https://sputnik.az/20240729/turkiye-ve-ermenistan-resmileri-serhedde-gorusecek-466357523.html
Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşəcək
Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşəcək
Sputnik Azərbaycan
Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi deyib ki, Türkiyə-Ermənistan sərhədində münasibətlərin normallaşdırılması üçün Ermənistan və Türkiyənin xüsusi... 29.07.2024, Sputnik Azərbaycan
2024-07-29T15:22+0400
2024-07-29T15:22+0400
2024-07-29T15:22+0400
sərhəd
dünya xəbərləri
ermənistan
türkiyə
görüş
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426585360_0:160:3072:1888_1920x0_80_0_0_2c2042189fc3b179165f252ba0e10891.jpg
BAKI, 29 iyul — Sputnik. Türkiyə və Ermənistan xüsusi nümayəndələri - Ruben Rubinyan və Serdar Kılıç sabah sərhəddə görüş keçirəcəklər. Bu barədə məlumatı Ermənistan XİN də təsdiqləyib. Danışıqlar səhər Ermənistan, günorta Türkiyə tərəfdə aparılacaq. Xüsusi nümayəndələrin görüşü iyulun 3-dən planlaşdırılıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib ki, Türkiyə-Ermənistan sərhədində münasibətlərin normallaşdırılması üçün Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin beşinci görüşü keçiriləcək. Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur. İki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. 2022-ci ilin yanvarında Moskvada Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü baş tutub.Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Vyanada daha bir sıra görüşlər baş tutub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426585360_171:0:2902:2048_1920x0_80_0_0_bf467b1431b2443fd90525ee79715e4f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərhəd, ermənistan, türkiyə, görüş
sərhəd, ermənistan, türkiyə, görüş
Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşəcək
Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi deyib ki, Türkiyə-Ermənistan sərhədində münasibətlərin normallaşdırılması üçün Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin beşinci görüşü keçiriləcək.
BAKI, 29 iyul — Sputnik. Türkiyə və Ermənistan xüsusi nümayəndələri - Ruben Rubinyan və Serdar Kılıç sabah sərhəddə görüş keçirəcəklər. Bu barədə məlumatı Ermənistan XİN də təsdiqləyib.
Danışıqlar səhər Ermənistan, günorta Türkiyə tərəfdə aparılacaq.
Xüsusi nümayəndələrin görüşü iyulun 3-dən planlaşdırılıb.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib ki, Türkiyə-Ermənistan sərhədində münasibətlərin normallaşdırılması üçün Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin beşinci görüşü keçiriləcək.
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur.
İki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. 2022-ci ilin yanvarında Moskvada Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü baş tutub.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Vyanada daha bir sıra görüşlər baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.