Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Laçında hərbi qulluqçularımız vəfat edib

© Sputnik / Murad OrudjevMüdafiə Nazirliyinin binası
Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 31.07.2024
Abunə olmaq
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
BAKI, 31 iyul - Sputnik. İyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitlərinin aşkar edilməsi ilə bağlı faktı təsdiq edirik.
Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!"
Xəbər lenti
0