https://sputnik.az/20240730/azerbaycanda-terror-akti-planlasdiran-sexsin-mehkemesi-baslayib-466371399.html
Azərbaycanda terror aktı planlaşdıran şəxsin məhkəməsi başlayıb
Azərbaycanda terror aktı planlaşdıran şəxsin məhkəməsi başlayıb
Sputnik Azərbaycan
Şahid qismində dindirilənlərdən İbrahim Əlirzayev təqsirləndirilən şəxsi başqa adla açdığı sosial şəbəkə hesabından tanıdığını deyib. 30.07.2024, Sputnik Azərbaycan
2024-07-30T11:11+0400
2024-07-30T11:11+0400
2024-07-30T11:11+0400
məhkəmə
cəmiyyət
bakı ağır cinayətlər məhkəməsi
terror
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461660430_0:160:3072:1888_1920x0_80_0_0_7dce0f47f758fa8e27185d518924460c.jpg
BAKI, 30 iyul — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Nəcəfov Elşən Yunis oğlunun terror aktı hazırlığında ittiham olunması ilə bağlı cinayət işinə baxılır. İş materiallarına əsasən, 38 yaşlı Elşən Nəcəfov 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Ona qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara, Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova planı həyata keçirərkən öldürüldüyü halda "şəhid" hesab ediləcəyini bildirib. E.Nəcəfov DTX əməkdaşları tərəfindən anidən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib. Ona Cinayət Məcəlləsinin 28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq) və digər maddələri ilə ittiham elan edilib. 29 iyul 2024-cü ildə keçirilən məhkəmə iclasında növbəti şahid ifadəsi elan edilib. Şahid qismində dindirilənlərdən İbrahim Əlirzayev təqsirləndirilən şəxsi başqa adla açdığı sosial şəbəkə hesabından tanıdığını deyib. Şahid, həmçinin Elşən Nəcəfovun iş materiallarına əlavə edilmiş, Azərbaycan dövlətinin suverenliyi əleyhinə paylaşımları barədə də məlumat verib. Həmin iclasda Elşən Nəcəfov ifadə verə bilməyəcəyini və özünü yaxşı hiss etmədiyini bildirərək məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461660430_171:0:2902:2048_1920x0_80_0_0_5a7dc6e213c6c03753a1173b8e8a7c0b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə, bakı ağır cinayətlər məhkəməsi, terror
məhkəmə, bakı ağır cinayətlər məhkəməsi, terror
Azərbaycanda terror aktı planlaşdıran şəxsin məhkəməsi başlayıb
Şahid qismində dindirilənlərdən İbrahim Əlirzayev təqsirləndirilən şəxsi başqa adla açdığı sosial şəbəkə hesabından tanıdığını deyib.
BAKI, 30 iyul — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Nəcəfov Elşən Yunis oğlunun terror aktı hazırlığında ittiham olunması ilə bağlı cinayət işinə baxılır.
İş materiallarına əsasən, 38 yaşlı Elşən Nəcəfov 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Ona qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara, Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib.
Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova planı həyata keçirərkən öldürüldüyü halda "şəhid" hesab ediləcəyini bildirib.
E.Nəcəfov DTX əməkdaşları tərəfindən anidən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.
Ona Cinayət Məcəlləsinin 28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq) və digər maddələri ilə ittiham elan edilib.
29 iyul 2024-cü ildə keçirilən məhkəmə iclasında növbəti şahid ifadəsi elan edilib.
Şahid qismində dindirilənlərdən İbrahim Əlirzayev təqsirləndirilən şəxsi başqa adla açdığı sosial şəbəkə hesabından tanıdığını deyib. Şahid, həmçinin Elşən Nəcəfovun iş materiallarına əlavə edilmiş, Azərbaycan dövlətinin suverenliyi əleyhinə paylaşımları barədə də məlumat verib.
Həmin iclasda Elşən Nəcəfov ifadə verə bilməyəcəyini və özünü yaxşı hiss etmədiyini bildirərək məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin olunub.