0400
2024-07-31T08:00+0400
iyul
cəmiyyət
kolumb
xristofor kolumb
tanzaniya
leonid yakuboviç
https://cdnn1.img.sputnik.az/img/07e8/06/1c/465679960_42:0:1158:628_1920x0_80_0_0_2cbbd545bd57a76f14a36096ec6cccdb.jpg
BAKI, 31 iyul — Sputnik. İyulun 31-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib. İyulun 31-də kim anadan olub? - Cahangir Novruzov (1954) - Azərbaycanın xalq artisti, teatr rejissoru, teatr və kino aktyoru, Adanada Çukurova Universitetinin Dövlət Konservatoriyasının müəllim-professoru. Azərbaycan SSR xalq artisti, aktrisa Nəsibə Zeynalovanın oğludur. - Lui de Fünes (1914-1983) - Fransız kinoaktyoru, kinorejissoru və ssenaristi, dünya kinosunun ən böyük komediya ustalarından biri. - Oleq Popov (1930-2016) - Sovet və Rusiya sirk artisti, rejissor, aktyor, SSRİ xalq artisti. - Edita Pyexa (1937) - Polşa əsilli Sovet və Rusiya müğənnisi və aktrisası, SSRİ xalq artisti. İfaçının repertuarında 500-dən çox, o cümlədən xarici dillərdə olan mahnılar var. Müğənni bir çox yerli və xarici estrada müsabiqələrinin laureatı, "Yaşayan əfsanə" kateqoriyasında Rusiyanın milli "Ovatsiya" mükafatının laureatıdır. - Leonid Yakuboviç (1945) - Sovet və Rusiya teleaparıcısı, aktyor, ssenarist, televiziya prodüseri, Rusiya Federasiyasının xalq artisti. "Pole çudes" televiziya proqramının əvəzedilməz aparıcısı və bədii rəhbəri. - Coan Ketlin Roulinq (1965) - Britaniya yazıçısı, ssenaristi və kino prodüseri, "Harri Potter" romanlar seriyasının müəllifi. "Harri Potter" haqqında kitabları bir neçə mükafat qazanıb və 500 milyon nüsxədən çox satılıb. İyulun 31-də dünyada baş verən tarixi hadisələr 1498-ci ildə ispaniyalı Xristofer Kolumbun rəhbərlik etdiyi ekspedisiya Trinidad adasını kəşf edib. 1889-cu ildə Tobaqo Trinidadın asılı ərazisi elan edilib və vahid koloniya yaradılıb. 1962-ci ildə koloniya Britaniya İmperiyasından müstəqillik qazana bilib. Beynəlxalq Afrika Qadınlar Günü - 1962-ci ildən qeyd olunur. Bu tarix Tanzaniyanın Dar əs-Salam şəhərində keçirilən Ümumafrikalı Qadınlar Konfransının qərarı ilə müəyyən edilib. 1979-cu ildə Sovet astronomu Nikolay Çernıx yeni asteroid kəşf edib və ona görkəmli qazax alimi Kanış Satpayevin adı verilib. Hər beş ildən bir göy cismi Yerə yaxınlaşır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/1c/465679960_182:0:1019:628_1920x0_80_0_0_db3ff09b9b38932a25242b07b9761893.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iyul, kolumb, xristofor kolumb, tanzaniya, leonid yakuboviç
iyul, kolumb, xristofor kolumb, tanzaniya, leonid yakuboviç
Tarixdə bu gün: 31 iyul
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
BAKI, 31 iyul — Sputnik. İyulun 31-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 31-də kim anadan olub?
- Cahangir Novruzov (1954) - Azərbaycanın xalq artisti, teatr rejissoru, teatr və kino aktyoru, Adanada Çukurova Universitetinin Dövlət Konservatoriyasının müəllim-professoru. Azərbaycan SSR xalq artisti, aktrisa Nəsibə Zeynalovanın oğludur.
- Lui de Fünes (1914-1983) - Fransız kinoaktyoru, kinorejissoru və ssenaristi, dünya kinosunun ən böyük komediya ustalarından biri.
- Oleq Popov (1930-2016) - Sovet və Rusiya sirk artisti, rejissor, aktyor, SSRİ xalq artisti.
- Edita Pyexa (1937) - Polşa əsilli Sovet və Rusiya müğənnisi və aktrisası, SSRİ xalq artisti. İfaçının repertuarında 500-dən çox, o cümlədən xarici dillərdə olan mahnılar var. Müğənni bir çox yerli və xarici estrada müsabiqələrinin laureatı, "Yaşayan əfsanə" kateqoriyasında Rusiyanın milli "Ovatsiya" mükafatının laureatıdır.
- Leonid Yakuboviç (1945) - Sovet və Rusiya teleaparıcısı, aktyor, ssenarist, televiziya prodüseri, Rusiya Federasiyasının xalq artisti. "Pole çudes" televiziya proqramının əvəzedilməz aparıcısı və bədii rəhbəri.
- Coan Ketlin Roulinq (1965) - Britaniya yazıçısı, ssenaristi və kino prodüseri, "Harri Potter" romanlar seriyasının müəllifi. "Harri Potter" haqqında kitabları bir neçə mükafat qazanıb və 500 milyon nüsxədən çox satılıb.
İyulun 31-də dünyada baş verən tarixi hadisələr
1498-ci ildə ispaniyalı Xristofer Kolumbun rəhbərlik etdiyi ekspedisiya Trinidad adasını kəşf edib. 1889-cu ildə Tobaqo Trinidadın asılı ərazisi elan edilib və vahid koloniya yaradılıb. 1962-ci ildə koloniya Britaniya İmperiyasından müstəqillik qazana bilib.
Beynəlxalq Afrika Qadınlar Günü - 1962-ci ildən qeyd olunur. Bu tarix Tanzaniyanın Dar əs-Salam şəhərində keçirilən Ümumafrikalı Qadınlar Konfransının qərarı ilə müəyyən edilib.
1979-cu ildə Sovet astronomu Nikolay Çernıx yeni asteroid kəşf edib və ona görkəmli qazax alimi Kanış Satpayevin adı verilib. Hər beş ildən bir göy cismi Yerə yaxınlaşır.