Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İcbari tibbi sığorta fondunun büdcəsinin gəlir və xərcləri artırılıb

© Sputnik / Murad OrujovTibbi sığorta
Tibbi sığorta - Sputnik Azərbaycan, 1920, 30.07.2024
Abunə olmaq
Fərmanla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 2 milyard 811 milyon 428 min 292 manatdan 2 milyard 850 milyon 308 min 292 manata qaldırılıb.
BAKI, 30 iyul — Sputnik. İcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlirləri və xərcləri artırılıb.
Prezident İlham Əliyev bununla bağlı "İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında" Azərbaycan Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 2 milyard 811 milyon 428 min 292 manatdan 2 milyard 850 milyon 308 min 292 manata qaldırılıb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda əhalinin icbari tibbi sığortalanması üzrə dövlət öhdəliklərinin qarşılanması üçün dövlət büdcəsindən icbari tibbi sığorta fondunun büdcəsinə 1 milyard 263,8 milyon manat vəsait yönəldilib. Bu, 2022-ci illə müqayisədə 141,1 milyon manat və yaxud 12,6% çoxdur.
Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.
İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir.
Xəbər lenti
0