Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Siqaretin və alkoqollu içkilərin qiyməti nə qədər bahalaşacaq?

© Sputnik / Алексей МальгавкоMağazada spirtli içki satışı
Mağazada spirtli içki satışı - Sputnik Azərbaycan, 1920, 30.07.2024
Abunə olmaq
Rüfət Quliyev söyləyib ki, bütün dünyada tütün istifadəçilərinin sayının azaldılması üçün qiymətlər artırılır.
BAKI, 30 iyul — Sputnik. "Siqaretlə bağlı bahalaşma cüzi miqdardadır. Ola bilər, bir qutu siqaretin qiymətində 10-15 qəpik artım baş versin. Bundan artıq bahalaşa bilməz". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabiq üzvü Rüfət Quliyev söyləyib.
Millət vəkili bildirib ki, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik məhsulun qiymətinə təsir edəcək.

"Aksiz vergisinin artırılmasından sonra bir qutu siqaretin qiyməti 10-15 qəpik arta bilər. Bundan artıq bahalaşa bilməz. Daha çox bahalaşma olarsa, deməli, burada işbazlıq Normal sahibkar belə addım atmamalıdır", - deyə millət vəkili deyib.

CC BY-SA 4.0 / Agulani / Rufet QuliyevAzərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev - Sputnik Azərbaycan, 1920, 29.07.2024
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev
R.Quliyev deyib ki, bu yaxınlarda Rusiyada alkoqollu içkilərin də qiymətləri 40% bahalaşıb:
"Spirtli içkilərin, tütün məmulatlarının qiymətləri başqa ölkələrdə də bahalaşır. Artıq bütün ölkələrdə siqaretin də qiyməti bahalaşıb".
Onun sözlərinə görə, aksiz dərəcəsi, vergi, nəqliyyat xərcləri maya dəyərinə təsir göstərir.
"Məhsulun maya dəyərinin artması bazar iqtisadiyyatı qanunlarına əsasən qiymətlərin bahalaşmasına səbəb olur. Bütün dünyada tütün istifadəçilərinin sayının azaldılması üçün qiymətlər artırılır. Azərbaycanda üç zavod siqaret istehsal edir. Ona görə də, kifayət qədər rəqabət mühiti var", - deyə deputat bildirib.
İqtisadçı Natiq Cəfərli isə Sputnik Azərbaycan-a bildirib ki, aksiz verisinin artırılmasının qiymətlərə təsirsiz ötüşməyəcək. Onun sözlərinə görə, trend artıma doğru gedir.

"Tütün məhsullarının və spirtli içkilərin 5 faiz civarında bahalaşması gözlənilir. Bundan sonra da biz aksiz vergilərinin artımını görə bilərik", - deyə iqtisadçı söyləyib.

© Sputnik / Murad OrujovNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 29.07.2024
Natiq Cəfərli
Xatırladaq ki, Baş nazir Əli Əsədovun bu ilin iyul ayının 24-də imzaladığı qərarla "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edilib.
Dəyişikliyə görə, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların hər 1 000 ədədi üçün aksiz vergisi 43 manatdan 45,5 manata, tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin hər 1 000 ədəd üçün aksiz vergisi 46,5 manatdan 53,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçün aksiz vergisi 14 manatdan 16 manata, birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Alkoqol - Sputnik Azərbaycan, 1920, 27.07.2024
İQTİSADİYYAT
Azərbaycan vətəndaşları alkoqollu içkilərə və siqaretə nə qədər pul xərcləyib?
Xəbər lenti
0