https://sputnik.az/20240730/turkiye-ve-ermenistan-viza-prosedurlarini-sadelesdirmek-barede-raziliga-gelibler-466380607.html
Türkiyə və Ermənistan viza prosedurlarını sadələşdirmək barədə razılığa gəliblər
Türkiyə və Ermənistan viza prosedurlarını sadələşdirmək barədə razılığa gəliblər
Sputnik Azərbaycan
Xüsusi nümayəndələr son məqsədə nail olmaq üçün heç bir ilkin şərt olmadan normallaşma prosesini davam etdirməyə razı olduqlarını bir daha bəyan ediblər. 30.07.2024, Sputnik Azərbaycan
2024-07-30T17:07+0400
2024-07-30T17:07+0400
2024-07-30T19:04+0400
rusiya
dünya xəbərləri
ermənistan
türkiyə
viza rejimi
moskva
vyana
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1e/466380440_0:0:1920:1080_1920x0_80_0_0_a32c98f85b43826dc867d3bbc1e79013.jpg
BAKI, 30 iyul — Sputnik. İyulun 30-da Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ilkin şərt olmadan ölkələr arasında münasibətlərin normallaşdırılması prosesini davam etdirmək və dəmir yolu keçid məntəqəsinin fəaliyyətinin bərpasını qiymətləndirməyə başlamaq barədə razılığa gəliblər. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan 2022-ci ildən bəri beşinci görüşü keçiriblər. "Xüsusi Nümayəndələr Akyaka/Axurik dəmir yolu keçid məntəqəsinin fəaliyyətinin bərpası üçün zəruri olan texniki şərtləri regionda baş verən hadisələrə uyğun olaraq qiymətləndirmək və diplomatik pasport sahibləri üçün viza prosedurlarını sadələşdirmək barədə razılığa gəliblər" - məlumatda deyilir. Xüsusi nümayəndələr son məqsədə nail olmaq üçün heç bir ilkin şərt olmadan normallaşma prosesini davam etdirməyə razı olduqlarını bir daha bəyan ediblər. Yanvarın ortalarında Ermənistanın gömrük və vergi xidmətlərini birləşdirən Dövlət Gəlirləri Komitəsinin rəis müavini Karen Tamazyan jurnalistlərə bildirib ki, Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi tam təmir olunub və istismara hazırdır. Onun sözlərinə görə, gömrük və pasport nəzarəti, o cümlədən sərhədçilərin işi ilə bağlı bütün infrastruktur sərnişinlərə xidmət göstərməyə hazırdır. 2023-cü ilin noyabrında Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan bildirib ki, Marqara keçid məntəqəsi sıfırdan tikilib. Onun sözlərinə görə, keçid məntəqəsi iki ölkə arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmasına dair sazişin icrasından sonra fəaliyyət göstərə biləcək. Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur. 2022-ci ilin yanvarında Moskvada Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü baş tutub. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Vyanada daha bir sıra görüşlər baş tutub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1e/466380440_240:0:1680:1080_1920x0_80_0_0_091dd780d1ce8dcb0fd2337f41fef0cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, ermənistan, türkiyə, viza rejimi, moskva, vyana
rusiya, ermənistan, türkiyə, viza rejimi, moskva, vyana
Türkiyə və Ermənistan viza prosedurlarını sadələşdirmək barədə razılığa gəliblər
17:07 30.07.2024 (Yenilənib: 19:04 30.07.2024) Xüsusi nümayəndələr son məqsədə nail olmaq üçün heç bir ilkin şərt olmadan normallaşma prosesini davam etdirməyə razı olduqlarını bir daha bəyan ediblər.
BAKI, 30 iyul — Sputnik. İyulun 30-da Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ilkin şərt olmadan ölkələr arasında münasibətlərin normallaşdırılması prosesini davam etdirmək və dəmir yolu keçid məntəqəsinin fəaliyyətinin bərpasını qiymətləndirməyə başlamaq barədə razılığa gəliblər. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan 2022-ci ildən bəri beşinci görüşü keçiriblər.
"Xüsusi Nümayəndələr Akyaka/Axurik dəmir yolu keçid məntəqəsinin fəaliyyətinin bərpası üçün zəruri olan texniki şərtləri regionda baş verən hadisələrə uyğun olaraq qiymətləndirmək və diplomatik pasport sahibləri üçün viza prosedurlarını sadələşdirmək barədə razılığa gəliblər" - məlumatda deyilir.
Xüsusi nümayəndələr son məqsədə nail olmaq üçün heç bir ilkin şərt olmadan normallaşma prosesini davam etdirməyə razı olduqlarını bir daha bəyan ediblər.
Yanvarın ortalarında Ermənistanın gömrük və vergi xidmətlərini birləşdirən Dövlət Gəlirləri Komitəsinin rəis müavini Karen Tamazyan jurnalistlərə bildirib ki, Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi tam təmir olunub və istismara hazırdır. Onun sözlərinə görə, gömrük və pasport nəzarəti, o cümlədən sərhədçilərin işi ilə bağlı bütün infrastruktur sərnişinlərə xidmət göstərməyə hazırdır.
2023-cü ilin noyabrında Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan bildirib ki, Marqara keçid məntəqəsi sıfırdan tikilib. Onun sözlərinə görə, keçid məntəqəsi iki ölkə arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmasına dair sazişin icrasından sonra fəaliyyət göstərə biləcək.
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur. 2022-ci ilin yanvarında Moskvada Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü baş tutub. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Vyanada daha bir sıra görüşlər baş tutub.