https://sputnik.az/20240731/rusiya-srailin-haniye-olumune-sebeb-olan-hucumunu-qetiyyetle-pisleyir---peskov-466398933.html
Rusiya İsrailin Haniyə ölümünə səbəb olan hücumunu qətiyyətlə pisləyir - Peskov
Rusiya İsrailin Haniyə ölümünə səbəb olan hücumunu qətiyyətlə pisləyir - Peskov
Sputnik Azərbaycan
İyulun 31-i səhər saatlarında Fələstinin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə... 31.07.2024, Sputnik Azərbaycan
2024-07-31T22:00+0400
2024-07-31T22:00+0400
2024-07-31T22:00+0400
peskov
dünya xəbərləri
rusiya federasiyası
həmas
həmas
israil
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0d/459588499_0:0:3077:1731_1920x0_80_0_0_34a9e768678cda5f7207dd728304e56f.jpg
BAKI, 31 iyul — Sputnik. Rusiya İsrailin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə nəticələnən hücumunu kəskin şəkildə pisləyir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Biz cənab Haniyənin ölümünə səbəb olan bu hücumu qətiyyətlə pisləyirik", – Peskov Kremlin baş verənlərə necə reaksiya verə biləcəyi suala cavabında deyib. İyulunn 31-i səhər saatlarında Fələstinin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü elan edib. Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bəyan edib. Pentaqonun rəhbəri Lloyd Ostin deyib ki, HƏMAS Siyasi Büro rəhbərinin ölümü və İsrailin bu işə qarışması ilə bağlı deyəcək heç nə yoxdur. İsrail ordusunun nümayəndələri də öz növbəsində Haniyənin öldürülməsi ilə bağlı mediada yayılan xəbərlərə cavab vermədiklərini qeyd ediblər. "The Jerusalem Post" yazıb ki, İsrail hakimiyyəti nazirlərə HƏMAS liderinin öldürülməsi barədə danışmamağı tapşırıb. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov Haniyənin ölümünü tamamilə qəbuledilməz siyasi qətl adlandırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0d/459588499_346:0:3077:2048_1920x0_80_0_0_7a01c1f7f08ab4e1e2c9781aed93c5ec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, rusiya federasiyası, həmas, həmas, israil, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
peskov, rusiya federasiyası, həmas, həmas, israil, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
Rusiya İsrailin Haniyə ölümünə səbəb olan hücumunu qətiyyətlə pisləyir - Peskov
İyulun 31-i səhər saatlarında Fələstinin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü elan edib.
BAKI, 31 iyul — Sputnik. Rusiya İsrailin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə nəticələnən hücumunu kəskin şəkildə pisləyir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz cənab Haniyənin ölümünə səbəb olan bu hücumu qətiyyətlə pisləyirik", – Peskov Kremlin baş verənlərə necə reaksiya verə biləcəyi suala cavabında deyib.
İyulunn 31-i səhər saatlarında Fələstinin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü elan edib.
Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bəyan edib. Pentaqonun rəhbəri Lloyd Ostin deyib ki, HƏMAS Siyasi Büro rəhbərinin ölümü və İsrailin bu işə qarışması ilə bağlı deyəcək heç nə yoxdur. İsrail ordusunun nümayəndələri də öz növbəsində Haniyənin öldürülməsi ilə bağlı mediada yayılan xəbərlərə cavab vermədiklərini qeyd ediblər. "The Jerusalem Post" yazıb ki, İsrail hakimiyyəti nazirlərə HƏMAS liderinin öldürülməsi barədə danışmamağı tapşırıb.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov Haniyənin ölümünü tamamilə qəbuledilməz siyasi qətl adlandırıb.