https://sputnik.az/20240731/azerbaycanla-belarus-arasinda-qida-tehlukesizliyi-sahesinde-emekdasliq-genislenecek-466407310.html
Azərbaycanla Belarus arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənəcək
Azərbaycanla Belarus arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənəcək
Sputnik Azərbaycan
İki ölkə arasında baytarlıq preparatlarının istehsalının yaradılması üzrə konkret tədbirləri əks etdirən yol xəritəsinin hazırlanması barədə razılıq əldə... 31.07.2024, Sputnik Azərbaycan
2024-07-31T17:49+0400
2024-07-31T17:49+0400
2024-07-31T17:51+0400
azərbaycan
iqtisadiyyat
belarus
belarus
qida təhlükəsizliyi
əməkdaşlıq
https://cdnn1.img.sputnik.az/img/07e5/06/18/427305840_0:0:3141:1768_1920x0_80_0_0_16325ebfab8a95bd4463a61e5973b082.jpg
BAKI, 31 iyul — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti iyulun 29-dan iyulun 31-dək Belarus Respublikasında işgüzar səfərdə olub. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, səfər iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, o cümlədən ölkəmizdə baytarlıq preparatlarının istehsalı sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üzrə müzakirələrin aparılması məqsədi daşıyıb. Səfər çərçivəsində Agentliyin sədr müavini Balarəhim Quliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Belarus Respublikasının Kənd təsərrüfatı və ərzaq naziri Anatoliy Lineviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. Görüş zamanı yeni təyin olunan Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinə təbriklər çatdırılıb. Azərbaycan və Belarus respublikalarının müvafiq qurumları arasında davam etdirilən əlaqələrin daha da genişləndirilməsi sahəsində potensialın artırılmasının əhəmiyyətindən bəhs olunub. Müzakirələr zamanı Azərbaycanda baytarlıq preparatları istehsalının yaradılmasına dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələlərinə toxunulub. İki ölkə arasında baytarlıq preparatlarının istehsalının yaradılması üzrə konkret tədbirləri əks etdirən yol xəritəsinin hazırlanması barədə razılıq əldə edilib. Həmçinin heyvanların identifikasiyası, qeydiyyatı və izlənilməsi sisteminin yaradılması və tətbiqi sahəsində cari əməkdaşlığın perspektivlərinə baxılıb. Görüşdə Belarus Respublikasının qida obyektlərinin (quş əti, quş əti və onun əlavə məhsullarının, habelə yumurta istehsalı və emalı müəssisələri) təsdiqi sisteminin ekvivalentliyinin tanınması üçün görüləcək işlər müzakirə edilib. Eyni zamanda, fitosanitar nəzarəti sahəsində dövlət tənzimləyici orqanlarının informasiya sistemlərinin inteqrasiyası çərçivəsində fitosanitar sertifikatları və fitosanitar nəzarətinin nəticələri barədə elektron formada məlumat mübadiləsi baxımından tərəflərin qarşılıqlı fəaliyyəti ilə bağlı məsələlər də diqqət mərkəzində olub. Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində "BelVitunifarm" ASC-yə, "Belarus Dövlət Baytarlıq Mərkəzi" Dövlət Müəssisəsinə, Baytarlıq-Sanitar Ekspertiza Laboratoriyasına, Heyvanların İdentifikasiya Mərkəzinə və Milli Ticarət Evinə baxış keçirib.
azərbaycan
belarus
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/18/427305840_168:0:2897:2047_1920x0_80_0_0_43a0325a9ec22ceee030e02678ec7884.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, belarus, belarus, qida təhlükəsizliyi, əməkdaşlıq
azərbaycan, belarus, belarus, qida təhlükəsizliyi, əməkdaşlıq
Azərbaycanla Belarus arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənəcək
17:49 31.07.2024 (Yenilənib: 17:51 31.07.2024) İki ölkə arasında baytarlıq preparatlarının istehsalının yaradılması üzrə konkret tədbirləri əks etdirən yol xəritəsinin hazırlanması barədə razılıq əldə edilib.
BAKI, 31 iyul — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti iyulun 29-dan iyulun 31-dək Belarus Respublikasında işgüzar səfərdə olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, səfər iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, o cümlədən ölkəmizdə baytarlıq preparatlarının istehsalı sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üzrə müzakirələrin aparılması məqsədi daşıyıb.
Səfər çərçivəsində Agentliyin sədr müavini Balarəhim Quliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Belarus Respublikasının Kənd təsərrüfatı və ərzaq naziri Anatoliy Lineviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
Görüş zamanı yeni təyin olunan Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinə təbriklər çatdırılıb. Azərbaycan və Belarus respublikalarının müvafiq qurumları arasında davam etdirilən əlaqələrin daha da genişləndirilməsi sahəsində potensialın artırılmasının əhəmiyyətindən bəhs olunub.
Müzakirələr zamanı Azərbaycanda baytarlıq preparatları istehsalının yaradılmasına dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələlərinə toxunulub. İki ölkə arasında baytarlıq preparatlarının istehsalının yaradılması üzrə konkret tədbirləri əks etdirən yol xəritəsinin hazırlanması barədə razılıq əldə edilib. Həmçinin heyvanların identifikasiyası, qeydiyyatı və izlənilməsi sisteminin yaradılması və tətbiqi sahəsində cari əməkdaşlığın perspektivlərinə baxılıb.
Görüşdə Belarus Respublikasının qida obyektlərinin (quş əti, quş əti və onun əlavə məhsullarının, habelə yumurta istehsalı və emalı müəssisələri) təsdiqi sisteminin ekvivalentliyinin tanınması üçün görüləcək işlər müzakirə edilib. Eyni zamanda, fitosanitar nəzarəti sahəsində dövlət tənzimləyici orqanlarının informasiya sistemlərinin inteqrasiyası çərçivəsində fitosanitar sertifikatları və fitosanitar nəzarətinin nəticələri barədə elektron formada məlumat mübadiləsi baxımından tərəflərin qarşılıqlı fəaliyyəti ilə bağlı məsələlər də diqqət mərkəzində olub.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində "BelVitunifarm" ASC-yə, "Belarus Dövlət Baytarlıq Mərkəzi" Dövlət Müəssisəsinə, Baytarlıq-Sanitar Ekspertiza Laboratoriyasına, Heyvanların İdentifikasiya Mərkəzinə və Milli Ticarət Evinə baxış keçirib.