SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Cənubi Qafqazın firavan olması üçün bu vacibdir - Klaar

© Photo : APAAvropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar - Sputnik Azərbaycan, 1920, 31.07.2024
Abunə olmaq
Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, İrəvan və Ankara Axurik-Akyaka dəmir yolu sərhəd keçidinin bərpası imkanını nəzərdən keçirib.
BAKI, 31 iyul — Sputnik. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşünü vacib sayıb. Bu barədə o, X sosial şəbəkəsində yazıb.
Görüş iyulun 30-da Marqara-Əlican sərhəd hissəsində baş tutub. Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, İrəvan və Ankara Axurik-Akyaka dəmir yolu sərhəd keçidinin bərpası imkanını nəzərdən keçirib. Tərəflər Axurik-Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin işə salınmasına imkan verəcək texniki ehtiyacların qiymətləndirilməsi, habelə diplomatik/xidməti pasportlara malik olan şəxslər üçün viza prosedurlarının qarşılıqlı asanlaşdırılması barədə razılığa gəliblər.
"Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması və əlaqələrin bərpası Cənubi Qafqazın daha sabit və firavan olması üçün vacib elementlərdir", - Klaar yazıb.
Xatırladaq ki, hələ 2021-ci ilin dekabrında İrəvan və Ankara normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin etmişdilər. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, habelə yüklərin birbaşa hava daşımalarının həyata keçirilməsi və nəqliyyat vasitələrinin işə salınması barədə razılıq əldə olunub. Həmçinin 2023-cü ilin yanvarında Ankara İrəvana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığını bildirib.
Xəbər lenti
0