https://sputnik.az/20240729/susa-dovlet-pese-tehsil-merkezinde-3-yeni-ixtisas-olkede-ilk-defe-tedris-olunacaq-466352002.html
Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas ölkədə ilk dəfə tədris olunacaq
Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas ölkədə ilk dəfə tədris olunacaq
Sputnik Azərbaycan
Ceyhun Kərəmov 400 tələbə tutumlu Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin 12 emalatxana, 86 yerlik yataqxanadan ibarət olduğunu qeyd edib. 29.07.2024, Sputnik Azərbaycan
2024-07-29T12:25+0400
2024-07-29T12:25+0400
2024-07-29T12:25+0400
şuşa
qarabağın dirçəlişi və reinteqrasiyası
peşə təhsili
ixtisas
azərbaycan
füzuli
böyük qayıdış
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945021_0:103:2000:1228_1920x0_80_0_0_2f09614db3593768806a41813f431ad2.jpg
BAKI, 29 iyul — Sputnik. Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas ölkədə ilk dəfə tədris olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iyulun 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, həmin peşələr daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası ixtisaslarıdır. Ceyhun Kərəmov 400 tələbə tutumlu Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin 12 emalatxana, 86 yerlik yataqxanadan ibarət olduğunu qeyd edib. Həmçinin agentlik direktoru 850 yerlik Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin 34 emalatxana, 100 yerlik yataqxanadan ibarət olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Qubadlı, Zəngilan, Ağdam və Şuşada peşə təhsili müəssisələrinin layihələndirmə mərhələsi davam edir. Füzulidəki peşə təhsili müəssisəsinin isə tikintisi davam edir. Direktor bildirib ki, 2023-2024-cü tədris ilində peşə təhsili müəssisələrində təhsil alan keçmiş məcburi köçkünlərin sayı 1200 nəfər olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945021_114:0:1887:1330_1920x0_80_0_0_bc3b937c256464792782047586e609c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa, peşə təhsili, ixtisas, azərbaycan, füzuli, böyük qayıdış
şuşa, peşə təhsili, ixtisas, azərbaycan, füzuli, böyük qayıdış
Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas ölkədə ilk dəfə tədris olunacaq
Ceyhun Kərəmov 400 tələbə tutumlu Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin 12 emalatxana, 86 yerlik yataqxanadan ibarət olduğunu qeyd edib.
BAKI, 29 iyul — Sputnik. Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas ölkədə ilk dəfə tədris olunacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iyulun 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, həmin peşələr daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası ixtisaslarıdır.
Ceyhun Kərəmov 400 tələbə tutumlu Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin 12 emalatxana, 86 yerlik yataqxanadan ibarət olduğunu qeyd edib.
Həmçinin agentlik direktoru 850 yerlik Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin 34 emalatxana, 100 yerlik yataqxanadan ibarət olduğunu diqqətə çatdırıb.
O, qeyd edib ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Qubadlı, Zəngilan, Ağdam və Şuşada peşə təhsili müəssisələrinin layihələndirmə mərhələsi davam edir. Füzulidəki peşə təhsili müəssisəsinin isə tikintisi davam edir.
Direktor bildirib ki, 2023-2024-cü tədris ilində peşə təhsili müəssisələrində təhsil alan keçmiş məcburi köçkünlərin sayı 1200 nəfər olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.