Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Universitetlərdə təhsil haqları artırılır, bəs təhsilin keyfiyyəti necə?

© AFP 2024 / NATALIA KOLESNIKOVAСтуденты, фото из архива
Студенты, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.07.2024
Abunə olmaq
Elçin Əfəndi bildirib ki, biz universitetlərin illik təhsil haqlarını nə qədər bahalaşdırdığını Dövlət İmtahan Mərkəzinin "Abituriyent-4" jurnalında görə biləcəyik.
BAKI, 30 iyul — Sputnik. 2024/2025-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavriat və magistratura səviyyələrində təhsil haqqı 300 AZN artırılıb və 2300 AZN təşkil edir.
Bunu Sputnik Azərbaycan-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov bildirib.
O qeyd edib ki, magistratura səviyyəsi üzrə MBA proqramının ixtisaslaşmaları istisnadır. Bu ixtisaslaşmalar üzrə təhsil haqqında artım yoxdur və əvvəlki kimi 2500 AZN təşkil edir.
Hüseynov qeyd edib ki, təhsil haqqının artmasının özünəməxsus obyektiv səbəbləri var:
"Dəyişən sosial-iqtisadi tələblər, eləcə də təhsil xidmətlərinin xərclərinin artması, universitetdə təhsilin məzmununun yenilənməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan ardıcıl addımlar, yenilənən infrastruktur və s. kimi amillər təhsil haqqının artırılması zərurətini yaradıb. Ümumiyyətlə, atılan bütün addımlar təhsilin keyfiyyətinin artırılmasına və tələbə məmnuniyyətinin yüksəldilməsinə yönəlib. Eləcə də, tələbələrimiz təhsil haqqını il ərzində iki hissəyə bölərək rahatlıqla ödəmək imkanına malikdirlər".
Qeyd edək ki, Azərbaycanda ali məktəblərdə təhsil haqlarının bahalaşdığı barədə məlumatlar yayılıb. Xəbərlərə görə, bəzi ali təhsil müəssisələri təhsil haqlarını 200-300 manat civarında bahalaşdırıb.
© iStock.com / smolaw11Imtahan
Учитель смотрит на учеников в классе  - Sputnik Azərbaycan, 1920, 30.07.2024
Imtahan
Təhsil üzrə ekspert Elçin Əfəndi də Sputnik Azərbaycan-a açıqlamasında bəzi universitetlərin illik təhsil haqlarını bahalaşdırdığını təsdiqləyib. O, bildirib ki, universitetlərin təhsil haqlarının artımına sərbəst qərar verməsi tələbələr üçün təhsilə əlçatanlığı azaldacaq.
"Biz universitetlərin illik təhsil haqlarını nə qədər bahalaşdırdığını Dövlət İmtahan Mərkəzinin "Abituriyent-4" jurnalında görə biləcəyik. Ali təhsil müəssisələri illik təhsil haqlarını artırırsa, mütləq təhsilin keyfiyyəti də yüksəldilməlidir. Universitetlərin infrastrukturu yaxşılaşdırılmalıdır. Əks halda gələcəkdə tələbələrin təhsil haqlarını ödəməsində çətinlik yaranacaq, onlar təhsillərini dayandırmaq məcburiyyətində qalacaqlar. Onu da qeyd edim ki, dövlət başçısı hər bir tələbə üçün təhsilin əlçatan olması üçün sərəncamlar verilib, tələbə kredit fondu yaradılıb. Təhsil haqları artırılarkən, tələbələrin ailələrinin sosial durumu nəzərə alınmalıdır" - Elçin Əfəndi bildirib.
Ekspert deyir ki, Avropa və Türkiyənin universitetlərində təhsil haqqı Azərbaycanda bəzi dövlət ali təhsil müəssisələrinin təhsil haqqından ucuzdur:
"Avropa və Türkiyədə universitetlərdə təhsil haqları 600 manat olduğu halda, bizdə 2000-3000 manatdır. Azərbaycanda təhsil haqları əsasən universitetlərin özləri tərəfindən müəyyənləşir. Düşünürəm ki, təhsil haqlarının artırılmasına ali məktəblər özləri qərar verməməlidir. Bunu tənzimləyən qurum olmalıdır".
© iStock.com / hxdbzxyImtahan
Студенты на экзамене - Sputnik Azərbaycan, 1920, 30.07.2024
Imtahan
E.Əfəndinin sözlərinə görə, bu il ali məktəblərə ayrılan 60 min plan yerinin 30 mini dövlət sifarişli yerlərdir:
"Bu o deməkdir ki, 32 min nəfər pulsuz təhsil ala biləcəksə, 25 min nəfər ödənişli əsaslarla qəbul olunacaq. Ona görə də universitet rəhbərləri bunu mütləq nəzərə almalıdırlar".
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova Sputnik Azərbaycan-a təhsil haqlarında heç bir artım olmadığını söyləyib.
Bakı Dövlət Universitetinin mətbuat xidmətindən isə sorğumuza cavabda bildirilib ki, Bakı Dövlət Universitetinə tələbə qəbulunun 70 faizdən çoxu dövlət sifarişlidir. Ödənişli əsaslarla təhsil haqlarında əsasən dəyişiklik yoxdur.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) təhsil haqlarında artım olacağı bildirilib. Amma ali təhsil müəssisəsi artımın məbləğini açıqlamayıb.
Azərbaycan Dillər Universitetindən isə bildirilib ki, bir sıra ixtisasların illik təhsil haqlarında artım olacaq. Bu siyahıya ingilis dili müəllimliyi, ingilis, alman və fransız dilləri üzrə dil və ədəbiyyat müəllimliyi, eləcə də tərcümə, beynəlxalq münasibətlər ixtisaslarını göstərmək olar. İngilis dili müəllimliyi ixtisasının illik təhsil haqqı 2500 manatdan 2700 manata qaldırılıb.
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetindən verilən məlumata görə, bu il təhsil haqlarında hansısa dəyişiklik nəzərdə tutulmayıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin illik təhsil haqlarında da dəyişiklik olmayıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən qeyd olunub ki, təhsil haqqı ötən il ilə müqayisədə dəyişməyib.
Xəbər lenti
0