https://sputnik.az/20240730/susa-seherine-novbeti-koc-karvani-yola-salinib-465325103.html
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
Sputnik Azərbaycan
Bu gün həyata keçirilən köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 147 ailə (570 nəfər) köçürülüb. 30.07.2024, Sputnik Azərbaycan
2024-07-30T10:21+0400
2024-07-30T10:21+0400
2024-07-30T10:45+0400
şuşa
qarabağın dirçəlişi və reinteqrasiyası
köç
məcburi köçkünlər
şuşa şəhəri
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970612_0:104:2000:1229_1920x0_80_0_0_53eea7381900bb9adcd251f5a29eb5d3.jpg
BAKI, 30 iyul — Sputnik. Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Sputnik Azərbaycan xəbər verir ki, Bakı şəhərindən və Abşeron rayonundan köçürülən 19 ailə (72 nəfər) Qaradağ rayonu "Qobu Park-3" köçkün şəhərciyində məktəbin qarşısından yola salınıb. Tərtər və Ağcabədi rayonlarından da hərəsində 1 ailə olmaqla köçün yola salınaraq Ağdamda karvana qoşulması nəzərdə tutulub. Bu dəfəki köç zamanı ümumilikdə 79 nəfərdən ibarət 21 ailə doğma yurdlarına qayıdır. Qeyd edək ki, bu gün həyata keçirilən köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 147 ailə (570 nəfər) köçürülüb.12.06.24, 11:21Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı iyunun 12-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 21 ailə - 85 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970612_112:0:1889:1333_1920x0_80_0_0_00a15f105b03aa0070c99fc2757ea352.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa, köç, məcburi köçkünlər, şuşa şəhəri
şuşa, köç, məcburi köçkünlər, şuşa şəhəri
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
10:21 30.07.2024 (Yenilənib: 10:45 30.07.2024) Bu gün həyata keçirilən köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 147 ailə (570 nəfər) köçürülüb.
BAKI, 30 iyul — Sputnik. Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Sputnik Azərbaycan xəbər verir ki, Bakı şəhərindən və Abşeron rayonundan köçürülən 19 ailə (72 nəfər) Qaradağ rayonu "Qobu Park-3" köçkün şəhərciyində məktəbin qarşısından yola salınıb.
Tərtər və Ağcabədi rayonlarından da hərəsində 1 ailə olmaqla köçün yola salınaraq Ağdamda karvana qoşulması nəzərdə tutulub. Bu dəfəki köç zamanı ümumilikdə 79 nəfərdən ibarət 21 ailə doğma yurdlarına qayıdır.
Qeyd edək ki, bu gün həyata keçirilən köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 147 ailə (570 nəfər) köçürülüb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı iyunun 12-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 21 ailə - 85 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.