CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı şadlıq evlərində toylar təxirə salınıb

© pixabay / grupa5dŞadlıq sarayı
Şadlıq sarayı - Sputnik Azərbaycan, 1920, 30.07.2024
Abunə olmaq
Bakıdakı bir sıra restoranlar noyabrın 5-dən 22-nə qədər toyların sifarişini qəbul etmirlər.
BAKI, 30 iyul — Sputnik. Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar paytaxtdakı bəzi şadlıq saraylarında toyların keçirilməsi təxirə salınıb.
Artıq tədbirin baş tutacağı Bakı Olimpiya Stadionu ətrafındakı bəzi şadlıq sarayları noyabr ayı üçün sifarişləri qəbul etmir.lər
Onlar bunu COP29-la əlaqədar ölkəyə gələcək xarici vətəndaşların çoxluğu və bu mühüm tədbirin uğurlu keçirilməsi ilə bağlı paytaxtda yarana biləcək sıxlığın aradan qaldırılmasına dəstək göstərməkləri ilə əlaqələndirirlər.
"Kolizey"şadlıq sarayından Sputnik Azərbaycan-a bildirilib ki, toy sifarişlərini yalnız noyabr ayının 3-ə qədər və noyabrın 25-dən sonraya qəbul edirlər. Restorandan bunu Bakıda keçiriləcək COP29-la bağlı şəhərdə sıxlıq olacağı ilə əlaqələndiriblər.
Restorandan onu da qeyd ediblər ki, bu tarixə əvvəldən götürülmüş sifarişlər də başqa vaxtlara dəyişdirilib. Çünki, həmin tarixdə müxtəlif məhdudiyyətlərin qoyulacağı barədə xəbərlər yayılır.
Əlaqə saxladığımız digər restoranlardan da noyabr ayının 5-dən ayın 25-dək toy sifarişləri qəbul etmədiklərini bildiriblər. Əvvəlcədən həmin ay üçün qəbul olunan toy sifarişlərinin vaxtı isə dəyişdirilib.
07.02.23, 10:00
Şadlıq evləri və restoranlarda qiymətlər bahalaşdı: Salat və kükü niyə ceyran belinə minib
Bakıda restoran və şadlıq evlərində menyularda kəskin bahalaşma var. Bu barədə sosial şəbəkələrdə vətəndaşlar məlumat yeyiblər. Sosial şəbəkədəki hesablarda vətəndaşlar restoranda pomidor, xiyar, göyərti setinin 7 manat olduğunu bildiriblər. Digər sosial şəbəkə istifadəçisi isə Bakıdakı restoranlardan birində kükünü 9 manata yediyini bildirib.
Şadlıq evləri qiymətləri bahalaşdırıb
Şadlıq evləri də menyuda qiymətləri 10-20 manat civarında bahalaşdırıb. "Hollywood" şadlıq evindən Sputnik Azərbaycan-a bildirilib ki, menyunun qiyməti 10-20 manat bahalaşıb: "Bizdə qiymətlər zala, qonaqların sayına görə dəyişir. Amma indi qiymət 110-120 manatdan aşağı deyil".
Şadlıq sarayından bildiriblər ki, son aylarda ərzaq məhsullarının bahalaşması qiymətlərə təsir edib. Menyularda bahalaşmanın səbəbi də budur.
"Versal Palace" da menyunun qiyməti bir nəfər üçün 70 manatdır. Adminstrator menyuda qiymətin 1-15 manat artmasının ölkədə baş vermiş bahalaşma ilə bağlı olduğunu söylədi.
Apardığımız kiçik araşdırma zamanı şadlıq evlərində 50 manatlıq menyuların 60 manat olduğunu öyrəndik. Şadlıq evlərində adminstratorlar bunun son vaxtlar ətin, eləcə də digər ərzaq məhsullarının kəskin bahalaşması ilə bağlı olduğunu bildirdilər.
Restoranlarda menyularda kəskin bahalaşma
Şəhərdə restoranlarda da qiymətlərdə nəzərəçarpacaq artım baş verib. Əlaqə saxladığımız restoranlarda qiymətlərdə 3-4 manat bahalaşma olduğunu təsdiqlədilər.
"Böyükfırat" restoranında 5 manatlıq yeməklərin qiyməti 7 manat 50 qəpiyədək bahalaşıb.
"Padişah" restoranında da qiymətlər bahalaşıb. Burada günorta narahı üçün ən ucuz yeməyin qiyməti 8 manatdır. Restoranlarda qiymətlərin bahalaşmasının ərzaq və ət məhsullarında bahalaşma ilə bağlı olduğunu bildirdilər. Paytaxtın mərkəzində "Tarqovı" da yerləşən retoranlarda yeməklərin qiymətlərindən başlayaraq içkilərədək bahalaşıb.
"Cafecity" restoranlar şəbəkəsinə daxil olan restoranlarda 4 manatlıq kükünün qiyməti 6-9 manat, pomidor-yumurtanın qiyməti 7 manat olub. İkinəfərlik səhər yeməyi setlərinin qiyməti bahalaşaraq 38 manat olub. Bir nəfər üçün çoban salartı 5 manat təşkil edir. Bir nəfər üçün ət kabablarının qiyməti iki tikə üçün 9-11 manatdır. Restoranlar qiymət artımını son dövrlər baş verən mal və xidmətlərdə bahalaşma ilə əlaqələndirdilər.
Şadlıq evləri menyuda dəyişikliyə icazə vermir
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şadlıq evləri və restoranlarda qiymətlərin bahalaşması təbiidir. Onun sözlərinə görə, bahalaşma hələ davam edəcək:
"Çünki, hazırda şadlıq evlərində tələb-təklifi üstələyib. Əhali şadlıq evləri, restoranlarda növbəyə durublar. Üstəlik ərzaq məhsulları və xidmətlərdə bahalaşma var. Restoranlar insanları ən çox soyan bizneslərdəndir. Qiymətin qaldırılması restoranların, şadlıq evlərinin bir əldən idarəedilməsindən onlar arasında əlaqənin olmasından xəbər verir. Karter sövdələşməsi nəticəsində qiymətlər kəskin bahalaşıb".
Eyyub Hüseynov bildirib ki, hazırda şadlıq evlərində sifariş verənin müştərinin menyuda dəyişiklik etmək ixtiyarı yoxdur. Onun sözlərinə görə, şadlıq evləri işi elə tərtib edib ki, istehlakçıları az yesin, evə tez getsinlər.
Restoranlara təlabatın artması qiymətlərə təsir edib
Birlik sədri hazırda şəhərin mərkəzində restoranlarda doluluq müşahidə olunduğunu, bunu son aylar ölkəmizə Rusiya-Ukrayna hadisələri ilə bağlı gələn soydaşlarımızın və əcnəbilərin çox olması ilə əlaqələndirdi:
"Restoranlara tələbat artıb. Biz görürük ki, şəhərin mərkəzində yerləşən retsoranlarda insanlar yerlərin boşalması üçün növbə gözləyir. Bu da qiymət artımına rəvac verən amillərdəndir".
Eyyub Hüseynov bildirib ki, bəzən restoranlar müştəri bolluğundan istifadə edib qiymətləri süni bahalşdırır. O, belə halların qarşısının alınması üçün müştəriləri kassa çeki tələb etməyə səslədi.
Xəbər lenti
0