DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan Milli Təhlükəsizlik Xidməti Zvartnotsa yeni qüvvələr cəlb edib

© Sputnik / StringerErmənistan polisi
Ermənistan polisi  - Sputnik Azərbaycan, 1920, 30.07.2024
Abunə olmaq
Ermənistan Baş naziri bildirib ki, avqustun 1-dən Zvartnots hava limanında Rusiya sərhədçiləri olmadan müstəqil şəkildə sərhəd nəzarəti həyata keçiriləcək.
BAKI, 30 iyul — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidməti Rusiya sərhədçilərinin İrəvan Zvartnots hava limanından çıxarılması ilə paralel olaraq sərhəd nəzarətinin lazımi şəkildə həyata keçirilməsi üçün əlavə qüvvələr cəlb edib. Bu barədə Ermənistan MTX-nin mətbuat xidməti məlumat yayıb.
"Milli Təhlükəsizlik Xidməti Rusiya sərhədçilərinin Ermənistan ərazisindən çıxarılması ilə paralel olaraq Ermənistan Respublikasının dövlət sərhədinin "Zvartnots" keçid məntəqəsində sərhəd nəzarəti funksiyasının lazımi səviyyədə yerinə yetirilməsini təmin etmək üçün əlavə qüvvələrin cəlb edilməsi üçün zəruri tədbirlər görüb. Nəzarət-keçid məntəqəsi müəyyən edilib", məlumatda qeyd olunub.
Martın ortalarında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi avqustun 1-dən etibarən İrəvan Zvartnots hava limanında Rusiya sərhədçiləri olmadan müstəqil şəkildə sərhəd nəzarəti həyata keçirmək qərarı barədə Rusiya FTX-nin Ermənistandakı sərhəd idarəsinin komandirini məlumatlandırıb. May ayında Rusiya Federasiyası FTX-nin direktoru Aleksandr Bortnikov bildirmişdi ki, İrəvan Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını demarkasiya xəttindən çıxarmaq xahişi ilə Rusiya tərəfinə üz tutub və belə bir qərar qəbul edilib. Ermənistan həmçinin Rusiya tərəfindən İrəvan Zvartnots hava limanından sərhədçiləri geri çəkməyi xahiş edib.
Xəbər lenti
0