DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

​​​​​​​Ermənistan ilk dəfə Səudiyyə Ərəbistanına səfir təyin edib

© AFP 2024 / FRANCK FIFEƏr-Riyad şəhərinə mənzərə, arxiv şəkli
Ər-Riyad şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.07.2024
Abunə olmaq
Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal altında olduğu müddətdə Səudiyyə Ərəbistanı bu ölkə ilə diplomatik münasibət qurmayıb.
BAKI, 30 iyul — Sputnik. Ermənistan Səudiyyə Ərəbistanına ilk dəfə səfir təyin edib.
Bu barədə Ermənistanın prezident administrasiyasından bildirilib.
Ermənistanın BƏƏ-dəki hazırkı səfiri Karen Qriqoryan ölkəni Səudiyyə Ərəbistanında da təmsil edəcək.
Məlumata görə, Ermənistan prezidenti Vaaqn Xaçaturyan bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal altında olduğu müddətdə Səudiyyə Ərəbistanı bu ölkə ilə diplomatik münasibət qurmayıb.
Xəbər lenti
0