Tarixdə bu gün: 30 iyul
© Sputnik30 iyul
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
BAKI, 30 iyul — Sputnik. İyulun 30-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 30-da kim anadan olub?
Arnold Şvartseneqqer (1947) - Amerika kinoaktyoru. O, "Terminator", "Yırtıcı", "Sonuncu kino qəhrəmanı", "Hər şeyi xatırlamalı" və s. filmlərdə rol alıb.
© AP Photo / Jack DempseyArnold Şvartseneqqer
Arnold Şvartseneqqer
© AP Photo / Jack Dempsey
Jan Reno (1948) - fransız aktyoru. O, "Leon", "Yadplanetlilər", "Qodzilla", "Ronin", "Da Vinçi şifrəsi" və s. filmlərdə rol alıb.
© Екатерина Чеснокова Jan Reno
Jan Reno
© Екатерина Чеснокова
Lorens Fişbern (1961) - ABŞ aktyoru və prodüseri. "Emmi" və "Toni" mükafatlarının qalibi. "Apokalipsis bu gün", "Hannibal", "Matritsa", "Ekvalayzer" və s. filmlərdəki rolları ilə tanınıb.
© AP Photo / Kathy WillensLorens Fişbern
Lorens Fişbern
© AP Photo / Kathy Willens
Liza Kudrou (1963) - ABŞ-dan olan aktrisa və televiziya aparıcısıdır. 1998-ci ildə "Emmi" mükafatını aldığı NBC kanalının "Dostlar" sitkomunda Fibi Buffe rolu ilə məşhurdur. O, həmçinin "Romi və Mişel evə qayıdışda", "Bunu təhlil et" və s. filmlərdə rol alıb.
© AP Photo / Chris Pizzello Liza Kudrou
Liza Kudrou
© AP Photo / Chris Pizzello
Hilari Suenk (1974) - Amerikalı aktrisa və prodüser, iki dəfə Oskar və Qızıl Qlobus mükafatları laureatı. O, "Hədiyyə", "Yerin nüvəsi", "11:14" və başqa filmlərdə rol alıb.
© AP Photo / Charles Sykes Hilari Suenk
Hilari Suenk
© AP Photo / Charles Sykes
30 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1502-ci ildə ispan dəniz səyahətçisi Xristofor Kolumb ilk dəfə mayya xalqı ilə tanış olub.
1900-cü ildə Britaniya kömür mədənlərində uşaq əməyi qadağan edilib.
1971-ci ildə astronavtlar Devid Skott və Ceyms İrvin ABŞ-ın "Apollo 15" gəmisində "Hedli-Apennin" bölgəsində Aya eniblər.
Beynəlxalq Dostluq Günü - BMT Baş Assambleyasının 27 aprel 2011-ci ildə 65-ci sessiyasında elan edilib.
Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü - BMT Baş Assambleyası tərəfindən "insan alveri qurbanlarının vəziyyəti haqqında məlumatlılığın artırılması və onların hüquqlarının müdafiəsi" məqsədi ilə 2013-cü ildən qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.