https://sputnik.az/20240731/rusiya-yaxin-serqde-eskalasiyanin-genislenmesinden-narahatdir---xn-466398089.html
Rusiya Yaxın Şərqdə eskalasiyanın genişlənməsindən narahatdır - XİN
Rusiya Yaxın Şərqdə eskalasiyanın genişlənməsindən narahatdır - XİN
Sputnik Azərbaycan
BAKI, 31 iyul — Sputnik. Moskva İsrailin Livan ərazisinə endirdiyi zərbəni qətiyyətlə pisləyir, Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə gərginləşə biləcəyindən... 31.07.2024, Sputnik Azərbaycan
2024-07-31T23:49+0400
2024-07-31T23:49+0400
2024-07-31T23:49+0400
xin
siyasət
rusiya xin
rusiya xarici işlər nazirliyi
livan
israil
israil ordusu
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_0:0:3640:2048_1920x0_80_0_0_2c693dd1c0c0c79ea4c1e5f8437ee984.jpg
BAKI, 31 iyul — Sputnik. Moskva İsrailin Livan ərazisinə endirdiyi zərbəni qətiyyətlə pisləyir, Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə gərginləşə biləcəyindən narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin deyib. "Biz Livanın suverenliyini və beynəlxalq hüququn əsas normalarını kobud şəkildə pozan İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyatı kəskin şəkildə pisləyirik, xüsusən də yaşayış məntəqələrinin sıx olduğu ərazilərdə bu cür hərbi əməliyyatların aparılmasını, mülki əhali arasında çoxsaylı itkilər və mülki infrastrukturun dağılmasını qəbuledilməz hesab edirik", - o, brifinqdə qeyd edib. "Biz bu fonda Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi təhlükəsinin artması ilə bağlı dərin narahatlığımızı bildiririk, tərəfləri maksimum təmkin nümayiş etdirməyə və fəlakətli nəticələri olan tammiqyaslı silahlı qarşıdurma və nəzarətsiz eskalasiyanın regiona doğru sürüşməsinə səbəb ola biləcək addımlar atmamağa çağırırıq" - Nastassin vurğulayıb. Bu gün səhər saatlarında Beyrutun cənub ətrafına İsrailin aviazərbələri nəticəsində azı 4 nəfər ölüb, 74 nəfər yaralanıb. İsrail Müdafiə Qüvvələri Livanın paytaxtına hücumun Hizbullahın yüksək rütbəli komandirini məhv etmək məqsədi ilə həyata keçirildiyini təsdiqləyib. Rusiya Xarici İşlər Nazirliyi İsrailin Livana zərbələrini beynəlxalq hüququn pozulması adlandırıb. İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və Livan Hizbullah döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə bir-birinin mövqelərini atəşə tutur. Livan Xarici İşlər Nazirliyinin məlumatına görə, İsrailin atəşi nəticəsində Livanın cənubunda 100 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. İsrail tərəfi İsrailin şimalında 80 minə yaxın sakinin oxşar vəziyyətlə üzləşdiyini deyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_370:0:3101:2048_1920x0_80_0_0_2e89c8729993d0d753d3d95fe89af791.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xin, rusiya xin, rusiya xarici işlər nazirliyi, livan, israil, israil ordusu
xin, rusiya xin, rusiya xarici işlər nazirliyi, livan, israil, israil ordusu
BAKI, 31 iyul — Sputnik. Moskva İsrailin Livan ərazisinə endirdiyi zərbəni qətiyyətlə pisləyir, Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə gərginləşə biləcəyindən narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin deyib.
"Biz Livanın suverenliyini və beynəlxalq hüququn əsas normalarını kobud şəkildə pozan İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyatı kəskin şəkildə pisləyirik, xüsusən də yaşayış məntəqələrinin sıx olduğu ərazilərdə bu cür hərbi əməliyyatların aparılmasını, mülki əhali arasında çoxsaylı itkilər və mülki infrastrukturun dağılmasını qəbuledilməz hesab edirik", - o, brifinqdə qeyd edib.
"Biz bu fonda Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi təhlükəsinin artması ilə bağlı dərin narahatlığımızı bildiririk, tərəfləri maksimum təmkin nümayiş etdirməyə və fəlakətli nəticələri olan tammiqyaslı silahlı qarşıdurma və nəzarətsiz eskalasiyanın regiona doğru sürüşməsinə səbəb ola biləcək addımlar atmamağa çağırırıq" - Nastassin vurğulayıb.
Bu gün səhər saatlarında Beyrutun cənub ətrafına İsrailin aviazərbələri nəticəsində azı 4 nəfər ölüb, 74 nəfər yaralanıb. İsrail Müdafiə Qüvvələri Livanın paytaxtına hücumun Hizbullahın yüksək rütbəli komandirini məhv etmək məqsədi ilə həyata keçirildiyini təsdiqləyib. Rusiya Xarici İşlər Nazirliyi İsrailin Livana zərbələrini beynəlxalq hüququn pozulması adlandırıb.
İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və Livan Hizbullah döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə bir-birinin mövqelərini atəşə tutur. Livan Xarici İşlər Nazirliyinin məlumatına görə, İsrailin atəşi nəticəsində Livanın cənubunda 100 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. İsrail tərəfi İsrailin şimalında 80 minə yaxın sakinin oxşar vəziyyətlə üzləşdiyini deyib.