CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqları məktəbə hazırlaşan valideynlərin nəzərinə

© AFP 2024 / ERIC CABANISДва ребенка читают книгу в детском саду, фото из архива
Два ребенка читают книгу в детском саду, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.07.2024
Abunə olmaq
Bakı və Gəncə şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst qəbul aparılacaq.
BAKI, 30 iyul — Sputnik. Uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır. Bu barədə Sputnik Azərbaycan-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 11:00-dan 13 sentyabr 2024-cü il tarixinə qədər uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində Bakı və Gəncə şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst qəbul aparılacaq.
Qeyd edilən tarixdən sonra Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq. Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.
Əlavə olaraq qeyd edilib ki, 1 avqust 2024-cü il saat 11:00-dan etibarən isə uşaqların rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbuluna start veriləcək.
09.07.24, 15:34
Məktəbəhazırlığa qəbulda üstünlük hüququ tətbiq ediləcək
Yeni tədris ilində məktəbəhazırlıq qruplarına qəbul üçün 112 minə yaxın yer ayrılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.
O bildirib ki, iyulun 11-də 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.
Onun sözlərinə görə, 88 min uşağın məktəbəhazırlıq qruplarına qəbulu proqnozlaşdırılır:
"Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris ödənişsiz əsaslarla həyata keçirilir. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək. Məktəbəhazırlıq qruplarına qəbul zamanı da üstünlük hüququ tətbiq ediləcək. Belə ki, Azərbaycan bölməsi üzrə 16-30 iyul tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 45, rus bölməsi üzrə isə 18 iyul - 1 avqust tarixlərində Bakı və Gəncə şəhərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq ediləcək. Həmin müəssisələrin siyahısı mektebeqebul.edu.az saytında yerləşdiriləcək".
O.Abbasov onu da vurğulayıb ki, məktəbyaşlı uşaqların 90 faizindən çoxu üçün məktəb və müəllim seçimi edilib. O bildirib ki, iyunun 12-də aktivləşdirilən ölkə üzrə rus bölməsində məktəb və müəllim seçiminin 1 aylıq müddətində Abşeron rayonu, Bakı, Gəncə və Sumqayıt şəhərində yerləşən 136 ümumi təhsil müəssisəsində üstünlük hüququ tətbiq edilib".
"İyulun 12-si saat 11:00-da həmin müəssisələrdə sərbəst (prioritetsiz) qaydada məktəb və müəllim seçimi aktiv ediləcək. 12 iyul tarixinə qədər valideynlərin mektebeqebul.edu.az saytında olan şəxsi kabinetlərində qeyd etdikləri əlaqə nömrəsinə sms də göndəriləcək. Məktəb və müəllim seçimi 13 sentyabr tarixinə qədər davam edəcək. Müsahibədə uğur qazanan uşaqların 85%-i məktəb və müəllim seçimi edib" - direktor müavini əlavə edib.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı olan uşaqlar (2019-cü il təvəllüdlü) qəbul edilirlər. Məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.
Məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.
09.08.23, 11:00
Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlayıb
Bu gün saat 11:00-da 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, proses mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi avqustun 11-i saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə avqustun 15-i saat 11:00-da aktiv ediləcək.
08.08.23, 15:26
Bu gündən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbəyaratma prosesinə start verilir.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, proses www.bq.edu.az saytı üzərindən sentyabrın 1-dək həyata keçiriləcək.
Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.
Bildirilib ki, ötən tədris ilində yaradılmış növbə və sorğular bu il üçün keçərli deyil.
Qeyd edək ki, iyulun 25-dən məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.
Xəbər lenti
0