https://sputnik.az/20240731/hizbullahdan-haniyenin-oldurulmesine-reaksiya-466393207.html
Hizbullahdan Haniyənin öldürülməsinə reaksiya
Hizbullahdan Haniyənin öldürülməsinə reaksiya
Sputnik Azərbaycan
Haniyənin ölümü bütün cəbhələrdəki müqavimət döyüşçülərinə mübarizəni davam etdirmək və sionist düşmənlə mübarizə əzmini gücləndirmək üçün daha da qüvvət... 31.07.2024, Sputnik Azərbaycan
2024-07-31T14:41+0400
2024-07-31T14:41+0400
2024-07-31T14:41+0400
həmas
dünya xəbərləri
həmas
həmas
tehran
tehran
iran
iran
israil
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1f/466392061_0:210:2896:1839_1920x0_80_0_0_b00dec4b3d737249c9b046d169c879ac.jpg
BAKI, 31 iyul — Sputnik. Livanın Hizbullah hərəkatı bildirib ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra müqavimət qüvvələri bütün cəbhələrdə İsrailə qarşı mübarizəni daha da qətiyyətlə davam etdirəcək. Hərəkatın mətbuata bəyanatında deyilir: "Haniyənin ölümü bütün cəbhələrdəki müqavimət döyüşçülərinə mübarizəni davam etdirmək və sionist düşmənlə mübarizə əzmini gücləndirmək üçün daha da qüvvət verəcək". HƏMAS-ın Əlcəzairdəki nümayəndəsi Yusuf Həmdan RİA Novosti-yə bildirib ki, Fələstin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi hərəkat rəhbərliyinin siyasətinə təsir etməyəcək. "Qəhrəman İsmayıl Haniyənin İran prezidentinin andiçmə mərasimində iştirakından sonra ölümü rəhbərliyin (HƏMAS) qərarlarına təsir etməyəcək. Onun strukturları bu xalqımıza qarşı törədilmiş bütün cinayətlərin əvəzini ödətdirəcək", - Həmdan bildirib. Bu gün səhər saatlarında Fələstinin Həmas hərəkatı Haniyənin İranın paytaxtı Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü bildirib. Hərəkatın məlumatına görə, o, İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına İsrailin "basqını" nəticəsində öldürülüb.
tehran
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1f/466392061_83:0:2814:2048_1920x0_80_0_0_6ccae07c3dbd140a8ecdb68b3dfac9e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
həmas, həmas, həmas, tehran, tehran, iran, iran, israil
həmas, həmas, həmas, tehran, tehran, iran, iran, israil
Hizbullahdan Haniyənin öldürülməsinə reaksiya
Haniyənin ölümü bütün cəbhələrdəki müqavimət döyüşçülərinə mübarizəni davam etdirmək və sionist düşmənlə mübarizə əzmini gücləndirmək üçün daha da qüvvət verəcək.
BAKI, 31 iyul — Sputnik. Livanın Hizbullah hərəkatı bildirib ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra müqavimət qüvvələri bütün cəbhələrdə İsrailə qarşı mübarizəni daha da qətiyyətlə davam etdirəcək.
Hərəkatın mətbuata bəyanatında deyilir: "Haniyənin ölümü bütün cəbhələrdəki müqavimət döyüşçülərinə mübarizəni davam etdirmək və sionist düşmənlə mübarizə əzmini gücləndirmək üçün daha da qüvvət verəcək".
HƏMAS-ın Əlcəzairdəki nümayəndəsi Yusuf Həmdan RİA Novosti-yə bildirib ki, Fələstin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi hərəkat rəhbərliyinin siyasətinə təsir etməyəcək.
"Qəhrəman İsmayıl Haniyənin İran prezidentinin andiçmə mərasimində iştirakından sonra ölümü rəhbərliyin (HƏMAS) qərarlarına təsir etməyəcək. Onun strukturları bu xalqımıza qarşı törədilmiş bütün cinayətlərin əvəzini ödətdirəcək", - Həmdan bildirib.
Bu gün səhər saatlarında Fələstinin Həmas hərəkatı Haniyənin İranın paytaxtı Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü bildirib. Hərəkatın məlumatına görə, o, İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına İsrailin "basqını" nəticəsində öldürülüb.